Tapılan ümumi test sayı : 28

Hansı fikir S.Rəhimovun "Mehman" əsərindəki Murtuz Murtuzov obrazının səciyyəsinə uyğundur?
A) Fağır, kimsəsiz, xeyirxah qoca qılafına girir, nəvazişlə danışır.
B) Namuslu hüquq işçisidir.
C) Mehmana gənc prokuror kimi hörmət bəsləyir.
D) Öz ləyaqətini gözləyir, ədalətsizliyə yol vermir.
E) Mütilik və yaltaqlıq maskası taxır, təlxəklik edir, məqam gəldikdə qəddarlığını biruzə verir.
S.Vurğunun aşağıdakı əsərlərindən biri  müharibə mövzusunda deyil:
A) "Mənə belə söylədilər..."
B) "Zəncinin arzuları"
C) "Qızıl şahinlər"
D) "Ananın öyüdü"
E) "Şəfqət bacısı"
M.Ə.Sabirin Azərbaycanda, Yaxın və Orta Şərq ölkələrində əməlpərvər, qüdrətli  xalq şairi kimi şöhrət qazanmasında hansı mətbuat orqanının xüsusi rolu olmuşdur?
A) "Həyat"
B) "Şərqi-Rus"
C) "Molla Nəsrəddin"
D) "Dəbistan"
E) "Füyuzat"
M.F.Axundovun bizə gəlib çatan nəzm əsərləri içərisində tarix etibarilə ilk yazılanı hansıdır?
A) Bu, məlum deyil.
B) "A.S.Puşkinin ölümü haqqında Şərq poeması"
C) "Zakirə məktub"
D) "Əlifba haqqında mənzumə
E) "Zəmanədən şikayət"
A.Bakıxanov fars dilinin qrammatikasından bəhs edən əsəri:
A) "Təhzibi-əxlaq"
B) "Qanuni-Qüdsi"
C) "Gülüstani-İrəm"
D) "Mişkatül - ənvar"
E) "əsrarül - mələküt"
M.Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Məni candan usandırdı"
B) "Padişahi-mülk"
C) "Şikayətnamə"
D) "Leyli və Məcnun"
E) "Söz"
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) İsgəndər
B) Xosrov
C) Məhinbanu
D) Hörmüz
E) Bəhram
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) peyzaj
B) portret
C) epiloq
D) epiqraf
E) proloq
Remarkadan hansı ədəbi növdə istifadə olunur?
A) lirik, epik
B) epik, dramatik
C) lirik
D) epik
E) dramatik
Epik növün hansı janrında yumor daha güclüdür?
A) nağıl
B) dastan
C) lətifə
D) əfsanə
E) atalar sözü
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) təyin budaq cümləsi
B) səbəb budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) xəbər budaq cümləsi
Verilmiş cümlədə xitab nə ilə ifadə olunmuşdur?
"Möhtərəm dostlar, mən həmişə öz nəğmələrimlə insanları sevindirmişəm"
A) mürəkkəb adla
B) I növ ismi birləşmə ilə
C) II növ ismi birləşmə ilə
D) feli sifətlə
E) isimlə
Cüttərkibli müxtəsər cümlə hansıdır?
A) Cavid mənalı-mənalı gülümsünürdü.
B) Yüz dəfə ölç, bir dəfə biç.
C) Yıxılana gülməzlər.
D) Gedənin dalınca danışmazlar.
E) Bu, Müşkinazın xatirələrindəndir.
Nümunələrdən biri adlıq cümlədir:
A) Yeni uğurlar qazanaq.
B) Yaz günü. Yol üstü. Ağac kölgəsi.
C) El hara, sən də ora.
D) Döyüşçü qorxmaz olmalıdır.
E) Üç oğlu. İki nəvəsi alimdir.
Aşağıdakı nümunədə xəbər nə ilə ifadə olunmuşdur?
Hər irəliləyişin və qurtuluşun anası azadlıqdır.
A) feli sifətlə
B) sayla
C) isimlə
D) məsdərlə
E) sifətlə
Sifətdən düzəlmiş isimlər hansı cərgədədir?
A) dərzilik, ustalıq, mühəndislik
B) birlik, gündəlik, həkimlik
C) dostluq, tanışlıq, qardaşlıq
D) yüzlük, onluq, çoxluq
E) şadlıq, təmizlik, zəiflik
"İndi növbə sizindir" cümləsində "indi" hansı nitq hissəsidir?
A) isim
B) zərf
C) say
D) fel
E) sifət
Verilmiş sözlərdən neçəsi feldən düzələn sifətdir?
tutqun, uçuq, kütləvi, bənövşəyi, böyük, azyaşlı, yoldakı, əzik
A) dörd
B) altı
C) beş
D) üç
E) iki
Qoşmalar ismin hansı hallarında olan sözlərə qoşulur?
A) təsirlik, çıxışlıq, adlıq
B) adlıq, təsirlik, yerlik
C) yiyəlik, yönlük, çıxışlıq
D) yönlük, yerlik, çıxışlıq
E) çıxışlıq, təsirlik, yönlük
Feli bağlama şəkilçiləri hansıdır?
A) -dı4, -çı4, -lıq4
B) -acaq4, -maq2, -dan2
C) -sız4, -an2, -ar2
D) -ır4, -dan2, -malı2
E) -araq2, -ıb4, -anda2, -madan2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top