Tapılan ümumi test sayı : 28

Hansı fikir S.Rəhimovun "Mehman" əsərindəki Murtuz Murtuzov obrazının səciyyəsinə uyğundur?
A) Mütilik və yaltaqlıq maskası taxır, təlxəklik edir, məqam gəldikdə qəddarlığını biruzə verir.
B) Namuslu hüquq işçisidir.
C) Fağır, kimsəsiz, xeyirxah qoca qılafına girir, nəvazişlə danışır.
D) Öz ləyaqətini gözləyir, ədalətsizliyə yol vermir.
E) Mehmana gənc prokuror kimi hörmət bəsləyir.
S.Vurğunun aşağıdakı əsərlərindən biri  müharibə mövzusunda deyil:
A) "Qızıl şahinlər"
B) "Şəfqət bacısı"
C) "Mənə belə söylədilər..."
D) "Zəncinin arzuları"
E) "Ananın öyüdü"
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkələrində əməlpərvər, qüdrətli  xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Şərqi-Rus"
B) "Molla Nəsrəddin"
C) "Həyat"
D) "Dəbistan"
E) "Füyuzat"
M.F.Axundovun bizə gəlib çatan nəzm əsərləri içərisində tarix etibarilə ilk yazılanı hansıdır?
A) "Zəmanədən şikayət"
B) "Əlifba haqqında mənzumə
C) "Zakirə məktub"
D) Bu, məlum deyil.
E) "A.S.Puşkinin ölümü haqqında Şərq poeması"
A.Bakıxanov fars dilinin qrammatikasından bəhs edən əsəri:
A) "Qanuni-Qüdsi"
B) "Gülüstani-İrəm"
C) "Təhzibi-əxlaq"
D) "əsrarül - mələküt"
E) "Mişkatül - ənvar"
M.Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Şikayətnamə"
B) "Padişahi-mülk"
C) "Söz"
D) "Leyli və Məcnun"
E) "Məni candan usandırdı"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) Məhinbanu
B) Xosrov
C) Bəhram
D) Hörmüz
E) İsgəndər
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) proloq
B) peyzaj
C) epiloq
D) portret
E) epiqraf
Remarkadan hansı ədəbi növdə istifadə olunur?
A) lirik
B) epik
C) lirik, epik
D) dramatik
E) epik, dramatik
Epik növün hansı janrında yumor daha güclüdür?
A) nağıl
B) əfsanə
C) lətifə
D) atalar sözü
E) dastan
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) xəbər budaq cümləsi
B) səbəb budaq cümləsi
C) təyin budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) tamamlıq budaq cümləsi
Verilmiş cümlədə xitab nə ilə ifadə olunmuşdur?
"Möhtərəm dostlar, mən həmişə öz nəğmələrimlə insanları sevindirmişəm"
A) mürəkkəb adla
B) isimlə
C) feli sifətlə
D) I növ ismi birləşmə ilə
E) II növ ismi birləşmə ilə
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Bu, Müşkinazın xatirələrindəndir.
B) Cavid mənalı-mənalı gülümsünürdü.
C) Yıxılana gülməzlər.
D) Yüz dəfə ölç, bir dəfə biç.
E) Gedənin dalınca danışmazlar.
Nümunələrdən biri adlıq cümlədir:
A) Yaz günü. Yol üstü. Ağac kölgəsi.
B) Yeni uğurlar qazanaq.
C) Üç oğlu. İki nəvəsi alimdir.
D) Döyüşçü qorxmaz olmalıdır.
E) El hara, sən də ora.
Aşağıdakı nümunədə xəbər nə ilə ifadə olunmuşdur?
Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
A) feli sifətlə
B) isimlə
C) sifətlə
D) məsdərlə
E) sayla
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) yüzlük, onluq, çoxluq
B) dostluq, tanışlıq, qardaşlıq
C) birlik, gündəlik, həkimlik
D) şadlıq, təmizlik, zəiflik
E) dərzilik, ustalıq, mühəndislik
"İndi növbə sizindir" cümləsində "indi" hansı nitq hissəsidir?
A) zərf
B) fel
C) say
D) isim
E) sifət
Verilmiş sözlərdən neçəsi feldən düzələn sifətdir?
tutqun, uçuq, kütləvi, bənövşəyi, böyük, azyaşlı, yoldakı, əzik
A) dörd
B) beş
C) üç
D) altı
E) iki
Qoşmalar ismin hansı hallarında olan sözlərə qoşulur?
A) yönlük, yerlik, çıxışlıq
B) adlıq, təsirlik, yerlik
C) çıxışlıq, təsirlik, yönlük
D) yiyəlik, yönlük, çıxışlıq
E) təsirlik, çıxışlıq, adlıq
Feli bağlama şəkilçiləri hansıdır?
A) -ır4, -dan2, -malı2
B) -araq2, -ıb4, -anda2, -madan2
C) -sız4, -an2, -ar2
D) -acaq4, -maq2, -dan2
E) -dı4, -çı4, -lıq4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top