Tapılan ümumi test sayı : 28

İ.Əfəndiyevin əsərləri cərgəsində biri dram əsəri deyil:
A) "Məhv olmuş gündəliklər"
B) "Unuda bilmirəm"
C) "Körpüsalanlar"
D) "Atayevlər ailəsində"
E) "Sən həmişə mənimləsən"
Aşağıdakı bənd haqqında fikirlərdən hansı səhvdir?
Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin.
O lalə rüxsarın, mişkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?
A) Gəraylıdan bir bənddir
B) "aaab" şəklində qafiyələnmişdir
C) Bədii sual işlənmişdir
D) Real, dünyəvi məhəbbətdən bəhs edilir
E) "Ənbər" sözü epitetdir
Qəsidənin hansı növündə Allahın fəzilətləri tərənnüm edilir?
A) fəxriyyə
B) nət
C) mərsiyə
D) mədhiyyə
E) minacat
Necə baxım ev-eşiyə,
Yaralı könlüm üşüyə.
Toz bürümüş boş beşiyə
Şirin layla çalan yoxdur.
Bu misralar "Koroğlu"  dastanında kimin dilindən verilmişdir?
A) Məhbub xanımın
B) Telli xanımın
C) Nigar xanımın
D) Ruqiyyə xanımın
E) Dona xanımın
Nizami Gəncəviyə Azərbaycan və dünya ədəbiyyatında ən çox şöhrət qazandıran nədir?
A) rübailəri
B) "Xəmsə"si
C) qəsidələri
D) qəzəlləri
E) "İsgəndərnamə" poeması
M.Hadinin müharibə əleyhinə yazılmış əsəri:
A) "Qürbət ellərdə yadi-vətən"
B) "El fəryadı"
C) "Nəyimiz var"
D) "Əlvahi-intibah"
E) "Dad istibdaddan"
H.Cavidin yaradıcılığının ilk mərhələsinə aid əsəri göstərin:
A) "İblisin intiqamı"
B) "Səyavuş"
C) "Topal Teymur"
D) "Xəyyam"
E) "Şeyx Sənan"
N.Vəzirovun hansı dram əsərində burjua mühitinin eybəcərlikləri, neft yeri alveri ilə məşğul olan fırıldaqçı burjua işbazı tənqid olunur?
A) "Müsibəti-Fəxrəddin"
B) "Yağışdan çıxdıq, yağmura düşdük"
C) "Adı var, özü yox"
D) "Ev tərbiyəsinin bir şəkli"
E) "Pəhləvanani-zəmanə"
Azərbaycan ədəbiyyatına tuyuğ janrını kim gətirmişdir?
A) Əssar Təbrizi
B) Şah İsmayıl Xətai
C) Marağalı Əvhədi
D) Qazi Bürhanəddin
E) İmadəddin Nəsimi
Bu şairlərdən birinin yaradıcılığı ilə Azərbaycan poeziyasına dərdli ana obrazı daxil olmuşdur:
A) X.B.Natəvan
B) Heyran xanım
C) Məhsəti Gəncəvi
D) Fatma xanım Kəminə
E) Aşıq Pəri
Yazılışı ilə tələffüzü fərqlənməyən sözü göstərin:
A) dəstə
B) üstlərinə
C) müəyyən
D) ətir
E) külək
"Bir neçə adamlar o vaxt buna etiraz edirdilər" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) orfoqrafik
B) qrammatik
C) leksik-semantik
D) həm qrammatik, həm də orfoqrafik
E) orfoepik
Cümlələrin birində qoşma işlənmişdir:
A) Başqa sözə fikir verməsən yaxşıdır.
B) Doğru sözə, düz ilqara aşiqəm.
C) Səlimlə yaşar qohumdurlar.
D) İclasa Əlidən başqa, hamı gəlmişdi.
E) Sən kimi deyirdin?
Hansı cümlənin xəbəri şühudi keçmiş zamanda olan fellə ifadə olunmuşdur?
A) Öz əlinlə qalamışdın bu ocağı,
İndi ona çovğun, külək gərək deyil.
B) Elmin qapıları hamının üzünə açıqdır.
C) Novruz bayramına ciddi hazırlıq görülürdü.
D) Çırpınırdı Qara dəniz
Baxıb türkün bayrağına.
E) Koroğlu düşmənləri vətən torpağına ayaq basmağa qoymadı.
Omonimlərin cərgəsini göstərin:
A) həyat, bəşər, tale
B) şam, bal, kök
C) insan, adam, şəxs
D) sakit, yavaş, həzin
E) baş, göz, əl
"Qarı dedi:
-Dövlətindən hər şeyim var. Bax, evim var, həyətim var, inəyim var, danam var, toyuğum var..."
nümunəsində mənsubiyyət şəkilçili neçə söz var?
A) 7
B) 3
C) 6
D) 5
E) 4
Hansı cümlədə qayıdış əvəzliyi işlənib?
A) Ata öz uşaqlarının təhsil uğurlarından razı qaldı.
B) Özüm bu işə qarışmasam, düzəlməyəcək.
C) O, işsiz qalanda darıxırdı.
D) Biri mahnı oxuyurdu, o biri rəqs edirdi.
E) Hamı torpağı müdafiə etmək üçün ayağa qalxdı.
"Usta" sözünün fonetik təhlilində harada səhvə yol verilmişdir?
A) Ahəng qanununa tabe olur.
B) sözdə 4 səs, 4 hərf vardır.
C) [s] və [t] kar samitlərdir.
D) [u] qalın, qapalı, dodaqlanan, [a] qalın, açıq, dodaqlanmayan saitdir.
E) iki hecalıdır, vurğu ikinci hecaya düşmüşdür.
Hansı cümlədə modal söz işlənmişdir?
A) Eşitdiklərimizin hamısı doğrudur.
B) O, evə sarı getdi.
C) Deyəsən, onlar toya hazırlaşırlar.
D) Bütün fikirlərimi bir sözlə ifadə etdim.
E) Məndən demək, səndən eşitmək.
Azərbaycan dili morfoloji quruluşuna görə hansı dil tipinə daxildir?
A) kök dillər
B) həm iqtisadi, həm flektiv
C) iltisaqi
D) həm flektiv, həm də kök dillər
E) flektiv
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top