Tapılan ümumi test sayı : 28

Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindəki Rüstəm bəy surəti haqqındakı fikirlərdən biri yanlışdır:
A) Oxumağın, maarifin qəddar düşmənidir.
B) Əsərin sonunda öz əməllərindən peşman olur.
C) Öz övladını dərin məhəbbətlə sevən atadır.
D) Oğlu Rəşidin intiqamı yolunda hər şeyə razı olur.
E) Qəddar, amansız və intiqamçı bir bəydir.
M.Hüseynin hansı əsərləri müharibə mövzusunda yazılmışdır?
A) "Abşeron", "Komissar"
B) "Səhər", "Bahar suları"
C) "Fəryad", "Ürək"
D) "Alov", "Şamil"
E) "Daşqın", "Tərlan"
Y.V.Çəmənzəminlinin "Qan içində" romanının surətləri sırasında verilənlərdən biri səhvdir:
A) Eldar
B) Kazım
C) Vaqif
D) İbrahim xan
E) Səfər
"Kitabi-Dədə Qorqud" dastanın hansı qəhrəmanı Qaraca Çobana müraciətlə aşağıdakı sözləri deyir?
Qaranqu axşam olanda qayğılı Çoban,
Qarla yağmur yağanda Çaxmaqlı Çoban,
Qara başım qurban olsun, Çoban, sana.
A) Şöklü Məlik
B) Dədə Qorqud
C) Salur Qazan
D) Burla xatun
E) Uruz
M.F.Axundovun dünyagörüşünün formalaşmasında xüsusi rolu olmuş şəxsiyyət:
A) A.Bakıxanov
B) Q.Zakir
C) Bahar Şirvani
D) M.Ş.Vazeh
E) İ.Qutqaşınlı
"Həzarət, il hesabı barəsində keçən zasdaniyada bir qədər raznoreçiya oldu. Bu da o barədə idi ki, smetanın bir para punktalarında bir qədər təfavüt görsəndi və özgə cür də ola bilməzdi; səbəb bu ki, mədaxil oldu, məxaric oldu, onun bəzi yerlərini biz məhz priblizitelno təyin edirik..."
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesindən götürülmüş bu sözlər hansı surətə məxsusdur?
A) Səməd Vahidə
B) Aslan bəyə
C) Gülbahara
D) Mirzə Məhəmmədəliyə
E) Rüstəm bəyə
Aşağıdakı janrlardan biri epik növə daxildir:
A) təmsil
B) qəzəl
C) qəsidə
D) müxəmməs
E) komediya
Nümunə göstərilən şer parçası haqqında fikirlərdən biri səhvdir:
"Könlüm qaranquş tək uçub qoynuna
Gəzir hər yamacı, hər yalı, yaylaq!
Ruhun təzələnir, məst olur ürək,
Görəndə bu çağı, bu halı, yaylıq!"
A) Misraların daxili bölgüsü 6+5-dir.
B) Qoşma janrında yazılmış şerin son bəndidir.
C) Bənddə 2-ci və 4-cü misralar qafiyələnmiş, 1-ci və 3-cü misralar isə sərbəst buraxılmışdır.
D) "Yaylaq" sözü şerdə rədif kimi işlənmişdir.
E) Buradakı "yalı", "halı" sözləri qafiyələnmişdir.
N.Gəncəvinin "Xosrov və Şirin" poemasını Azərbaycan dilinə kim tərcümə edib?
A) M.Rzaquluzadə
B) S.Rüstəm
C) S.Vurğun
D) A.Şaiq
E) R.Rza
M.Füzulinin "Padişahi-mülk" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə şairlə hökmdar qarşılaşdırılır:
B) Şerin II hissəsində söz mülkünün sultanı olan şairdən danışılır.
C) Əsər qəsidə janrında yazılıb.
D) Şerin I hissəsində hökmdarın əməlləri və aqibəti göstərilmişdir.
E) Məzmununa və ideyasına görə "Şikayətnamə" əsərini yada salır.
Köhnəlmiş sözlərin cərgəsini göstərin:
A) divan, bağ, ocaq
B) soruq, təlis, qeysi
C) gözəl, qəşəng, yaraşıqlı
D) təhnə, tanıq, bəndərgah
E) toplama, vurma, çıxma
"Süzdən şikayətçiyəm" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) həm leksik, həm də qrammatik
B) sintaktik
C) leksik
D) qrammatik
E) fonetik
İsmin yönlük halında olan sözlərin cərgəsini göstərin:
A) göyün, yerin, güzgünün
B) kitaba, dərəyə, insana
C) dəftərdə, qutabda, küçədə
D) katibə, əfsanə, mərdanə
E) dəftəri, kitabı, şəhəri
Hansı sırada həm bağlayıcı, həm də ədat kimi işlənən sözlər verilmişdir?
A) necə, axı
B) birgə, təki
C) təkcə, yalnız
D) belə, sanki
E) ancaq, ki
Bu işarələrdən biri bəzi saitlərin uzun tələffüz olunmasını göstərməklə yanaşı, bəzən də sözün heca bölümünü bildirir:
A) apastrof
B) nöqtəli vergül
C) defis
D) vergül
E) tire
Deyilişi ilə yazılışı fərqlqənməyən qoşasamitli sözləri göstərin:
A) qüvvət, əvvəl, rəssam
B) tıqqıltı, tappıltı, guppultu
C) səkkiz, hətta, əlbəttə
D) əziyyət, xasiyyət, ədəbiyyat
E) saqqız, doqquz, saqqal
Çoxmənalı söz hansıdır.
A) əmək
B) ələk
C) əmlak
D) ətək
E) ərzaq
Hansı cümlədə təyin işlənmişdir?
A) İstirahət evində hər il yüzlərlə adam dincəlir.
B) Körpə mışıl-mışıl yatırdı.
C) Əhməd dərslərini yaxşı oxuyur.
D) Oxuduqlarımı yenidən nəzərdən keçirdim.
E) Sona yüyürə-yüyürə qardaşının yanına gəldi.
Tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü göstərin:
A) təyin budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) xəbər budaq cümləsi
E) şərt budaq cümləsi
Yazının ən qədim forması:
A) həm əşyavi, həm şəkli yazı
B) əşyavi yazı
C) hərfi yazı
D) şəkli yazı
E) fikri yazı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top