Tapılan ümumi test sayı : 28

Hansı fikir S.Rəhimovun "Mehman" əsərindəki Murtuz Murtuzov obrazının səciyyəsinə uyğundur?
A) Mehmana gənc prokuror kimi hörmət bəsləyir.
B) Mütilik və yaltaqlıq maskası taxır, təlxəklik edir, məqam gəldikdə qəddarlığını biruzə verir.
C) Öz ləyaqətini gözləyir, ədalətsizliyə yol vermir.
D) Fağır, kimsəsiz, xeyirxah qoca qılafına girir, nəvazişlə danışır.
E) Namuslu hüquq işçisidir.
S.Vurğunun aşağıdakı əsərlərindən biri  müharibə mövzusunda deyil:
A) "Zəncinin arzuları"
B) "Qızıl şahinlər"
C) "Şəfqət bacısı"
D) "Ananın öyüdü"
E) "Mənə belə söylədilər..."
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkələrində əməlpərvər, qüdrətli  xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Füyuzat"
B) "Şərqi-Rus"
C) "Molla Nəsrəddin"
D) "Həyat"
E) "Dəbistan"
M.F.Axundovun bizə gəlib çatan nəzm əsərləri içərisində tarix etibarilə ilk yazılanı hansıdır?
A) "Əlifba haqqında mənzumə
B) Bu, məlum deyil.
C) "A.S.Puşkinin ölümü haqqında Şərq poeması"
D) "Zəmanədən şikayət"
E) "Zakirə məktub"
A.Bakıxanov fars dilinin qrammatikasından bəhs edən əsəri:
A) "əsrarül - mələküt"
B) "Gülüstani-İrəm"
C) "Təhzibi-əxlaq"
D) "Qanuni-Qüdsi"
E) "Mişkatül - ənvar"
M.Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Leyli və Məcnun"
B) "Məni candan usandırdı"
C) "Şikayətnamə"
D) "Padişahi-mülk"
E) "Söz"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) Məhinbanu
B) İsgəndər
C) Hörmüz
D) Xosrov
E) Bəhram
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) epiqraf
B) epiloq
C) peyzaj
D) portret
E) proloq
Remarkadan hansı ədəbi növdə istifadə olunur?
A) lirik, epik
B) epik, dramatik
C) dramatik
D) lirik
E) epik
Epik növün hansı janrında yumor daha güclüdür?
A) dastan
B) atalar sözü
C) əfsanə
D) lətifə
E) nağıl
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləsi
B) mübtəda budaq cümləsi
C) səbəb budaq cümləsi
D) təyin budaq cümləsi
E) xəbər budaq cümləsi
Verilmiş cümlədə xitab nə ilə ifadə olunmuşdur?
"Möhtərəm dostlar, mən həmişə öz nəğmələrimlə insanları sevindirmişəm"
A) II növ ismi birləşmə ilə
B) isimlə
C) I növ ismi birləşmə ilə
D) feli sifətlə
E) mürəkkəb adla
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Gedənin dalınca danışmazlar.
B) Cavid mənalı-mənalı gülümsünürdü.
C) Yüz dəfə ölç, bir dəfə biç.
D) Yıxılana gülməzlər.
E) Bu, Müşkinazın xatirələrindəndir.
Nümunələrdən biri adlıq cümlədir:
A) Yeni uğurlar qazanaq.
B) El hara, sən də ora.
C) Üç oğlu. İki nəvəsi alimdir.
D) Döyüşçü qorxmaz olmalıdır.
E) Yaz günü. Yol üstü. Ağac kölgəsi.
Aşağıdakı nümunədə xəbər nə ilə ifadə olunmuşdur?
Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
A) sayla
B) məsdərlə
C) sifətlə
D) isimlə
E) feli sifətlə
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) şadlıq, təmizlik, zəiflik
B) yüzlük, onluq, çoxluq
C) birlik, gündəlik, həkimlik
D) dərzilik, ustalıq, mühəndislik
E) dostluq, tanışlıq, qardaşlıq
"İndi növbə sizindir" cümləsində "indi" hansı nitq hissəsidir?
A) isim
B) sifət
C) say
D) zərf
E) fel
Verilmiş sözlərdən neçəsi feldən düzələn sifətdir?
tutqun, uçuq, kütləvi, bənövşəyi, böyük, azyaşlı, yoldakı, əzik
A) dörd
B) beş
C) altı
D) üç
E) iki
Qoşmalar ismin hansı hallarında olan sözlərə qoşulur?
A) adlıq, təsirlik, yerlik
B) çıxışlıq, təsirlik, yönlük
C) yiyəlik, yönlük, çıxışlıq
D) yönlük, yerlik, çıxışlıq
E) təsirlik, çıxışlıq, adlıq
Feli bağlama şəkilçiləri hansıdır?
A) -sız4, -an2, -ar2
B) -acaq4, -maq2, -dan2
C) -ır4, -dan2, -malı2
D) -dı4, -çı4, -lıq4
E) -araq2, -ıb4, -anda2, -madan2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top