Tapılan ümumi test sayı : 55

Şəxssiz cümləni göstərin:
A) Çox oxuyan çox bilər.
B) Poçtalyon bir söz demədi.
C) Bahar fəslini hamı sevir.
D) El bilir ki, sən mənimsən.
E) Səlimin məsələsinə baxıldı.
"Var olsun şerimizin bayraqdarları!" misrasında mübtəda nə ilə ifadə olunmuşdur?
A) III növ ismi birləşmə ilə
B) feli sifətlə
C) II növ ismi birləşmə ilə
D) isimlə
E) sifətlə
Saydan düzəlmiş mücərrəd mənalı ismi göstərin:
A) birdən
B) birləşmək
C) birgə
D) çoxlu
E) birlik
Sifətdən düzəlmiş feli tapın:
A) gözəlləşmək
B) bağlamaq
C) çoxalmaq
D) ağıllanmaq
E) kəsilmək
Hansı cümlədə "O" əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O mahir ovçudur.
B) O gözəl sənətkar kimi ümumxalq şöhrəti qazanıb.
C) O uşaq bağçasında işləyir.
D) O yaxşı ad qazanıb.
E) Bu gün o da şəhərə yola düşür.
"Tahir ona zəhmət verdiyinə görə əvvəlcədən üzr istədi" cümləsində "görə" qoşması hansı mənanı ifadə edir?
A) fərqlənmə
B) birgəlik
C) məsafə
D) bənzətmə
E) səbəb
Yer zərfi olan cümləni göstərin:
A) Biz geri döndük.
B) Ağacalrın kölgəsində uşaqlar oynayırdılar.
C) Biz dəniz kənarına getdik.
D) Qağayılar ləpələrin üstündə uçuşurdular.
E) Gəmi limandan aralandı.
Şəkilçilərdən biri qeyri-qəti gələcək zamanın şəkilçisidir:
A) -ar2
B) -ıl4
C) -acaq2
D) -ır4
E) -lar2
İki müxtəlif mənalı sözün birləşməsi ilə yaranan mürəkkəb sözü göstərin.
A) tez-tez
B) ayaqqabı
C) gec-tez
D) oğul-uşaq
E) yorğan-döşək
Sözlərdən hansı çoxmənalıdır?
A) dəniz
B) divar
C) ağız
D) köynək
E) neft
Sinonim sözlərin cərgəsini göstərin:
A) balaca, dolğun, sısqa
B) gödək, qısa, alçaq
C) girdə, gödək, gövdəli
D) gödək, alçaq, girdə
E) girdə, yumru, balaca
Hansı say yazılışından fərqli tələffüz edilir?
A) altı
B) beş
C) bir
D) doqquz
E) on iki
Yazılışında səhvə yol verilmiş sözü göstərin:
A) xalqın mənafeyi
B) çayın mənbəsi
C) onun taleyi
D) hakimin mövqeyi
E) qumbaranın qəlpəsi
Hansı sıradakı bütün sözlərdə vurğu ilk hecanın üzərinə düşür?
A) qalstuk, bomboz, sarımtıl
B) opera, gömgöy, qapqara
C) traktor, orden, medal
D) kimya, tarix, ədəbiyyat
E) yalnız, yalqız, sapsarı
Qalın saitli sözlərin cərgəsini göstərin:
A) üzüm, qoşun, sakit
B) sərin, süzmə, görüş
C) baba, quzu, qış
D) dərin, maşın, oyun
E) tütək, ağac, əmi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top