Tapılan ümumi test sayı : 28

Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindəki Rüstəm bəy surəti haqqındakı fikirlərdən biri yanlışdır:
A) Oxumağın, maarifin qəddar düşmənidir.
B) Qəddar, amansız və intiqamçı bir bəydir.
C) Oğlu Rəşidin intiqamı yolunda hər şeyə razı olur.
D) Öz övladını dərin məhəbbətlə sevən atadır.
E) Əsərin sonunda öz əməllərindən peşman olur.
M.Hüseynin hansı əsərləri müharibə mövzusunda yazılmışdır?
A) "Daşqın", "Tərlan"
B) "Səhər", "Bahar suları"
C) "Abşeron", "Komissar"
D) "Fəryad", "Ürək"
E) "Alov", "Şamil"
Y.V.Çəmənzəminlinin "Qan içində" romanının surətləri sırasında verilənlərdən biri səhvdir:
A) Səfər
B) Eldar
C) Kazım
D) İbrahim xan
E) Vaqif
"Kitabi-Dədə Qorqud" dastanın hansı qəhrəmanı Qaraca Çobana müraciətlə aşağıdakı sözləri deyir?
Qaranqu axşam olanda qayğılı Çoban,
Qarla yağmur yağanda Çaxmaqlı Çoban,
Qara başım qurban olsun, Çoban, sana.
A) Burla xatun
B) Şöklü Məlik
C) Salur Qazan
D) Dədə Qorqud
E) Uruz
M.F.Axundovun dünyagörüşünün formalaşmasında xüsusi rolu olmuş şəxsiyyət:
A) A.Bakıxanov
B) Q.Zakir
C) M.Ş.Vazeh
D) İ.Qutqaşınlı
E) Bahar Şirvani
"Həzarət, il hesabı barəsində keçən zasdaniyada bir qədər raznoreçiya oldu. Bu da o barədə idi ki, smetanın bir para punktalarında bir qədər təfavüt görsəndi və özgə cür də ola bilməzdi; səbəb bu ki, mədaxil oldu, məxaric oldu, onun bəzi yerlərini biz məhz priblizitelno təyin edirik..."
C.Məmmədquluzadənin "Anamın kitabı" pyesindən götürülmüş bu sözlər hansı surətə məxsusdur?
A) Səməd Vahidə
B) Gülbahara
C) Rüstəm bəyə
D) Aslan bəyə
E) Mirzə Məhəmmədəliyə
Aşağıdakı janrlardan biri epik növə daxildir:
A) komediya
B) təmsil
C) qəsidə
D) qəzəl
E) müxəmməs
Nümunə göstərilən şer parçası haqqında fikirlərdən biri səhvdir:
"Könlüm qaranquş tək uçub qoynuna
Gəzir hər yamacı, hər yalı, yaylaq!
Ruhun təzələnir, məst olur ürək,
Görəndə bu çağı, bu halı, yaylıq!"
A) Buradakı "yalı", "halı" sözləri qafiyələnmişdir.
B) Misraların daxili bölgüsü 6+5-dir.
C) Qoşma janrında yazılmış şerin son bəndidir.
D) "Yaylaq" sözü şerdə rədif kimi işlənmişdir.
E) Bənddə 2-ci və 4-cü misralar qafiyələnmiş, 1-ci və 3-cü misralar isə sərbəst buraxılmışdır.
N.Gəncəvinin "Xosrov və Şirin" poemasını Azərbaycan dilinə kim tərcümə edib?
A) R.Rza
B) S.Rüstəm
C) M.Rzaquluzadə
D) S.Vurğun
E) A.Şaiq
M.Füzulinin "Padişahi-mülk" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Məzmununa və ideyasına görə "Şikayətnamə" əsərini yada salır.
B) Şerin II hissəsində söz mülkünün sultanı olan şairdən danışılır.
C) Şerin I hissəsində hökmdarın əməlləri və aqibəti göstərilmişdir.
D) Əsərdə şairlə hökmdar qarşılaşdırılır:
E) Əsər qəsidə janrında yazılıb.
Köhnəlmiş sözlərin cərgəsini göstərin:
A) gözəl, qəşəng, yaraşıqlı
B) divan, bağ, ocaq
C) təhnə, tanıq, bəndərgah
D) toplama, vurma, çıxma
E) soruq, təlis, qeysi
"Süzdən şikayətçiyəm" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik
B) fonetik
C) sintaktik
D) qrammatik
E) həm leksik, həm də qrammatik
İsmin yönlük halında olan sözlərin cərgəsini göstərin:
A) kitaba, dərəyə, insana
B) göyün, yerin, güzgünün
C) katibə, əfsanə, mərdanə
D) dəftərdə, qutabda, küçədə
E) dəftəri, kitabı, şəhəri
Hansı sırada həm bağlayıcı, həm də ədat kimi işlənən sözlər verilmişdir?
A) necə, axı
B) ancaq, ki
C) birgə, təki
D) təkcə, yalnız
E) belə, sanki
Bu işarələrdən biri bəzi saitlərin uzun tələffüz olunmasını göstərməklə yanaşı, bəzən də sözün heca bölümünü bildirir:
A) tire
B) apastrof
C) defis
D) vergül
E) nöqtəli vergül
Deyilişi ilə yazılışı fərqlqənməyən qoşasamitli sözləri göstərin:
A) səkkiz, hətta, əlbəttə
B) qüvvət, əvvəl, rəssam
C) tıqqıltı, tappıltı, guppultu
D) əziyyət, xasiyyət, ədəbiyyat
E) saqqız, doqquz, saqqal
Çoxmənalı söz hansıdır.
A) ətək
B) əmlak
C) əmək
D) ələk
E) ərzaq
Hansı cümlədə təyin işlənmişdir?
A) İstirahət evində hər il yüzlərlə adam dincəlir.
B) Əhməd dərslərini yaxşı oxuyur.
C) Körpə mışıl-mışıl yatırdı.
D) Sona yüyürə-yüyürə qardaşının yanına gəldi.
E) Oxuduqlarımı yenidən nəzərdən keçirdim.
Tabeli mürəkkəb cümlədə budaq cümlənin növünü göstərin:
A) tamamlıq budaq cümləsi
B) xəbər budaq cümləsi
C) mübtəda budaq cümləsi
D) təyin budaq cümləsi
E) şərt budaq cümləsi
Yazının ən qədim forması:
A) həm əşyavi, həm şəkli yazı
B) hərfi yazı
C) fikri yazı
D) şəkli yazı
E) əşyavi yazı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top