Tapılan ümumi test sayı : 28

"Təki sənin arzuların çin olaydı" cümləsində ədatın hansı növü işlənmişdir?
A) arzu
B) dəqiqləndirici
C) əmr
D) məhdudlaşdırıcı
E) qüvvətləndirici
Eyni üzlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlər necə adlanır?
A) əlavələr
B) əlavə sözlər
C) həmcins üzvlər
D) xitab
E) ara sözlər
Xüsusiləşmiş tamamlıq və zərfliklərdən sonra hansı durğu işarəsi qoyulur?
A) nöqtəli vergül
B) vergül, tire
C) iki nöqtə
D) tire
E) vergül
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Gecə fikir, gündüz fikir,
 Nə yurd salır, nə ev tikir.
B) Divarı nəm yıxar, insanı qəm.
C) Gah külək əsir, gah da yağış yağır.
D) Sel gəldi, sular bənd-bərəni yuyub apardı.
E) Çox dedim, az eşitdi.
Qapalı saitlərin sırasını göstərin:
A) a, ı, o, u
B) ə, i, e, ö, ü
C) ı, i, u, ü
D) o, u, ö, ü
E) a, o, ö, ü
Köməkçi nitq hissələrinə xas olan xüsusiyyətlərdən biri yanlışdır:
A) heç bir suala cavab olmur;
B) leksik mənası yoxdur.
C) şəkilçi qəbul etmir;
D) ayrılıqda cümlə üzvü kimi işlənmir;
E) qrammatik mənaya malik olmur;
Hansı cərgə yalnız Azərbaycan mənşəli sözlərdən ibarətdir?
A) şirin, maqnitofon, eynək
B) vərəq, səhifə, müalicə
C) şüşə, buldozer, fəsil
D) açar, dəhliz, şüur
E) gəlin, qızıl, sevgi
Düzəltmə isimlərin sırasını göstərin:
A) dağlıq, qurucu, kəskin
B) gözəllik, otlaq, təmirçi
C) balaca, qaçağan, dəmirçi
D) köməkçi, dadlı, qabaqcıl
E) qızğın, meşəlik, alma
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top