Tapılan ümumi test sayı : 28

"O, namuslu, qeyrətli, sözü həmişə üzə deyən, həqiqəti bütün varlığı ilə müdafiə edən, dostluqda sədaqətlidir. İkiüzlülük, saxtakarlıq onun gözünün düşmənidir..."
Bu keyfiyyətlər İ.Əfəndiyevin "Qəribə oğlan" komediyasında hansı surəti səciyyələndirir?
A) Batını
B) Muratovu
C) Valehi
D) Otarı
E) Əhmədcanı
Hansı cərgədə epik növün janrları düzgün göstərilib?
A) hekayə, povest, təmsil
B) rübai, roman, qoşma
C) povest, hekayə, qitə
D) roman, povest, komediya
E) hekayə, povest, müxəmməs
Aşıq Ələsgərin "Güləndam" qoşmasından verilmiş aşağıdakı bənd haqqında fikirlərdən hansı səhvdir?
"Səni gördüm, əl götürdüm dünyadan,
Qara gözlü, qələm qaşlı Güləndam.
Alma yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam.."
A) Qoşmanın 1-ci bəndidir.
B) 2-ci və 4-cü misralar "qaşlı, çaşdı" sözləri ilə qafiyələnmişdir.
C) 1-ci və 3-cü misralar sərbəstdir.
D) "Qara gözlü, qələm qaşlı" sözləri bənzətmədir.
E) "Güləndam" sözü rədifdir.
"Koroğlu" dastanının hansı qolunda Koroğlu düşmənə qarşı təkbaşına mübarizə aparıb qalib gəlir?
A) "Koroğlunun Ərzurum səfəri"
B) "Həmzənin Qıratı aparması" ("Toqat səfəri")
C) "Koroğlunun Qars səfəri"
D) "Koroğlunun Dərbənd səfəri"
E) "Durna teli" ("Bağdad səfəri")
"Xeyir və Şər" mənzum hekayəsi Nizami Gəncəvinin hansı əsərinə daxildir?
A) "Leyli və Məcnun"
B) "Yeddi gözəl"
C) "Sirlər xəzinəsi"
D) "İsgəndərnamə"
E) "Xosrov və Şirin"
Sabirin aşağıdakı şerlərindən hansı satira deyil?
A) "Ürəfa marşı"
B) "Əkinçi"
C) "Səttarxana"
D) "Yaşamaq istər istək..."
E) "Bakı fəhlələrinə"
S.Vurğunun "Aygün" mənzum romanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Roman ailənin dağılması, məhəbbətin məhvi ilə sona çatır.
B) Şair oxucunu inandırır ki, insanda rəzil, xudbin hisslər deyil, işıqlı, nəcib duyğular qələbə çalmalıdır.
C) Romanda Əmirxanın həyəcanlarına geniş yer verilmişdir.
D) Şair Aygünün simasında sevgisinə sonadək sadiq qalan bir qadın obrazı yaradıb.
E) Əsər məhəbbət mövzusuna həsr edilib.
M.F.Axundzadənin "Hekayəti-mərdi-xəsis" komediyası ilə əlaqədar fikirlərdən hansı doğru deyil?
A) Heydər bəylə Hacı Qaranı pul tapmaq məqsədi birləşdirir.
B) Hacı Qara ciddi dramatik, Heydər bəy isə komik planda verilmişdir.
C) Heydər bəy keçmiş günlərin həsrətini çəkən, cəsur, mərd gəncdir.
D) Hacı Qara tamahkar və acgözdür, var-dövləti çox olsa da xəsisdir.
E) Əsərdə Tükəz və Sona xanım kimi ağıllı, gözəl qadın surətləri yaradılmışdır.
Q.Zakirin "Eylər" rədifli şerinin janrı:
A) qitə
B) qoşma
C) müxəmməs
D) gəraylı
E) qəzəl
Bülbül gül üçün qılanda nalə,
Dərdinə dəva olurmu lalə?!
Xosrov deyiləm ki, mənə dilbər
Şirin ola gah, gah Şəkkər.
Bu sözləri M.Füzulinin "Leyli və Məcnun" poemasında kimin dilindən deyilir?
A) İbn Salamın
B) Zeydin
C) Nofəlin
D) Məcnunun
E) Şairin özünün
"T" ilə yazılıb [d] ilə tələffüz edilən sözlərin cərgəsini göstərin:
A) taxta, avtomat, material
B) otuz, metal, həyat
C) mütəkkə, bitki, nöqtə
D) stadion, doktor, xətt
E) dəftər, astar, yastıq
Şifahi ədəbi dil, əsasən, hansı normalara tabe olur?
A) orfoqrafik
B) leksik-semantik
C) orfoepik
D) morfoloji
E) sintaktik
Hansı qoşmalar sinonim deyil?
A) kimi, tək
B) əvvəl, qabaq
C) kimi, doğru
D) tərəf, sarı
E) kimi, qədər
Hansı şəkilçi vasitəsilə indiki zaman mənalı feli sifətlər düzəldilir?
A) -an2
B) -mış4
C) -ası2
D) -acaq2
E) -malı2
Aşağıdakı variantların hansında antonim sözlər yoxdur?
A) Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya.
B) Axşam-sabah, çeşmə, cənin başına,
Bilirsənmi, necə canlar dolanır?!
C) Varlıqda dost olma, yoxluqda-kənar,
İyidəm deyəndə bu adət olmaz.
D) Su deyibdir mənə əvvəldə anam, ab ki yox,
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
E) Gecə-gündüz qaldım zülmət içində,
Mənim tək zülmətdə qalan varmı heç?
Aşağıdakı cümlələrin birində altından xətt çəkilmiş söz adlıq haldadır:
A) Onun qələminin rəngi bənövşəyidir.
B) Qələmin qiyməti çox baha idi.
C) Qələmin yaxşı yazır.
D) Mən mağazadan qələm aldım.
E) Qələm sahibi hər sözü ölçüb-biçməlidir.
Qeyri-müəyyən əvəzliklər hansı sırada verilmişdir?
A) biri, hamı, hərə
B) öz, hərə, bütün
C) mən, sən, o
D) o, bu, elə
E) biz, siz, onlar
"Həftə" sözünün fonetik təhlilində səhv haradadır?
A) [ə] incə, dodaqlanmayan, açıq saitdir.
B) 5 səs və 5 hərfdən ibarətdir.
C) [h] və [f] samitləri kar, [d] cingiltili samitdir
D) [h] samitinin cingiltili qarşılığı yoxdur, [f] səsinin cingiltili qarşılığı isə [v] samitidir.
E) Vurğu birinci hecaya düşür.
Aşağıdakı modal sözlərdən biri söz-cümlə kimi işlənə bilmir:
A) deməli
B) yəqin ki
C) şübhəsiz
D) əlbəttə
E) bəlkə də
Bədii əsərlərdəki müxtəlif regionlar üçün səciyyəvi məhəlli sözlər nə adlanır?
A) yeni sözlər
B) köhnəlmiş sözlər
C) dialektizmlər
D) ümumişlək sözlər
E) alınma sözlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top