Tapılan ümumi test sayı : 55

Sifətdən düzəlmiş feli tapın:
A) gözəlləşmək
B) bağlamaq
C) çoxalmaq
D) kəsilmək
E) ağıllanmaq
Düzəltmə sözlərin cərgəsini göstərin:
A) günəbaxan, susuz, tarla
B) istedad, qabiliyyət, həvəs
C) əlüzyuyan, qaratoyuq, incəbel
D) cəsur, igidlik, mərdlik
E) yazı, qovurma, əkin
Sözlərdən hansı çoxmənalıdır?
A) ağız
B) köynək
C) divar
D) dəniz
E) neft
Terminlərdən ibarət olan cərgəni müəyyənləşdirin:
A) su, çörək, çinar
B) biçənək, bulaq, tüstü
C) dərs, şənbə, bölmə
D) qılınc, hava, mismar
E) samit, isim, mübtəda
Hansı sözdə vurğu birinci hecaya düşür?
A) Sabir
B) uzun
C) işarə
D) opera
E) tədbir
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilməmişdir:
A) [mətbəə]
B) [Səyidə]
C) [lə:nət]
D) [bədi:]
E) [radiyo]
Yalnız dodaqlanmayan saitlərdən ibarət olan cərgəni göstərin:
A) o, u, ö, ü
B) ə, i, ö, ü
C) a, ı, ə, e, i
D) a, ı, o, u
E) a, ı, ü, u
"Nəsrəddin şah", "Dönüş", "Solğun çiçəklər" pyeslərinin müəllifi kimdir?
A) İ.Əfəndiyev
B) Ə.Haqverdiyev
C) S.S.Axundov
D) M.İbrahimov
E) C.Cabbarlı
H.Cavidin tarixi mövzuda yazdığı pyes:
A) "Ana"
B) "Topal Teymur"
C) "İblis"
D) "İblisin İntiqamı"
E) "Maral"
Göstərilən xüsusiyyətlərdən yalnız biri "Danabaş kəndinin əhvalatları" əsərindəki Xudayar bəy surətini səciyyələndirir:
A) Dostluqda sədaqətlidir, xəyanətdən uzaq adamdır.
B) Məzlumların, yoxsulların qayğısına qalır.
C) Ailəcanlıdır, övladlarını sevir.
D) Xain, ikiüzlü, qəddar admdır, kimsəsizlərin, gücsüzlərin qənimidir.
E) Fanatikdir, mövhumatçıdır, harama meyl etmir.
M.F.Axundovun ilk dram əsəri:
A) "Mürafiə vəkillərinin  hekayəti"
B) "Sərgüzəşti-mərdi-xəsis"
C) "Hekayəti-xırs quldurbasan"
D) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
E) "Müsyö Jordan və dərviş Məstəli şah"
A.Bakıxanovun "Təbriz əhlinə xitab" satirasında tənqid hədəfi kimlərdir?
A) savadsız müəllimlər din xadimləri
B) xalqı cəhalətdə saxlayan hakimlər
C) xalqın cəhalətinə səbəb olan xanlar və ruhanilər
D) xalqı soyan, talayan mülkədarlar
E) yalançı kimyagər və münəccimlər
Hansı əsər Xaqaninin deyil?
A) "Şikayətnamə"
B) "Mədain xərabələri"
C) "Qəsideyi-şiniyyə"
D) "Həbsiyyə"
E) "Töhfətül-İraqeyn"
"Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
Göstərən saətdə dövrani fələk bir inqilab
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri"
misraları M.Füzulinin hansı əsərindəndir?
A) "Məni candan usandırdı"
B) "Şikayətnamə"
C) "Padişahi-mülk..."
D) "Leyli və Məcnun"
E) "Söz"
Epik növə daxil olmayan ədəbi janr:
A) nağıl
B) qitə
C) hekayə
D) təmsil
E) povest
Bədii əsərin əvvəlində verilən və bütün əsər üçün ümumi giriş rolunu oynayan hissə necə adlanır?
A) peyzaj
B) portret
C) proloq
D) epiloq
E) epiqraf
Şifahi xalq ədəbiyyatının hansı janrında həm nəzm, həm də nəsr hissəsi olur?
A) bayatı
B) nağıl
C) dastan
D) əfsanə
E) lətifə
Nümunələrdən ikisi tabeli mürəkkəb cümlədir:
1. Sarvanın məqsədi bu idi ki, yarışda qalib gəlsin.
2. Gün çıxdı ağacın şehli yarpaqları parıldadı.
3. Burada mənim dişim- dişimə dəyir, amma Bakıda bürküdən nəfəs almaq olmur.
4. Mən bir sönməz ulduzam ki, daim işıq saçıram.
5. Fasilə başladı və Ədilə ayağa qalxıb zaldan çıxdı.
A) 4, 5
B) 2, 4
C) 1, 2
D) 1, 4
E) 3, 5
Cümlələrdən birində ara söz işlədilmişdir:
A) Bu işləri vaxtında görərsən.
B) Bir onun səliqəsini görəsən!
C) Elə görərdin ki, hey oxuyur, kitabdan ayrılmır.
D) Çox istedadlı uşaqdır, onun gələcəyini görərsən.
E) Görəsən, Eldarın işi düzəldimi?
Yalnız III növ ismi birləşmələrdən ibarət olan cərgəni göstərin:
A) dərin quyu, bizim ellər, yerin oxu
B) kəndin yolu, şəhərin küçələri, evin damı
C) kənd yolu, şəhər küçəsi, ev damı
D) yorğun adam, süzgün baxış, nəğmə səsi
E) yolun yarısı, küçənin ortası, şirin su
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top