Tapılan ümumi test sayı : 28

Tabe tərəfi sifətlə ifadə olunmuş I növ təyini söz birləşməsini göstərin:
A) hazırcavab uşaq
B) yun parça
C) dalğalanan dəniz
D) görülmüş iş
E) birinci məktub
İsmi xəbərli şəxssiz cümləni göstərin:
A) Padşahın əlacı kəsildi.
B) Günəşli, sərin və xoş bir gün idi.
C) O, nahaq yerə şübhəyə düşmüşdü.
D) Gələn Vəli idi.
E) Tələbələr arasında tənbəllərə çox az təsadüf edilir.
Düzəltmə sözü göstərin:
A) kömək
B) çörək
C) sınaq
D) bilək
E) ürək
Hansı söz verilən digər sözlərlə eyniköklü deyil?
A) yanaq
B) yanğın
C) yanıq
D) yanacaq
E) yanğı
"Sinif sözünə hansı şəkilçi qoşulduqda kökün son saiti düşür?
A) -siz
B) -dən
C) -də
D) -lər
E) -in
Felin xəbər şəklinin rəvayətində verilmiş nümunəni göstərin:
A) görürmüş
B) vermişdi
C) görmüşsə
D) oxunmuş
E) yazacaqdı
İsimdən sifət düzəldən şəkilçilərin cərgəsini göstərin:
A) -ıcı4, -ıq4, - q,- k
B) -maz2, -unc2, -ar2, -çı4
C) -ğın4, -aq2, -lar2, -lıq4
D) -ıq4, -lı4, -cıl4, -ı4
E) -sız4, -lı4, -cıl4, -ı4
Bu qoşmalardan biri fərqlənmə mənası ifadə etmir:
A) bəri
B) qeyri
C) özgə
D) başqa
E) savayı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top