Tapılan ümumi test sayı : 55

Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət, çıxardığı nəticə, oxucuya çatdırmaq istədiyi başlıca fikir necə adlanır?
A) ideya
B) kompozisiya
C) zavyazka
D) ekspozisiya
E) mövzu
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) epiqraf
B) portret
C) proloq
D) peyzaj
E) epiloq
S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Mənə belə söylədilər..."
B) "Ananın öyüdü"
C) "Qızıl şahinlər"
D) "Şəfqət bacısı"
E) "Zəncinin arzuları"
Hekayələrinin, demək olar ki, hamısını qadın azadlığı mövzusuna həsr etmiş yazıçı:
A) C.Məmmədquluzadə
B) İ.Əfəndiyev
C) C.Cabbarlı
D) M.Hüseyin
E) M.İbrahimov
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) Məhinbanu
B) Bəhram
C) İsgəndər
D) Hörmüz
E) Xosrov
M.Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Məni candan usandırdı"
B) "Söz"
C) "Şikayətnamə"
D) "Leyli və Məcnun"
E) "Padişahi-mülk"
N.Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, ettiyi hərəkətlərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) Fəxrəddinin ölümü səhnəsində
B) Qızı Səadət xanımla söhbət səhnəsində
C) Fəxrəddin bəyin təhsildən qayıtmasını eşitdiyi səhnədə
D) Oğlu Mahmudla söhbət səhnəsində
E) Mahmudun ölümü səhnəsində
".... İndiki halında ... bənzəyirdi bir elə şəxsə, hansı ki zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox. İçməsə, dərd, qəm və qüssə onu öldürəcək, içsə, zəhər öldürəcək. Bəs məsləhət budur ki, içim deyib şüşəni şəkir başına".
Bu parça C.Məmmədquluzadənin hansı obrazının həyatından bir məqamı əks etdirir?
A) İzzət
B) Şərəf
C) Zəhrabəyim
D) Zeynəb
E) Gülbahar
M.F.Axundovun "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
B) Kənddə xəstəxana, məktəb açamaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
C) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
D) Təhsini artırmağa çalışan, böyük arzularla yaşayan gəncdir.
E) XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
Şifahi xalq ədəbiyyatının janrlarını seçin:
1. Müxəmməs                          2. Bayatı                                    3. Qəzəl
4. Layla                                    5. Mərsiyə                                  6. Ağı
7. Rübai
A) 1, 3, 7
B) 3, 5, 6
C) 1, 2, 6
D) 4, 6, 7
E) 2, 4, 6
Şəxssiz cümləni göstərin:
A) Səlimin məsələsinə baxıldı.
B) Çox oxuyan çox bilər.
C) El bilir ki, sən mənimsən.
D) Poçtalyon bir söz demədi.
E) Bahar fəslini hamı sevir.
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləsi
B) səbəb budaq cümləsi
C) təyin budaq cümləsi
D) xəbər budaq cümləsi
E) mübtəda budaq cümləsi
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin:
A) Hamı susmuşdu.
B) Mənim bacım həkimdir.
C) Həyat bizi sınayır.
D) Biz kənddə yaşayırıq.
E) Zərifə qabaqcıl şagirddir.
"Demək, sənin qərarın qətidir" - cümləsində işlənən ara sözün mənaca növünü tapın:
A) nəticə və fikrin sırası
B) güman və şübhə
C) məlumatın mənbəyi
D) yəqinlik
E) burada ara söz yoxdur.
"Yuxarı" sözü cümlələrdən birində təyin kimi işlənmişdir:
A) Yuxarı-bu yüksəklik möhtəşəm qalaya bənzəyirdi.
B) Alpinist yuxarı qalxırdı.
C) Onların evi bizdən yuxarıdadır.
D) O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı qalxdı.
E) Kişi həmin araba ilə yuxarı kəndə su daşıyırmış.
Hansı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O yaxşı ad qazanıb.
B) O uşaq bağçasında işləyir.
C) O mahir ovçudur.
D) Bu gün o da şəhərə yola düşür.
E) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
Yaxın mənalı sözlərin birləşməsi ilə yaranan  mürəkkəb ismi göstərin:
A) acıdil
B) dost-tanış
C) uzunsaç
D) üzüyumşaq
E) yavaş-yavaş
Hansı fel şərt şəklinin hekayəsində işlənib?
A) gələsi idi
B) gəlsə imiş
C) gəlməli imiş
D) gəlsə idi
E) gəlməli idisə
Qüvvətləndirici ədatların cərgəsini tapın:
A) ən, daha, lap
B) yalnız, ancaq, bəs
C) gəl, məgər, axı
D) ki, təkcə, axı
E) -mı4, bəs, yəni
Verilmiş cümlələrdən hansında zərf yoxdur?
A) İstidən nəfəs almaq olmurdu.
B) Yayda kəndə gələrsən.
C) Şəhərdə havalar istidir.
D) Qız cəld mətbəxə girdi.
E) Hava birdən tutuldu.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top