Tapılan ümumi test sayı : 28

Nümunədəki mürəkkəb sözlərin neçəsi yaxın mənalı sözlərdən düzəlmişdir?
"Oğul, gecələr od-ocaq olmayanda, yorğan-döşək buz bağlayanda səni nəfəsimlə isitmişəm. Mən ömrümü-günümü pis-yaxşı yaşamışam. Sənə qıymıram, gözümün ağı-qarası təkcə oğlumsan."
A) 3
B) 1
C) 4
D) 5
E) 2
Əmr cümləsini göstərin:
A) Vətənin neməti nisyan olmaz.
B) Apardı sellər Saranı ...
C) "Var olsun", "Yaşasın" səsləri hər tərəfi bürümüşdü.
D) Bilsin ana torpaq, eşitsin Vətən.
E) Namiq də gəlsinmi?
Başlanğıc formasında olan sözlərin cərgəsini göstərin:
A) meşəlikdir, kolxozda, məktəb
B) yaşıllaşır, dostluq, əməllər
C) yazılmış, çalış, gətir
D) çiçəkləndi, başlamaq, fərəhlənmək
E) boxçadaki, çiçəklik, düşərgə
Asılı tərəfi məcazi mənada işlənmiş söz birləşməsini göstərsin:
A) şirin dil
B) dərin dəniz
C) daş bina
D) dəmir qapı
E) uşağın yuxusu
Yazılışı və deyilişi müxtəlif, mənaca eyni və ya bir-birinə yaxın sözləri əhatə edən lüğət növü:
A) antonimlər lüğəti
B) omonimlər lüğəti
C) frazeoloji lüğət
D) sinonimlər lüğəti
E) terminaloji lüğət
Cərgələrdən biri felin lazım şəklində deyil:
A) qurulasıdır, şərh edəsiyik
B) yazasıyıq, oxuyasıdırlar
C) müzakirə ediləsidir, təmizləyəsisiniz
D) döyüləsi ət, yuyulası paltar
E) tikiləsidir, baxasıyıq
Sözlərdən birinin tələffüz şəkli düzgün göstərilmişdir:
A) [lə:nət]
B) [ma:licə]
C) [turaç]
D) [səlis]
E) [təəccüb]
"Müğənninin səsi hər yerə yayılmışdı" cümləsində əvəzliyin hansı növü işlənmişdir?
A) işarə
B) sual
C) təyini
D) şəxs
E) qeyri-müəyyən
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top