Tapılan ümumi test sayı : 28

Təsirli fellərdən ibarət cərgəni göstərin.
A) görüşmək, görünmək, sevinmək
B) yazmaq, geymək, güldürmək
C) oturmaq, durmaq, gəlmək
D) yaşamaq, yatmaq, oynamaq
E) yatmaq, gülmək, getmək
Yaxın mənalı sözlərin  birləşməsi ilə yaranan mürəkkəb ismi göstərin:
A) uzunsaç
B) dost-tanış
C) üzüyumşaq
D) acıdil
E) yavaş-yavaş
Antonim sözlərin cərgəsini göstərin:
A) əziz-hörmətli, nikbin-bədbin, tünd-açıq
B) el-oba, yurd-yuva, dərə-təpə
C) ağ-qara, tez-gec, axşam-səhər
D) xeyir-şər, oğul-uşaq, sülh-müharibə
E) sevinc-kədər, qəm-qüssə, az-çox
Köhnəlmiş sözlərin cərgəsini göstərin?
A) sürü, qoyun, quzu
B) girvənkə, ayıtmaq, güz
C) qapı, qarmaq, qonur
D) yanacaq, çırpı, odun
E) dəsmal, döşəmə, tavan
Verilmiş saylardan biri yazılışından fərqli tələffüz edilir:
A) beş
B) altı
C) qırx
D) on iki
E) səkkiz
Nümunələrdən birinin yazılışında səhvə yol verilmişdir:
A) tünd bənövşəyi
B) ən nümunəvi
C) olduqca acıqlı
D) açıq - yaşıl
E) göyümtül
Hansı sözdə vurğu birinci hecaya düşür?
A) Sabir
B) uzun
C) işarə
D) opera
E) tədbir
 Hansı sıradakı sözlərdə qalın saitlərin hamısı iştirak edir?
A) qatıq, gül
B) qoyun, arı
C) otaq, qapı
D) quzu, qoç
E) ana, qohum
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top