Tapılan ümumi test sayı : 28

Aşıq Ələsgərin "Görmədim" qoşması nəyə həsr edilmişdir?
A) Məhəbbətin tərənnümünə
B) Tərbiyəvi-didaktik məsələlərə
C) Təbiət gözəlliklərinin təsvirinə
D) İctimai eyiblərin tənqidinə
E) Gözəllərin tərifinə
Q.Zakirin "Eylər" müxəmməsi ilə M.P.Vaqifin hansı şeri arasında məzmunca müəyyən oxşarlıq vardır?
A) "Bayram oldu"
B) "Durnalar"
C) "Bax"
D) "Hayıf ki, yoxdur"
E) "Görmədim"
Şerin müəllifi kimdir?
Yazmaram, ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa.
El kəsib qarşımı burdaca sordu:
Gözdən yaş çıxarmı ürək yanmasa?!
A) H.Cavid
B) S.Vurğun
C) S.Rüstəm
D) M.Müşfiq
E) A.İldırım
M.F.Axundovun "Aldanmış kəvakib" povestinin əsas ideyası:
A) münəccimliyin tənqidi
B) şah mütləqiyyətinin tənqidi
C) mövhumat və cəhalətin tənqidi
D) yaltaqlığın və ikiüzlülüyün  tənqidi
E) avamlıq və mədəniyyətsizliyin tənqidi
Nizami Gəncəvinin aşağıdakı misraları kimin dilindən deyilmişdir?
Ey cəsur padişah, eşq olsun sənə!
Elçilik edirsən özün özünə ...
Bir elçi deyilsən, hökm verəsən,
Göndərilmiş deyil, sən göndərənsən!
A) Məhinbanunun
B) Nüşabənin
C) Leylinin
D) Fitnənin
E) Şirinin
C.Məmmədquluzadənin "Poçt qutusu" hekayəsində müəllifin əsas fikri nədir?
A) varlıların zülmünü, yoxsulların ağır həyatını əks etdirmək
B) dinin və fanatizmin tənqidi
C) yerli hakimlərin tənqidi
D) geriliyin və avamlığın tənqidi
E) yeniliyinə qarşı çıxanların tənqidi
İ.Nəsiminin hansı şerində lirik qəhrəman öz sevgilisini bütün dünyaya qarşı qoyur, onun vüsalını öz dərdinin dərmanı bilir, özgə dava-dərmanı rədd edir?
A) "Dilbəra, mən səndən ayrı..."
B) "Üzünü məndən nihan etmək dilərsən..."
C) "Ağrımaz"
D) "Sığmazam"
E) "Nədir?"
Saray ədəbiyyatının əsas janrı:
A) poema
B) qitə
C) rübai
D) tuyuğ
E) qəsidə
Azərbaycan ədəbiyyatında ilk tarixi-fəlsəfi roman hansıdır?
A) "Qızlar bulağı"
B) "Gələcək gün"
C) "Studentlər"
D) "Yeraltı çaylar dənizə axır..."
E) "Dumanlı Təbriz"
"Gözlərindi nərgiz, qaşlarındı yay,
Heç növcavan ola bilməz sənə tay"
nümunəsində I misrada hansı bədii ifadə vasitəsi işlənmişdir?
A) epitet
B) metonimiya
C) təşbeh
D) metafora
E) simvol
"Ki" ədatı hansı cümlədə işlənmişdir?
A) Biz ki belə deməmişdik.
B) Dünənki zəlzələnin gücü 4 bal imiş.
C) Eşitdim ki, bu gün gələ bilməyəcəksən.
D) Səhərki külək çox güclü idi.
E) Şəhərdəki evinizə baş çəksin.
Asılı tərəfi düzəltmə sifətlə ifadə olunmuş I növ təyini söz birləşməsini göstərin:
A) dairəvi stol
B) danışılan əhvalat
C) görüləsi iş
D) ipək parça
E) çətin məsələ
Hansı sözdə səs və hərflərin sayı bərabərdir?
A) saat
B) bais
C) neftçi
D) zəif
E) şüar
Hansı sırada bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır?
A) əsəbiləşmək, sui-qəsd, Füzuli
B) evlad, nümunəvi, hammal
C) məziyət, tövsiyyə, camaat
D) aksioma, məşhur, iyid
E) zərflik, mübtadə, şosse
İsimlərdən birinə saitlə başlayan şəkilçi artırıldıqda ikinci hecadakı sait düşmür:
A) fikir
B) şəkil
C) səbir
D) üfüq
E) abır
"Elələri də olur ki, pisin pisliyini, yaxşının yaxşılığını tez unudur" cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) mübtəda budaq cümləsi
B) məqsəd budaq cümləsi
C) təyin budaq cümləsi
D) xəbər budaq cümləsi
E) tamamlıq budaq cümləsi
Vasitəsiz nitqli cümlənin sxemini müəyyənləşdirin:
A) "V,-M,-v".
B) M:"V?"
C) "V!"-M.
D) "V",-m.
E) M: "V",-m.
Hansı cümlənin xəbəri sifətdən fellə ifadə olunmuşdur?
A) Ocaq yavaş-yavaş alovlanırdı.
B) Sizinlə söhbət etmək xoş və fərəhlidir.
C) Bu qış şəhərində dəniz günəşin şüaları altında xumarlanırdı.
D) Çayın suyu getdikcə azalırdı.
E) Doktor, siz çox xeyirxahsınız.
Filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən praktik sahəsi:
A) sintaksis
B) nitq mədəniyyəti
C) morfologiya
D) leksikologiya
E) üslubiyyəyət
"Ah" sözü hansı cümlədə nida kimi işlənmişdir?
A) Ah eylədiyim nəşeyi-qəlyanın üçündür.
B) Ah, onun görkəmi nə pərişandır?
C) Ahın dağlara, daşlara.
D) Ah-uf səsi gəlmədiyi üçün atdığı güllənin hədəfə dəymədiyini güman etdi.
E) Rəhim bəy yanıqlı bir ah çəkdi.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top