Tapılan ümumi test sayı : 28

Aşıq Ələsgərin "Görmədim" qoşması nəyə həsr edilmişdir?
A) Tərbiyəvi-didaktik məsələlərə
B) İctimai eyiblərin tənqidinə
C) Məhəbbətin tərənnümünə
D) Gözəllərin tərifinə
E) Təbiət gözəlliklərinin təsvirinə
Q.Zakirin "Eylər" müxəmməsi ilə M.P.Vaqifin hansı şeri arasında məzmunca müəyyən oxşarlıq vardır?
A) "Durnalar"
B) "Bax"
C) "Görmədim"
D) "Hayıf ki, yoxdur"
E) "Bayram oldu"
Şerin müəllifi kimdir?
Yazmaram, ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa.
El kəsib qarşımı burdaca sordu:
Gözdən yaş çıxarmı ürək yanmasa?!
A) S.Vurğun
B) S.Rüstəm
C) A.İldırım
D) M.Müşfiq
E) H.Cavid
M.F.Axundovun "Aldanmış kəvakib" povestinin əsas ideyası:
A) münəccimliyin tənqidi
B) şah mütləqiyyətinin tənqidi
C) yaltaqlığın və ikiüzlülüyün  tənqidi
D) avamlıq və mədəniyyətsizliyin tənqidi
E) mövhumat və cəhalətin tənqidi
Nizami Gəncəvinin aşağıdakı misraları kimin dilindən deyilmişdir?
Ey cəsur padişah, eşq olsun sənə!
Elçilik edirsən özün özünə ...
Bir elçi deyilsən, hökm verəsən,
Göndərilmiş deyil, sən göndərənsən!
A) Nüşabənin
B) Məhinbanunun
C) Fitnənin
D) Leylinin
E) Şirinin
C.Məmmədquluzadənin "Poçt qutusu" hekayəsində müəllifin əsas fikri nədir?
A) geriliyin və avamlığın tənqidi
B) varlıların zülmünü, yoxsulların ağır həyatını əks etdirmək
C) yerli hakimlərin tənqidi
D) dinin və fanatizmin tənqidi
E) yeniliyinə qarşı çıxanların tənqidi
İ.Nəsiminin hansı şerində lirik qəhrəman öz sevgilisini bütün dünyaya qarşı qoyur, onun vüsalını öz dərdinin dərmanı bilir, özgə dava-dərmanı rədd edir?
A) "Sığmazam"
B) "Ağrımaz"
C) "Dilbəra, mən səndən ayrı..."
D) "Üzünü məndən nihan etmək dilərsən..."
E) "Nədir?"
Saray ədəbiyyatının əsas janrı:
A) poema
B) qitə
C) tuyuğ
D) rübai
E) qəsidə
Azərbaycan ədəbiyyatında ilk tarixi-fəlsəfi roman hansıdır?
A) "Yeraltı çaylar dənizə axır..."
B) "Qızlar bulağı"
C) "Gələcək gün"
D) "Studentlər"
E) "Dumanlı Təbriz"
"Gözlərindi nərgiz, qaşlarındı yay,
Heç növcavan ola bilməz sənə tay"
nümunəsində I misrada hansı bədii ifadə vasitəsi işlənmişdir?
A) epitet
B) metonimiya
C) simvol
D) təşbeh
E) metafora
"Ki" ədatı hansı cümlədə işlənmişdir?
A) Biz ki belə deməmişdik.
B) Eşitdim ki, bu gün gələ bilməyəcəksən.
C) Şəhərdəki evinizə baş çəksin.
D) Dünənki zəlzələnin gücü 4 bal imiş.
E) Səhərki külək çox güclü idi.
Asılı tərəfi düzəltmə sifətlə ifadə olunmuş I növ təyini söz birləşməsini göstərin:
A) çətin məsələ
B) görüləsi iş
C) ipək parça
D) dairəvi stol
E) danışılan əhvalat
Hansı sözdə səs və hərflərin sayı bərabərdir?
A) bais
B) şüar
C) neftçi
D) zəif
E) saat
Hansı sırada bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır?
A) məziyət, tövsiyyə, camaat
B) aksioma, məşhur, iyid
C) evlad, nümunəvi, hammal
D) zərflik, mübtadə, şosse
E) əsəbiləşmək, sui-qəsd, Füzuli
İsimlərdən birinə saitlə başlayan şəkilçi artırıldıqda ikinci hecadakı sait düşmür:
A) səbir
B) fikir
C) üfüq
D) şəkil
E) abır
"Elələri də olur ki, pisin pisliyini, yaxşının yaxşılığını tez unudur" cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) məqsəd budaq cümləsi
B) təyin budaq cümləsi
C) xəbər budaq cümləsi
D) tamamlıq budaq cümləsi
E) mübtəda budaq cümləsi
Vasitəsiz nitqli cümlənin sxemini müəyyənləşdirin:
A) "V!"-M.
B) "V",-m.
C) M: "V",-m.
D) "V,-M,-v".
E) M:"V?"
Hansı cümlənin xəbəri sifətdən fellə ifadə olunmuşdur?
A) Bu qış şəhərində dəniz günəşin şüaları altında xumarlanırdı.
B) Çayın suyu getdikcə azalırdı.
C) Sizinlə söhbət etmək xoş və fərəhlidir.
D) Ocaq yavaş-yavaş alovlanırdı.
E) Doktor, siz çox xeyirxahsınız.
Filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən praktik sahəsi:
A) üslubiyyəyət
B) morfologiya
C) nitq mədəniyyəti
D) leksikologiya
E) sintaksis
"Ah" sözü hansı cümlədə nida kimi işlənmişdir?
A) Ah eylədiyim nəşeyi-qəlyanın üçündür.
B) Ahın dağlara, daşlara.
C) Ah-uf səsi gəlmədiyi üçün atdığı güllənin hədəfə dəymədiyini güman etdi.
D) Rəhim bəy yanıqlı bir ah çəkdi.
E) Ah, onun görkəmi nə pərişandır?
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top