Tapılan ümumi test sayı : 55

Yazıçının qələmə aldığı həyat hadisəsi haqqında gəldiyi qənaət, çıxardığı nəticə, oxucuya çatdırmaq istədiyi başlıca fikir necə adlanır?
A) zavyazka
B) kompozisiya
C) ekspozisiya
D) ideya
E) mövzu
Bədii əsərin sonunda verilən və onun yekunu olan kiçik hissə necə adlanır?
A) epiqraf
B) epiloq
C) peyzaj
D) proloq
E) portret
S.Vurğunun aşağıdakı əsərlərindən biri müharibə mövzusunda deyil:
A) "Şəfqət bacısı"
B) "Ananın öyüdü"
C) "Mənə belə söylədilər..."
D) "Qızıl şahinlər"
E) "Zəncinin arzuları"
Hekayələrinin, demək olar ki, hamısını qadın azadlığı mövzusuna həsr etmiş yazıçı:
A) C.Məmmədquluzadə
B) M.İbrahimov
C) C.Cabbarlı
D) M.Hüseyin
E) İ.Əfəndiyev
Nizami bu fikri hansı obraz haqqında deyir?
İndi o ədalət, o insaf hanı?!
Verə öz oğluna belə cəzanı.
İndi yüz yoxsulun tökülsə qanı,
Nahaq qan tökənə bir cəza hanı?
A) Bəhram
B) Məhinbanu
C) Hörmüz
D) İsgəndər
E) Xosrov
M.Füzulinin hansı əsərində XVI əsrin feodal-patriarxal münasibətləri, insan təbiətinə, azad məhəbbətə zidd olan adət-ənənələr, qadın hüquqsuzluğu tənqid olunur?
A) "Məni candan usandırdı"
B) "Şikayətnamə"
C) "Leyli və Məcnun"
D) "Söz"
E) "Padişahi-mülk"
N.Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy hansı səhnədə özünü "biiman" adlandırır, ettiyi hərəkətlərin acı nəticəsindən sarsılır və özünə ölüm arzulayır?
A) Qızı Səadət xanımla söhbət səhnəsində
B) Fəxrəddin bəyin təhsildən qayıtmasını eşitdiyi səhnədə
C) Mahmudun ölümü səhnəsində
D) Oğlu Mahmudla söhbət səhnəsində
E) Fəxrəddinin ölümü səhnəsində
".... İndiki halında ... bənzəyirdi bir elə şəxsə, hansı ki zəhər şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, ya yox. İçməsə, dərd, qəm və qüssə onu öldürəcək, içsə, zəhər öldürəcək. Bəs məsləhət budur ki, içim deyib şüşəni şəkir başına".
Bu parça C.Məmmədquluzadənin hansı obrazının həyatından bir məqamı əks etdirir?
A) Gülbahar
B) Zeynəb
C) Şərəf
D) İzzət
E) Zəhrabəyim
M.F.Axundovun "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
B) XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
C) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
D) Təhsini artırmağa çalışan, böyük arzularla yaşayan gəncdir.
E) Kənddə xəstəxana, məktəb açamaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
Şifahi xalq ədəbiyyatının janrlarını seçin:
1. Müxəmməs                          2. Bayatı                                    3. Qəzəl
4. Layla                                    5. Mərsiyə                                  6. Ağı
7. Rübai
A) 1, 3, 7
B) 1, 2, 6
C) 4, 6, 7
D) 2, 4, 6
E) 3, 5, 6
Şəxssiz cümləni göstərin:
A) El bilir ki, sən mənimsən.
B) Poçtalyon bir söz demədi.
C) Bahar fəslini hamı sevir.
D) Səlimin məsələsinə baxıldı.
E) Çox oxuyan çox bilər.
"Mən bilirəm ki, çəkilən əmək itmir" - cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) mübtəda budaq cümləsi
B) xəbər budaq cümləsi
C) təyin budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) səbəb budaq cümləsi
İsmi xəbərli cüttərkibli müxtəsər cümləni göstərin:
A) Həyat bizi sınayır.
B) Hamı susmuşdu.
C) Zərifə qabaqcıl şagirddir.
D) Biz kənddə yaşayırıq.
E) Mənim bacım həkimdir.
"Demək, sənin qərarın qətidir" - cümləsində işlənən ara sözün mənaca növünü tapın:
A) burada ara söz yoxdur.
B) nəticə və fikrin sırası
C) məlumatın mənbəyi
D) güman və şübhə
E) yəqinlik
"Yuxarı" sözü cümlələrdən birində təyin kimi işlənmişdir:
A) O, Cəmildən cavab almamış, pilləkənlə yuxarı qalxdı.
B) Onların evi bizdən yuxarıdadır.
C) Yuxarı-bu yüksəklik möhtəşəm qalaya bənzəyirdi.
D) Alpinist yuxarı qalxırdı.
E) Kişi həmin araba ilə yuxarı kəndə su daşıyırmış.
Hansı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) Bu gün o da şəhərə yola düşür.
B) O yaxşı ad qazanıb.
C) O mahir ovçudur.
D) O uşaq bağçasında işləyir.
E) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
Yaxın mənalı sözlərin birləşməsi ilə yaranan  mürəkkəb ismi göstərin:
A) yavaş-yavaş
B) üzüyumşaq
C) acıdil
D) uzunsaç
E) dost-tanış
Hansı fel şərt şəklinin hekayəsində işlənib?
A) gəlməli idisə
B) gələsi idi
C) gəlməli imiş
D) gəlsə idi
E) gəlsə imiş
Qüvvətləndirici ədatların cərgəsini tapın:
A) -mı4, bəs, yəni
B) yalnız, ancaq, bəs
C) ən, daha, lap
D) ki, təkcə, axı
E) gəl, məgər, axı
Verilmiş cümlələrdən hansında zərf yoxdur?
A) Şəhərdə havalar istidir.
B) Yayda kəndə gələrsən.
C) İstidən nəfəs almaq olmurdu.
D) Hava birdən tutuldu.
E) Qız cəld mətbəxə girdi.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top