Tapılan ümumi test sayı : 30

S.Ə.Şirvani öz əsərlərini daha çox hansı qəzetdə dərc etdirib?
A) "İrşad", "Əxtər"
B) "Şərqi-Rus", "Kavkaz"
C) "Kavkaz", "Kaspi"
D) "Kəşkül", "Həqiqət"
E) "Əkinçi", "Ziya"
M.Hüseynin sadalanan əsərlərindən biri faciə janrında yazılmışdır:
A) "Tərlan"
B) "Cavanşir"
C) "Qara daşlar"
D) "Abşeron"
E) "Yeraltı çaylar dənizə axır"
"Kitabi-Dədə Qorqud" əsəri ilə bağlı fikirlərdən hansı səhvdir?
A) On iki boyun hər birinin öz mövzusu, surətlər aləmi, süjet xətti var.
B) Bütün əhvalatlar Salur Qazanın adı ilə əlaqələndirilir
C) Boyların finalı bir-biri ilə eynidir, ozanın tərifi və xeyir-duası ilə tamamlanır.
D) Təpəgöz və Dəli Domrulla bağlı hadisələr əfsanəvi,qalan boylar isə tarixi səciyyə daşıyır.
E) Boylarda əksini tapan hadisələr oğuzların dastana çevrilmiş tarixidir.
M.F.Axunzadənin maarifçi ideyalarını əks etdirən ən məşhur dram əsəri:
A) "Hekayəti-vəziri-xani Lənkəran"
B) "Hekayəti-xırs quldurbasan"
C) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
D) "Mürafiə vəkillərinin hekayəti"
E) "Hekayəti-müsyö Jordab və dərviş Məstəli şah"
Y.V.Çəmənzəminlinin "Qan içində" romanından götürülmüş
"... , bizi hara aparırlar?
Oğlu sərzənişli bir səslə:
-Ağa, -dedi, -bir çoxlarını sən bu yolla həmin yerə aparırlar"
parçasındakı üç nöqtənin yerində kimin adı yazılmalıdır?
A) Səfər
B) Vidadi
C) Qasım ağa
D) İbrahim xan
E) Vaqif
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesində qaldırılan məsələlər son nəticədə hansı obraz üzərində mərkəzləşir?
A) Zəhrabəyim ana
B) Mirzə Məhəmmədəli
C) Gülbahar
D) Rüstəm bəy
E) Səməd Vahid
Hansı janrda yazılmış əsərlər məzmuna görə minacat, nət, mədhiyyə, fəxriyyə kimi növlərə bölünür?
A) poema
B) müxəmməs
C) qəsidə
D) tuyuğ
E) qitə
M.Füzulinin aşağıdakı beytində işlənmiş məcazın növlərini göstərin:
"Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahımdan, Muradın Şəmi yanmazmı?!"
1. təkrir          2. litota            3. bədii sual
4. təşbeh       5. mübaliğə







 
A) 3, 5
B) 2, 3
C) 1, 4
D) 2, 4
E) 3, 4
Nizaminin "Xosrov və Şirin" poemasında
"Ustamız bilirdi hər bir peşəni,
Mənə qələm verdi, ona tişəni" misraları ilə Şapur kimi nişan verir?
A) Büzürgümidi
B) Şiruyəni
C) Fərhadı
D) Xosrovu
E) Şirini
Hansı sənətkar yaradıcılığında əruzla yanaşı, heca vəznindən də istifadə etmişdir:
A) S.Ə.Şirvani
B) İ.Həsənoğlu
C) Xətai
D) İ.Nəsimi
E) M.Füzuli
Verilmiş sözlərdən neçəsi çoxmənalıdır?
almaq, qaş, səyyah, göz, qar, şer, sahil
A) üç
B) dörd
C) beş
D) iki
E) altı
"Toplantı iştirakçıları tədbirlərin sonunda el ağsaqqalı Əli kişinin təkliflərini dinlədilər" cümləsində yiyəlik halda olan neçə isim işlənmişdir?
A) 5
B) 4
C) 2
D) 3
E) 1
Yalnız sinonimlərdən ibarət cərgəni göstərin:
A) səmərəli, səliqəli, ləzzətli
B) adam, insan, xalq
C) od, günəş, tüstü
D) böyük, yekə, nəhəng
E) ata, ana, bacı
"Şagirdlərin imtahan  göstəriciləri sevindiricidir" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
A) mübtəda, xəbər
B) təyin, tamamlıq, xəbər
C) təyin, mübtəda, xəbər
D) mübtəda, zərflik, xəbər
E) zərflik, tamamlıq, xəbər
"Nənə" sözünü hallandırdıqda hansı halda yazılışı ilə deyilişi fərqlənir?
A) yiyəlik
B) təsirlik
C) yönlük
D) yerlik
E) çıxışlıq
"Hamımızın məqsədi odur ki, respublikamızda əmin-amanlıq olsun" tabeli mürəkkəb cümləsindəki budaq cümlənin növünü göstərin:
A) tamamlıq budaq cümləsi
B) təyin budaq cümləsi
C) xəbər budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) zaman budaq cümləsi
Sadalanan türk dillərindən yalnız biri Azərbaycan dilinin də daxil olduğu  oğuz qrupuna aiddir:
A) özbək
B) türkmən
C) qazax
D) tatar
E) qırğız
Hansı sözün yazılışı səhvdir?
A) birdəfəlik
B) birbaşa
C) bir-bir
D) birdən-birə
E) birəbeş
"Dörd aydır oğlunu görməyən ana ondan məktub aldığı üçün sevinirdi" cümləsində zərfliyin hansı məna növü işlənmişdir?
A) zaman
B) məqsəd
C) təzri-hərəkət
D) səbəb
E) kəmiyyət
Hansı cümlədə feli sifət tamamlıq yerində işlənmişdir?
A) Baxdığın kitablar çox maraqlıdır.
B) İşləyəni qiymətləndirmək lazımdır.
C) Yarışda yer tutanlar çox sevinirdilər.
D) Görüləcək işi sabaha qoyma.
E) Müsabiqədə qalib çıxan şagirdlər mükafatlandırıldı.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top