Tapılan ümumi test sayı : 28

Nəriman Nərimanovun  "Nadir şah" əsərində Nadir kimin tövsiyələrindən sonra quldurluqdan əl çəkib İranın xilası naminə fəaliyyət göstərməyə and içir?
A) Şah Təhmasın
B) Mirzə Mehdinin
C) Gülcahanın
D) Cavadın
E) Gürcü bəyin
Verilmiş şer nümunəsində hansı bədii ifadə vasitəsindən istifadə edilib?
Yaxşı ki, qızını sevir ürəkdən,
Yaxşı ki, zövq alır "bala" deməkdən.
Yaxşı ki, Ülkər də çox sevir onu,
Bilmir müqəssirin kim olduğunu.
A) mübaliğə
B) metafora
C) bədii təzad
D) təkrir
E) metonimiya
Hansı obraz M.F.Axundzadə komediyalarındakı qadın obrazlarına daxil edilə bilməz?
A) Səkinə
B) Sona
C) Pərzad
D) Səadət
E) Şərəfnisə
Repressiya qurbanı olmuş sənətkarları göstərin:
1. S.Hüseyn                4. C.Cabbarlı
2. S.Rüstəm                5. Y.V.Çəmənzəminli
3. M.Rahim                  6. R.Rza
A) 2, 3
B) 4, 5
C) 1, 5
D) 1, 4
E) 5, 6
Aşağıdakı sözlər Nizaminin hansı qəhrəmanına məxsusdur?
Erkək tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.
A) Nüşabə
B) Məhinbanu
C) Fitnə
D) Şirin
E) Leyli
Heca vəznli şeri ilk dəfə divan ədəbiyyatına gətirən şair kimdir?
A) Həsənoğlu
B) S.Ə.Şirvani
C) Xaqani
D) Xətai
E) Qazi Bürhanəddin
S.Ə.Şirvani "Əkinçi"dən sonra hansı qəzetdə fəal iştirak etmişdir?
A) "İrşad"
B) "Kaspi"
C) "Həyat"
D) "Ziya"
E) "Şərqi-Rus"
 "Kitabi-Dədə qorqud dastanlarında oğuzların faciəsinin səbəbi nə ilə izah olunur?
A) Düşmənlərin daha yaxşı silahlanması ilə
B) Oğuzların arasında daxili ədavət və ziddiyyətlərin olması ilə
C) Oğuzların sülhsevərliyi ilə
D) Düşmənlərin güclü olması ilə
E) Oğuzların əkinçiliklə məşğul olub döyüş ənənələrini unutması ilə
S.Vurğunun bu əsərlərindən biri Dövlət mükafatına layiq görülmüşdür:
A) "Zəncinin arzuları" poeması
B) "Muğan" poeması
C) "Komsomal poeması"
D) "Vaqif" dramı
E) "Aygün" mənzum romanı
Rübai haqqındakı fikirlərdın hansı səhvdir?
A) misralarda hecaların sayı 7 olur;
B) ictimai, fəlsəfi və əxlaqi məzmun daşıyır;
C) dörd misradan ibarət olur;
D) əsasən, əruz vəznində yazılır;
E) qafiyə quruluşu, aaba şəklində olur
"us", "damu", "nəsnə", "daqqa" nümunələri hansı söz qurupuna aiddir?
A) dialekt sözləri
B) terminlər
C) köhnəlmiş sözlər
D) alınma sözlər
E) neologizmlər
Tələffüzü ilə yazılışı eyni olan qoşasamitli sözlərin cərgəsini göstərin:
A) doqquz, doqqaz, baqqal
B) millət, amma, hissə
C) səkkiz, Məkkə, diqqət
D) güllə, taqqıltı, həssas
E) hoppanmaq, rəssam, hətta
Fellərdən biri şərt şəklinin rəvayətində işlənib:
A) gəlsəydi
B) almalısa
C) oxusa imiş
D) gəlsə idi
E) olsa idi
Dilçilik elminin hansı sahəsi ümumi dilçilikdə həmdə leksikoqrafiya adlanır?
A) lüğətçilik
B) morfologiya
C) dialektologiya
D) frazeologiya
E) sintaksis
Azaltma dərəcəsində olan sifətlərdən ibarət cərgəni göstərin:
A) şirintəhər, qapqara, sarı
B) lap gözəl, daha yaxşı, qıpqırmızı
C) bolluca, tünd-yaşıl, göyümtül
D) kiçik, cavan, körpə
E) uzunsov, sarımtıl, qırmızımtıraq
Qeyri-müəyyən şəxsli cümləni göstərin:
A) Sözün doğrusunu zarafatla deyərlər.
B) Qonaqları dünən gecə yola saldılar.
C) Babalar nəvələrini çox sevirlər.
D) Tələbələr iməcilikdə fəal iştirak etdilər.
E) Bəlkə, bu yerlərə bir də gəlmədim.
"Qaç" sözünə qoşula bilən aşağıdakı şəkilçilərdən hansılar leksik şəkilçilərdir?
1) -qın          2) -ış    3)  -dı       4) -ır     5) -ağan
A) 1, 2, 5
B) 2, 3, 5
C) 1, 3
D) 3, 4
E) 1, 4, 5
Mübtədası II növ təyini söz birləşməsi ilə ifadə olunmuş ismi xəbərli cümləni göstərin:
A) Küçə qapısını rənglədilər.
B) Məktəbin direktoru sözə başladı.
C) Məktəb direktorlarını seminara dəvət etdilər.
D) İş icraçısı mənəm.
E) Kənd uşaqları yarışda qalib gəldilər.
Göstərilənlərdən biri görüşmə etiketlərinə aid deyil:
A) Görüşənə qədər
B) Xoş gördük.
C) Sabahınız xeyir.
D) Xoş gəlmişsiniz.
E) Axşamınız xeyir.
Xəbəri felin vacib şəkli ilə ifadə olunmuş cümləni göstərin:
A) Yüz ölç, bir biç.
B) Mən bu gün yola düşməliyəm.
C) Gərək, bu kitabların hamısını oxuyasan.
D) Sənədlərin son variantı yazılasıdır.
E) Yaman günün ömrü az olar.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top