Tapılan ümumi test sayı : 27

"Kitabi-Dədə Qorqud" dastanlarında "Salur Qazanın evinin yağmalanması" boyu necə başlanır?
A) Dəli domrulun öyünməsi ilə
B) Şöklü Məliyin hücumu ilə
C) Salur qazanın bəylərlə məclis qurmasının təsviri ilə
D) Ov səhnəsinin təsviri ilə
E) Salur Qazanın yuxu görməsi ilə
Bu şer parçası R.Rzanın hansı poemasından götürülmüşdür və burada hansı sənətkardan söhbət gedir?
Dostları çox idi,
bütün yaxşı insanlar kimi.
Ürəyi sadəydi, zəngin idi.
Bahar kimi.
... Şairlərdən biri,
vətəndaşlardan biri,
ən yaxşı adamlarından biri idi.
A) "Xalq həkimi" - N.Nərimanov
B) "Son gecə" - Nəsimi
C) "Qızılgül olmayaydı..." - Müşfiq
D) "Füzuli" - Füzuli
E) "Xalq şairi" - Sabir
M.F.Axundzadənin hansı qəhrəmanını yeni həyat və adətlər barədə düşünən, qabaqcıl Qərb mədəniyyəti ilə maraqlanan gənc kimi səciyyələndirmək olar?
A) Teymur ağa
B) Hacı Nuru
C) Yusif Sərrac
D) Səkinə xanım
E) Şahbaz bəy
Nizaminin "Divani" ilə bağlı fikirlərdən hansı səhvdir?
A) "Divan"dan ancaq ayrı-ayrı qaynaqlara köçürülmüş nümunələr qalıb.
B) Şairin yazdığına görə, o, öz "Divan"ını Şirvan şahı Axsitana bağışlamışdır.
C) Bu "Divan" türkcə yazılmışdır.
D) "Divan"da ictimai, fəlsəfi, əxlaqi, aşiqanə mövzuda şerlər olduğu göstərilir.
E) "Divan"ın iyirmi min beytdən ibarət olduğu təxmin edilir.
M.Hadinin "İnsanların tarixi faciələri" poeması haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əsasən, lirik planda yazılmışdır.
B) Şair poemanı cəbhədə yazmağa başlamış və 1918-1919-cu illərdə Bakıda tamamlamışdır.
C) Müharibə əleyhinə yazılmışdır.
D) Poemanın sonunda şair gələcəyə böyük ümid bəslədiyini bildirir.
E) Bəşərin təbiətində olan şərin tənqidi əsas yer tutur.
Aşağıdakı əsərlərdən birinin müəllifi məlum deyil:
A) "Nəsihətnamə"
B) "Rindü Zahid"
C) "Vərqa və Gülşa"
D) "Dastani-Əhməd Hərami"
E) "Mehr və Müştəri"
Aşıq Ələsgərin bu bənd ilə başlanan şerinin janrını müəyyənləşdirin: 
"Nagah badi-sərsər əsdi üstümə,

Ömür bostanımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi.
A) Bayatı
B) Qoşma
C) Gəraylı
D)
Təcnis
E) Müxəmməs
Aşağıdakılardan biri mühacirət ədəbiyyatının nümayəndəsidir:
A) Hüseyn Cavid
B) Seyid Hüseyn
C) Əhməd Cavad
D) Məmməd Əmin Rəsulzadə
E) Mikayıl Müşfiq
Bədii təzad nəyə deyilir?
A) Hadisə və əşyanın həddindən artıq kiçildilməsinə
B) Məzmunca bir birinə zidd iki anlayış və ya vəziyyətin qarşılaşdırılmasına
C) Hadisə, əşya, hiss və həyəcanın şişirdilməsinə
D) Nitqdə sözlərin qrammatik ardıcıllığının qəsdən pozulmasına
E) Eyni sözün, yaxud söz qrupunun təkrarına
"Ağır" və "iti" hansı sırada həqiqi mənada işlənmişdir?
A) ağır xasiyyət, iti baxış
B) ağır gün, iti söz
C) ağır daş, iti ülgüc
D) ağır cəza, iti yaddaş
E) ağır söz, iti göz
"İlə" cümlələrin hansında bağlayıcı kimi işlənmişdir?
A) Onlar öz əlləri ilə əkdikləri bu ağaclara qulluq etməyi sevirlər.
B) İmran kişi indiki vəziyyəti keçən ilki vaxt ilə ürəyində tutuşdurdu.
C) Röstəm kişi otaqdan çıxan kimi Pərşan bir uşaq sevinci ilə Mayanın boynunu qucaqladı.
D) Adilin getməyi ilə qayıtmağı bir oldu.
E) Vüsal öz məktəb yoldaşları ilə çox mehriban dolanır.
Sözlərdən neçəsində vurğu birinci hecaya düşür?
Şölə, oçerk, dünya, çünkü, səhər, lirika
A) 4
B) 1
C) 5
D) 2
E) 3
Alınma sözlərin cərgəsini tapın:
A) dəftər, çanta, dil
B) sakit, qardaş, yazmaq
C) razı, mətbəə, inqilab
D) maşın, beş, çırpı
E) çörək, su, səkkiz
Hansı sözlərin yazılışı səhvdir?
1. Layihə        2. Səyahət       3. Bəyanat     4. Həyacan
5. Məcara       6. Qəraman     7. Füruzə
A) 3, 5, 6, 7
B) 4, 5, 6, 7
C) 1, 4, 6, 7
D) 1, 3, 6, 7
E) 1, 2, 4, 5
Sual cümlələrinin biri sual ədatının köməyi ilə yaranıb:
A) Heç ürəkdən şad olmayan gülərmi?!
B) Nədəndir sözümə cavab verməmək?!
C) Sən bu məsələyə necə baxırsan?
D) Azərbaycan Respublikası neçənci ildə müstəqillik əldə etmişdir?
E) Sənə kimi nişan verdilər?
Söz birləşmələrinin birində isim tabe tərəf kimi işlənib:
A) taxta qapı
B) bugünkü iş
C) buludlu hava
D) həyati mənafe
E) şəhərdəki tanışlarım
Cümlələrdən birinin xəbəri frazeoloji birləşmə ilə ifadə olunmuşdur:
A) Cıdır düzü buradan açıq-aydın görünürdü.
B) Mürsəl birinci gündən rəqibinin gözünün odunu almışdı.
C) Qocalar da burada cavanlaşırlar.
D) Biz qəhrəman əsgərlə cəbhə xəttində tanış olduq.
E) O, özünə təzə çəkmə almışdı.
Ayrı-ayrı elm sahələri üçün səciyyəvi sözləri əhatə edən lüğət növü:
A) orfoqrafiya lüğəti
B) frazeoloji lüğət
C) terminoloji lüğət
D) orfoepiya lüğəti
E) omonimlər lüğəti
Bir cür yazılan şəkilçilərin cərgəsini göstərin:
A) -ıl, -ıb, -anda, -araq
B) -ın, -dan, -a, -da
C) -lar, -ma, -kı, -dakı
D) -keş, -gər, -gil, -daş
E) -çı, -lıq, -maq, -ası
"Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz"    nümunəsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
A) mübtəda budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) zaman budaq cümləsi
D) təyin budaq cümləsi
E) xəbər budaq cümləsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top