Tapılan ümumi test sayı : 28

Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindəki Rüstəm bəy surəti haqqındakı fikirlərdən biri yanlışdır:
A) Öz övladını dərin məhəbbətlə sevən atadır.
B) Qəddar, amansız və intiqamçı bir bəydir.
C) Oğlu Rəşidin intiqamı yolunda hər şeyə razı olur.
D) Əsərin sonunda öz əməllərindən peşman olur.
E) Oxumağın, maarifin qəddar düşmənidir.
M.Hüseynin hansı əsərləri müharibə mövzusunda yazılmışdır?
A) "Fəryad", "Ürək"
B) "Abşeron", "Komissar"
C) "Daşqın", "Tərlan"
D) "Səhər", "Bahar suları"
E) "Alov", "Şamil"
Y.V.Çəmənzəminlinin "Qan içində" romanının surətləri sırasında verilənlərdən biri səhvdir:
A) Kazım
B) Səfər
C) Eldar
D) İbrahim xan
E) Vaqif
"Kitabi-Dədə Qorqud" dastanın hansı qəhrəmanı Qaraca Çobana müraciətlə aşağıdakı sözləri deyir?
Qaranqu axşam olanda qayğılı Çoban,
Qarla yağmur yağanda Çaxmaqlı Çoban,
Qara başım qurban olsun, Çoban, sana.
A) Dədə Qorqud
B) Burla xatun
C) Salur Qazan
D) Şöklü Məlik
E) Uruz
M.F.Axundovun dünyagörüşünün formalaşmasında xüsusi rolu olmuş şəxsiyyət:
A) Bahar Şirvani
B) Q.Zakir
C) İ.Qutqaşınlı
D) A.Bakıxanov
E) M.Ş.Vazeh
"Həzarət, il hesabı barəsində keçən zasdaniyada bir qədər raznoreçiya oldu. Bu da o barədə idi ki, smetanın bir para punktalarında bir qədər təfavüt görsəndi və özgə cür də ola bilməzdi; səbəb bu ki, mədaxil oldu, məxaric oldu, onun bəzi yerlərini biz məhz priblizitelno təyin edirik..."
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesindən götürülmüş bu sözlər hansı surətə məxsusdur?
A) Aslan bəyə
B) Gülbahara
C) Mirzə Məhəmmədəliyə
D) Səməd Vahidə
E) Rüstəm bəyə
Aşağıdakı janrlardan biri epik növə daxildir:
A) müxəmməs
B) komediya
C) qəzəl
D) təmsil
E) qəsidə
Nümunə göstərilən şer parçası haqqında fikirlərdən biri səhvdir:
"Könlüm qaranquş tək uçub qoynuna
Gəzir hər yamacı, hər yalı, yaylaq!
Ruhun təzələnir, məst olur ürək,
Görəndə bu çağı, bu halı, yaylıq!"
A) Misraların daxili bölgüsü 6+5-dir.
B) "Yaylaq" sözü şerdə rədif kimi işlənmişdir.
C) Bənddə 2-ci və 4-cü misralar qafiyələnmiş, 1-ci və 3-cü misralar isə sərbəst buraxılmışdır.
D) Qoşma janrında yazılmış şerin son bəndidir.
E) Buradakı "yalı", "halı" sözləri qafiyələnmişdir.
N.Gəncəvinin "Xosrov və Şirin" poemasını Azərbaycan dilinə kim tərcümə edib?
A) A.Şaiq
B) S.Rüstəm
C) S.Vurğun
D) R.Rza
E) M.Rzaquluzadə
M.Füzulinin "Padişahi-mülk" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə şairlə hökmdar qarşılaşdırılır:
B) Şerin II hissəsində söz mülkünün sultanı olan şairdən danışılır.
C) Məzmununa və ideyasına görə "Şikayətnamə" əsərini yada salır.
D) Şerin I hissəsində hökmdarın əməlləri və aqibəti göstərilmişdir.
E) Əsər qəsidə janrında yazılıb.
Köhnəlmiş sözlərin cərgəsini göstərin:
A) gözəl, qəşəng, yaraşıqlı
B) toplama, vurma, çıxma
C) təhnə, tanıq, bəndərgah
D) soruq, təlis, qeysi
E) divan, bağ, ocaq
"Süzdən şikayətçiyəm" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) sintaktik
C) leksik
D) fonetik
E) həm leksik, həm də qrammatik
İsmin yönlük halında olan sözlərin cərgəsini göstərin:
A) kitaba, dərəyə, insana
B) göyün, yerin, güzgünün
C) katibə, əfsanə, mərdanə
D) dəftəri, kitabı, şəhəri
E) dəftərdə, qutabda, küçədə
Hansı sırada həm bağlayıcı, həm də ədat kimi işlənən sözlər verilmişdir?
A) ancaq, ki
B) necə, axı
C) belə, sanki
D) təkcə, yalnız
E) birgə, təki
Bu işarələrdən biri bəzi saitlərin uzun tələffüz olunmasını göstərməklə yanaşı, bəzən də sözün heca bölümünü bildirir:
A) vergül
B) tire
C) nöqtəli vergül
D) apastrof
E) defis
Deyilişi ilə yazılışı fərqlqənməyən qoşasamitli sözləri göstərin:
A) tıqqıltı, tappıltı, guppultu
B) saqqız, doqquz, saqqal
C) əziyyət, xasiyyət, ədəbiyyat
D) qüvvət, əvvəl, rəssam
E) səkkiz, hətta, əlbəttə
Çoxmənalı söz hansıdır.
A) ərzaq
B) ətək
C) ələk
D) əmək
E) əmlak
Hansı cümlədə təyin işlənmişdir?
A) Oxuduqlarımı yenidən nəzərdən keçirdim.
B) Əhməd dərslərini yaxşı oxuyur.
C) Sona yüyürə-yüyürə qardaşının yanına gəldi.
D) Körpə mışıl-mışıl yatırdı.
E) İstirahət evində hər il yüzlərlə adam dincəlir.
Tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü göstərin:
A) xəbər budaq cümləsi
B) şərt budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) təyin budaq cümləsi
E) tamamlıq budaq cümləsi
Yazının ən qədim forması:
A) şəkli yazı
B) hərfi yazı
C) əşyavi yazı
D) həm əşyavi, həm şəkli yazı
E) fikri yazı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top