Tapılan ümumi test sayı : 28

Nəriman Nərimanovun  "Nadir şah" əsərində Nadir kimin tövsiyələrindən sonra quldurluqdan əl çəkib İranın xilası naminə fəaliyyət göstərməyə and içir?
A) Şah Təhmasın
B) Gülcahanın
C) Mirzə Mehdinin
D) Cavadın
E) Gürcü bəyin
Verilmiş şer nümunəsində hansı bədii ifadə vasitəsindən istifadə edilib?
Yaxşı ki, qızını sevir ürəkdən,
Yaxşı ki, zövq alır "bala" deməkdən.
Yaxşı ki, Ülkər də çox sevir onu,
Bilmir müqəssirin kim olduğunu.
A) mübaliğə
B) metonimiya
C) metafora
D) bədii təzad
E) təkrir
Hansı obraz M.F.Axundzadə komediyalarındakı qadın obrazlarına daxil edilə bilməz?
A) Sona
B) Şərəfnisə
C) Səkinə
D) Pərzad
E) Səadət
Repressiya qurbanı olmuş sənətkarları göstərin:
1. S.Hüseyn                4. C.Cabbarlı
2. S.Rüstəm                5. Y.V.Çəmənzəminli
3. M.Rahim                  6. R.Rza
A) 1, 4
B) 4, 5
C) 5, 6
D) 1, 5
E) 2, 3
Aşağıdakı sözlər Nizaminin hansı qəhrəmanına məxsusdur?
Erkək tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.
A) Leyli
B) Nüşabə
C) Şirin
D) Məhinbanu
E) Fitnə
Heca vəznli şeri ilk dəfə divan ədəbiyyatına gətirən şair kimdir?
A) Həsənoğlu
B) Xaqani
C) Xətai
D) Qazi Bürhanəddin
E) S.Ə.Şirvani
S.Ə.Şirvani "Əkinçi"dən sonra hansı qəzetdə fəal iştirak etmişdir?
A) "Ziya"
B) "Şərqi-Rus"
C) "İrşad"
D) "Həyat"
E) "Kaspi"
 "Kitabi-Dədə qorqud dastanlarında oğuzların faciəsinin səbəbi nə ilə izah olunur?
A) Oğuzların əkinçiliklə məşğul olub döyüş ənənələrini unutması ilə
B) Düşmənlərin güclü olması ilə
C) Oğuzların arasında daxili ədavət və ziddiyyətlərin olması ilə
D) Oğuzların sülhsevərliyi ilə
E) Düşmənlərin daha yaxşı silahlanması ilə
S.Vurğunun bu əsərlərindən biri Dövlət mükafatına layiq görülmüşdür:
A) "Muğan" poeması
B) "Komsomal poeması"
C) "Zəncinin arzuları" poeması
D) "Aygün" mənzum romanı
E) "Vaqif" dramı
Rübai haqqındakı fikirlərdın hansı səhvdir?
A) qafiyə quruluşu, aaba şəklində olur
B) ictimai, fəlsəfi və əxlaqi məzmun daşıyır;
C) əsasən, əruz vəznində yazılır;
D) dörd misradan ibarət olur;
E) misralarda hecaların sayı 7 olur;
"us", "damu", "nəsnə", "daqqa" nümunələri hansı söz qurupuna aiddir?
A) terminlər
B) alınma sözlər
C) neologizmlər
D) dialekt sözləri
E) köhnəlmiş sözlər
Tələffüzü ilə yazılışı eyni olan qoşasamitli sözlərin cərgəsini göstərin:
A) millət, amma, hissə
B) güllə, taqqıltı, həssas
C) səkkiz, Məkkə, diqqət
D) hoppanmaq, rəssam, hətta
E) doqquz, doqqaz, baqqal
Fellərdən biri şərt şəklinin rəvayətində işlənib:
A) gəlsə idi
B) oxusa imiş
C) gəlsəydi
D) olsa idi
E) almalısa
Dilçilik elminin hansı sahəsi ümumi dilçilikdə həmdə leksikoqrafiya adlanır?
A) sintaksis
B) dialektologiya
C) lüğətçilik
D) morfologiya
E) frazeologiya
Azaltma dərəcəsində olan sifətlərdən ibarət cərgəni göstərin:
A) şirintəhər, qapqara, sarı
B) bolluca, tünd-yaşıl, göyümtül
C) uzunsov, sarımtıl, qırmızımtıraq
D) lap gözəl, daha yaxşı, qıpqırmızı
E) kiçik, cavan, körpə
Qeyri-müəyyən şəxsli cümləni göstərin:
A) Bəlkə, bu yerlərə bir də gəlmədim.
B) Sözün doğrusunu zarafatla deyərlər.
C) Qonaqları dünən gecə yola saldılar.
D) Babalar nəvələrini çox sevirlər.
E) Tələbələr iməcilikdə fəal iştirak etdilər.
"Qaç" sözünə qoşula bilən aşağıdakı şəkilçilərdən hansılar leksik şəkilçilərdir?
1) -qın          2) -ış    3)  -dı       4) -ır     5) -ağan
A) 3, 4
B) 1, 3
C) 2, 3, 5
D) 1, 2, 5
E) 1, 4, 5
Mübtədası II növ təyini söz birləşməsi ilə ifadə olunmuş ismi xəbərli cümləni göstərin:
A) Küçə qapısını rənglədilər.
B) Kənd uşaqları yarışda qalib gəldilər.
C) Məktəb direktorlarını seminara dəvət etdilər.
D) İş icraçısı mənəm.
E) Məktəbin direktoru sözə başladı.
Göstərilənlərdən biri görüşmə etiketlərinə aid deyil:
A) Xoş gördük.
B) Xoş gəlmişsiniz.
C) Görüşənə qədər
D) Sabahınız xeyir.
E) Axşamınız xeyir.
Xəbəri felin vacib şəkli ilə ifadə olunmuş cümləni göstərin:
A) Sənədlərin son variantı yazılasıdır.
B) Yüz ölç, bir biç.
C) Gərək, bu kitabların hamısını oxuyasan.
D) Yaman günün ömrü az olar.
E) Mən bu gün yola düşməliyəm.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top