Tapılan ümumi test sayı : 30

S.Ə.Şirvani öz əsərlərini daha çox hansı qəzetdə dərc etdirib?
A) "Kəşkül", "Həqiqət"
B) "Kavkaz", "Kaspi"
C) "İrşad", "Əxtər"
D) "Əkinçi", "Ziya"
E) "Şərqi-Rus", "Kavkaz"
M.Hüseynin sadalanan əsərlərindən biri faciə janrında yazılmışdır:
A) "Cavanşir"
B) "Tərlan"
C) "Yeraltı çaylar dənizə axır"
D) "Abşeron"
E) "Qara daşlar"
"Kitabi-Dədə Qorqud" əsəri ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Boyların finalı bir-biri ilə eynidir, ozanın tərifi və xeyir-duası ilə tamamlanır.
B) Təpəgöz və Dəli Domrulla bağlı hadisələr əfsanəvi,qalan boylar isə tarixi səciyyə daşıyır.
C) On iki boyun hər birinin öz mövzusu, surətlər aləmi, süjet xətti var.
D) Bütün əhvalatlar Salur Qazanın adı ilə əlaqələndirilir
E) Boylarda əksini tapan hadisələr oğuzların dastana çevrilmiş tarixidir.
M.F.Axunzadənin maarifçi ideyalarını əks etdirən ən məşhur dram əsəri:
A) "Hekayəti-xırs quldurbasan"
B) "Hekayəti-müsyö Jordab və dərviş Məstəli şah"
C) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
D) "Hekayəti-vəziri-xani Lənkəran"
E) "Mürafiə vəkillərinin hekayəti"
Y.V.Çəmənzəminlinin "Qan içində" romanından götürülmüş
"... , bizi hara aparırlar?
Oğlu sərzənişli bir səslə:
-Ağa, -dedi, -bir çoxlarını sən bu yolla həmin yerə aparırlar"
parçasındakı üç nöqtənin yerində kimin adı yazılmalıdır?
A) Qasım ağa
B) Vidadi
C) Vaqif
D) Səfər
E) İbrahim xan
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesində qaldırılan məsələlər son nəticədə hansı obraz üzərində mərkəzləşir?
A) Zəhrabəyim ana
B) Rüstəm bəy
C) Gülbahar
D) Səməd Vahid
E) Mirzə Məhəmmədəli
Hansı janrda yazılmış əsərlər məzmuna görə minacat, nət, mədhiyyə, fəxriyyə kimi növlərə bölünür?
A) müxəmməs
B) qitə
C) poema
D) tuyuğ
E) qəsidə
M.Füzulinin aşağıdakı beytində işlənmiş məcazın növlərini göstərin:
"Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahımdan, Muradın Şəmi yanmazmı?!"
1. təkrir          2. litota            3. bədii sual
4. təşbeh       5. mübaliğə







 
A) 1, 4
B) 2, 3
C) 2, 4
D) 3, 5
E) 3, 4
Nizaminin "Xosrov və Şirin" poemasında
"Ustamız bilirdi hər bir peşəni,
Mənə qələm verdi, ona tişəni" misraları ilə Şapur kimi nişan verir?
A) Fərhadı
B) Şiruyəni
C) Xosrovu
D) Şirini
E) Büzürgümidi
Hansı sənətkar yaradıcılığında əruzla yanaşı, heca vəznindən də istifadə etmişdir:
A) İ.Həsənoğlu
B) İ.Nəsimi
C) M.Füzuli
D) S.Ə.Şirvani
E) Xətai
Verilmiş sözlərdən neçəsi çoxmənalıdır?
almaq, qaş, səyyah, göz, qar, şer, sahil
A) dörd
B) üç
C) altı
D) iki
E) beş
"Toplantı iştirakçıları tədbirlərin sonunda el ağsaqqalı Əli kişinin təkliflərini dinlədilər" cümləsində yiyəlik halda olan neçə isim işlənmişdir?
A) 5
B) 4
C) 3
D) 1
E) 2
Yalnız sinonimlərdən ibarət cərgəni göstərin:
A) ata, ana, bacı
B) od, günəş, tüstü
C) adam, insan, xalq
D) böyük, yekə, nəhəng
E) səmərəli, səliqəli, ləzzətli
"Şagirdlərin imtahan  göstəriciləri sevindiricidir" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
A) mübtəda, xəbər
B) təyin, mübtəda, xəbər
C) təyin, tamamlıq, xəbər
D) zərflik, tamamlıq, xəbər
E) mübtəda, zərflik, xəbər
"Nənə" sözünü hallandırdıqda hansı halda yazılışı ilə deyilişi fərqlənir?
A) yönlük
B) çıxışlıq
C) təsirlik
D) yiyəlik
E) yerlik
"Hamımızın məqsədi odur ki, respublikamızda əmin-amanlıq olsun" tabeli mürəkkəb cümləsindəki budaq cümlənin növünü göstərin:
A) zaman budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) təyin budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) xəbər budaq cümləsi
Sadalanan türk dillərindən yalnız biri Azərbaycan dilinin də daxil olduğu  oğuz qrupuna aiddir:
A) qazax
B) türkmən
C) tatar
D) özbək
E) qırğız
Hansı sözün yazılışı səhvdir?
A) birəbeş
B) bir-bir
C) birdən-birə
D) birbaşa
E) birdəfəlik
"Dörd aydır oğlunu görməyən ana ondan məktub aldığı üçün sevinirdi" cümləsində zərfliyin hansı məna növü işlənmişdir?
A) təzri-hərəkət
B) məqsəd
C) zaman
D) səbəb
E) kəmiyyət
Hansı cümlədə feli sifət tamamlıq yerində işlənmişdir?
A) Müsabiqədə qalib çıxan şagirdlər mükafatlandırıldı.
B) Baxdığın kitablar çox maraqlıdır.
C) İşləyəni qiymətləndirmək lazımdır.
D) Görüləcək işi sabaha qoyma.
E) Yarışda yer tutanlar çox sevinirdilər.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top