Tapılan ümumi test sayı : 30

S.Ə.Şirvani öz əsərlərini daha çox hansı qəzetdə dərc etdirib?
A) "İrşad", "Əxtər"
B) "Kavkaz", "Kaspi"
C) "Şərqi-Rus", "Kavkaz"
D) "Əkinçi", "Ziya"
E) "Kəşkül", "Həqiqət"
M.Hüseynin sadalanan əsərlərindən biri faciə janrında yazılmışdır:
A) "Yeraltı çaylar dənizə axır"
B) "Qara daşlar"
C) "Abşeron"
D) "Cavanşir"
E) "Tərlan"
"Kitabi-Dədə Qorqud" əsəri ilə bağlı fikirlərdən hansı səhvdir?
A) Bütün əhvalatlar Salur Qazanın adı ilə əlaqələndirilir
B) Boyların finalı bir-biri ilə eynidir, ozanın tərifi və xeyir-duası ilə tamamlanır.
C) Boylarda əksini tapan hadisələr oğuzların dastana çevrilmiş tarixidir.
D) On iki boyun hər birinin öz mövzusu, surətlər aləmi, süjet xətti var.
E) Təpəgöz və Dəli Domrulla bağlı hadisələr əfsanəvi,qalan boylar isə tarixi səciyyə daşıyır.
M.F.Axunzadənin maarifçi ideyalarını əks etdirən ən məşhur dram əsəri:
A) "Hekayəti-vəziri-xani Lənkəran"
B) "Hekayəti-xırs quldurbasan"
C) "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
D) "Mürafiə vəkillərinin hekayəti"
E) "Hekayəti-müsyö Jordab və dərviş Məstəli şah"
Y.V.Çəmənzəminlinin "Qan içində" romanından götürülmüş
"... , bizi hara aparırlar?
Oğlu sərzənişli bir səslə:
-Ağa, -dedi, -bir çoxlarını sən bu yolla həmin yerə aparırlar"
parçasındakı üç nöqtənin yerində kimin adı yazılmalıdır?
A) İbrahim xan
B) Vidadi
C) Səfər
D) Vaqif
E) Qasım ağa
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesində qaldırılan məsələlər son nəticədə hansı obraz üzərində mərkəzləşir?
A) Rüstəm bəy
B) Səməd Vahid
C) Zəhrabəyim ana
D) Mirzə Məhəmmədəli
E) Gülbahar
Hansı janrda yazılmış əsərlər məzmuna görə minacat, nət, mədhiyyə, fəxriyyə kimi növlərə bölünür?
A) müxəmməs
B) qəsidə
C) poema
D) tuyuğ
E) qitə
M.Füzulinin aşağıdakı beytində işlənmiş məcazın növlərini göstərin:
"Məni candan usandırdı, cəfadan yar usanmazmı?!
Fələklər yandı ahımdan, Muradın Şəmi yanmazmı?!"
1. təkrir          2. litota            3. bədii sual
4. təşbeh       5. mübaliğə







 
A) 3, 5
B) 2, 4
C) 3, 4
D) 2, 3
E) 1, 4
Nizaminin "Xosrov və Şirin" poemasında
"Ustamız bilirdi hər bir peşəni,
Mənə qələm verdi, ona tişəni" misraları ilə Şapur kimi nişan verir?
A) Şiruyəni
B) Şirini
C) Xosrovu
D) Büzürgümidi
E) Fərhadı
Hansı sənətkar yaradıcılığında əruzla yanaşı, heca vəznindən də istifadə etmişdir:
A) S.Ə.Şirvani
B) M.Füzuli
C) İ.Nəsimi
D) İ.Həsənoğlu
E) Xətai
Verilmiş sözlərdən neçəsi çoxmənalıdır?
almaq, qaş, səyyah, göz, qar, şer, sahil
A) üç
B) beş
C) iki
D) dörd
E) altı
"Toplantı iştirakçıları tədbirlərin sonunda el ağsaqqalı Əli kişinin təkliflərini dinlədilər" cümləsində yiyəlik halda olan neçə isim işlənmişdir?
A) 4
B) 1
C) 2
D) 3
E) 5
Yalnız sinonimlərdən ibarət cərgəni göstərin:
A) adam, insan, xalq
B) böyük, yekə, nəhəng
C) səmərəli, səliqəli, ləzzətli
D) od, günəş, tüstü
E) ata, ana, bacı
"Şagirdlərin imtahan  göstəriciləri sevindiricidir" cümləsində hansı cümlə üzvləri işlənmişdir?
A) mübtəda, xəbər
B) təyin, tamamlıq, xəbər
C) mübtəda, zərflik, xəbər
D) zərflik, tamamlıq, xəbər
E) təyin, mübtəda, xəbər
"Nənə" sözünü hallandırdıqda hansı halda yazılışı ilə deyilişi fərqlənir?
A) yerlik
B) çıxışlıq
C) yiyəlik
D) yönlük
E) təsirlik
"Hamımızın məqsədi odur ki, respublikamızda əmin-amanlıq olsun" tabeli mürəkkəb cümləsindəki budaq cümlənin növünü göstərin:
A) mübtəda budaq cümləsi
B) təyin budaq cümləsi
C) xəbər budaq cümləsi
D) zaman budaq cümləsi
E) tamamlıq budaq cümləsi
Sadalanan türk dillərindən yalnız biri Azərbaycan dilinin də daxil olduğu  oğuz qrupuna aiddir:
A) qırğız
B) türkmən
C) özbək
D) tatar
E) qazax
Hansı sözün yazılışı səhvdir?
A) birdəfəlik
B) bir-bir
C) birdən-birə
D) birbaşa
E) birəbeş
"Dörd aydır oğlunu görməyən ana ondan məktub aldığı üçün sevinirdi" cümləsində zərfliyin hansı məna növü işlənmişdir?
A) təzri-hərəkət
B) səbəb
C) kəmiyyət
D) zaman
E) məqsəd
Hansı cümlədə feli sifət tamamlıq yerində işlənmişdir?
A) Müsabiqədə qalib çıxan şagirdlər mükafatlandırıldı.
B) Görüləcək işi sabaha qoyma.
C) İşləyəni qiymətləndirmək lazımdır.
D) Baxdığın kitablar çox maraqlıdır.
E) Yarışda yer tutanlar çox sevinirdilər.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top