Tapılan ümumi test sayı : 28

Saray ədəbiyyatı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Ölkədə baş verən hadisələrin təsviri əsas mövzulardan biri idi.
B) Əsasən, fars dilində yazılırdı.
C) Saraylarda yarandığı üçün belə adlanır.
D) Əsas mövzusu hökmdarların tərifi idi.
E) Qəzəl janrına daha çox üstünlük verilirdi.
"Kuhikən künd eyləmiş min tişəni bir dağilən,
Mən qoparıb atmışam min dağı bir dırnağilən" beytində hansı bədii ifadə vasitəsi işlənmişdir?
A) mübaliğə
B) epitet
C) təşbeh
D) metonimiya
E) litota
XVI əsrdə yaşamış, ana  dilində qəzəl, qoşma və poema yazmış şair:
A) Həbibi
B) Şah İsmayıl Xətai
C) İmadəddin Nəsimi
D) Fədai
E) Məhəmməd Füzuli
N.Nərimanovun eyni adlı nəsr və dram əsəri:
A) "Nadanlıq"
B) "Nadir şah"
C) "Bir kəndin sərgüzəşti"
D) "Pir"
E) "Bahadır və Sona"
Nümunə Nizaminin hansı əsərindəndir?
Büzürgümid adlı bir alim vardı,
Ağlı, istedadı gün tək parlardı.
Yeri qarış-qarış dolaşmışdı o,
Fikriylə göylərə ucalmışdı o...
A) "Leyli və Məcnun"
B) "Xosrov və Şirin"
C) "Sirlər xəzinəsi"
D) "İsgəndərnamə"
E) "Yeddi gözəl"
"Qürub çağı bir yetim", "Ana", "Ölkəm" şerlərinin müəllifi:
A) A.İldırım
B) M.Müşfiq
C) Ə.Cavad
D) H.Cavid
E) C.Cabbarlı
N.Vəzirovun yaratdığı müsbət ziyalı:
A) Rüstəm bəy
B) Aslan bəy
C) Əşrəf bəy
D) Bayraməli bəy
E) Cənnətli ağa
Aşağıdakı sənətkarlardan biri maarifçi-realist ədəbiyyatın nümayəndəsi deyil:
A) İsmayıl bəy Qutqaşınlı
B) Mirzə Fətəli Axundzadə
C) Seyid Əzim Şirvani
D) Abbasqulu ağa Bakıxanov
E) Xurşidbanu Natəvan
Şerin janrını müəyyənləşdirin:
Ağardı başım,
Yoxdur sirdaşım.
Qohum-qardaşım
Bu balama qurban.
A) oxşama
B) holavar
C) sayaçı sözü
D) layla
E) bayatı
Cənubi Azərbaycan mövzusunda silsilə şerlər yazmış şair:
A) S.Rüstəm
B) R.Rza
C) S.Vurğun
D) A.İldırım
E) Ə.Cavad
Təmsil haqqında hansı fikir səhvdir?
A) əsasən nəzmlə yazılır
B) həcmcə kiçik olur
C) lirik növün ən qədim janrlarından biridir
D) şəxsləndirmə əsasında yaradılır
E) əxlaqi-tərbiyəvi səciyyə daşıyır
Hansı cərgədə hər iki sözü omonim kimi işlətmək mümkündür?
A) baş, ev
B) top, külək
C) qapı, həyat
D) çay, yaş
E) ürək, könül
Yazılışı ilə tələffüzündə fərq olan sözlərin sırasını müəyyənləşdirin:
A) yarpaq, doqquz, pələng, çəkic
B) torpaq, ana, dəftər, alma
C) məktəb, iynə, ulduz, ürək
D) qospital, səpin, bişmiş, kəskin
E) vətəndaş, parta, imla, papaq
Hansı cümlədə fel xəbər şəklinin hekayəsində işlənib?
A) O, təbiətin qoynunda dincəlməyi sevirdi.
B) Tapşırığı gərək tez icra edəydim.
C) Orxan qəsdən cavab vermədi.
D) Biz meşədən cır meyvə yığası idik.
E) Mikrorayona gedən avtobus bir azdan gəlməli idi.
"-qın4" şəkilçisi ilə düzələn sözlərdən biri sifət deyil:
A) coşqun
B) tutqun
C) kəskin
D) basqın
E) küskün
Ümumi şəxsli cümləni göstərin:
A) Dördüncülər qalib gəldilər.
B) Danışır və göstərir Bakı.
C) Elə bil, bütün işi ona tapşırmışdılar.
D) Hava sakit idi.
E) Cücəni payızda sayarlar.
Tərəfləri isimdən düzələn  mürəkkəb sözlərin sırasını müəyyənləşdirin:
A) Qurbanəli bəy, yadelli, ağcaqanad, qırxayaq
B) köhnəfikirli, üçbucaq, qovhaqov, üzüsulu
C) ayaqqabı, kəklikotu, qolbaq, dəvədabanı
D) Məmmədəli, dilişirin, beşaçılan, yerkökü
E) Çənlibel, Daşdəmir, Banuçiçək, uzundərə
"Vətəndaş", "cənab" sözləri nitq etiketlərininhansı növünə daxildir?
A) təbrik
B) müraciət
C) alqış
D) görüşmə
E) ayrılma
Feli xəbərli cümləni göstərin:
A) Hər tərəf tərtəmiz idi.
B) Müşfiq xalqımızın böyük şairidir.
C) Görünən yaraşıqlı ev bizimdir.
D) Anam dostumu öz balası kimi sevirdi.
E) Gələn uşaqların anasıdır.
"Bu mənzərəyə həyəcansız tamaşa etmək mümkün deyildi" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
A) mübtəda, xəbər, tamamlıq, təyin, zərflik
B) mübtəda, xəbər, tamamlıq, zərflik
C) mübtəda, xəbər, tamamlıq, təyin
D) mübtəda, xəbər, tamamlıq
E) mübtəda, xəbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top