Tapılan ümumi test sayı : 28

"O, namuslu, qeyrətli, sözü həmişə üzə deyən, həqiqəti bütün varlığı ilə müdafiə edən, dostluqda sədaqətlidir. İkiüzlülük, saxtakarlıq onun gözünün düşmənidir..."
Bu keyfiyyətlər İ.Əfəndiyevin "Qəribə oğlan" komediyasında hansı surəti səciyyələndirir?
A) Otarı
B) Muratovu
C) Batını
D) Əhmədcanı
E) Valehi
Hansı cərgədə epik növün janrları düzgün göstərilib?
A) hekayə, povest, təmsil
B) roman, povest, komediya
C) rübai, roman, qoşma
D) povest, hekayə, qitə
E) hekayə, povest, müxəmməs
Aşıq Ələsgərin "Güləndam" qoşmasından verilmiş aşağıdakı bənd haqqında fikirlərdən hansı səhvdir?
"Səni gördüm, əl götürdüm dünyadan,
Qara gözlü, qələm qaşlı Güləndam.
Alma yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam.."
A) "Güləndam" sözü rədifdir.
B) 2-ci və 4-cü misralar "qaşlı, çaşdı" sözləri ilə qafiyələnmişdir.
C) "Qara gözlü, qələm qaşlı" sözləri bənzətmədir.
D) 1-ci və 3-cü misralar sərbəstdir.
E) Qoşmanın 1-ci bəndidir.
"Koroğlu" dastanının hansı qolunda Koroğlu düşmənə qarşı təkbaşına mübarizə aparıb qalib gəlir?
A) "Koroğlunun Ərzurum səfəri"
B) "Koroğlunun Qars səfəri"
C) "Həmzənin Qıratı aparması" ("Toqat səfəri")
D) "Koroğlunun Dərbənd səfəri"
E) "Durna teli" ("Bağdad səfəri")
"Xeyir və Şər" mənzum hekayəsi Nizami Gəncəvinin hansı əsərinə daxildir?
A) "İsgəndərnamə"
B) "Leyli və Məcnun"
C) "Xosrov və Şirin"
D) "Yeddi gözəl"
E) "Sirlər xəzinəsi"
Sabirin aşağıdakı şerlərindən hansı satira deyil?
A) "Bakı fəhlələrinə"
B) "Yaşamaq istər istək..."
C) "Əkinçi"
D) "Ürəfa marşı"
E) "Səttarxana"
S.Vurğunun "Aygün" mənzum romanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Romanda Əmirxanın həyəcanlarına geniş yer verilmişdir.
B) Şair Aygünün simasında sevgisinə sonadək sadiq qalan bir qadın obrazı yaradıb.
C) Roman ailənin dağılması, məhəbbətin məhvi ilə sona çatır.
D) Şair oxucunu inandırır ki, insanda rəzil, xudbin hisslər deyil, işıqlı, nəcib duyğular qələbə çalmalıdır.
E) Əsər məhəbbət mövzusuna həsr edilib.
M.F.Axundzadənin "Hekayəti-mərdi-xəsis" komediyası ilə əlaqədar fikirlərdən hansı doğru deyil?
A) Hacı Qara ciddi dramatik, Heydər bəy isə komik planda verilmişdir.
B) Hacı Qara tamahkar və acgözdür, var-dövləti çox olsa da xəsisdir.
C) Heydər bəylə Hacı Qaranı pul tapmaq məqsədi birləşdirir.
D) Heydər bəy keçmiş günlərin həsrətini çəkən, cəsur, mərd gəncdir.
E) Əsərdə Tükəz və Sona xanım kimi ağıllı, gözəl qadın surətləri yaradılmışdır.
Q.Zakirin "Eylər" rədifli şerinin janrı:
A) qəzəl
B) qitə
C) gəraylı
D) qoşma
E) müxəmməs
Bülbül gül üçün qılanda nalə,
Dərdinə dəva olurmu lalə?!
Xosrov deyiləm ki, mənə dilbər
Şirin ola gah, gah Şəkkər.
Bu sözləri M.Füzulinin "Leyli və Məcnun" poemasında kimin dilindən deyilir?
A) Zeydin
B) Şairin özünün
C) Nofəlin
D) İbn Salamın
E) Məcnunun
"T" ilə yazılıb [d] ilə tələffüz edilən sözlərin cərgəsini göstərin:
A) taxta, avtomat, material
B) dəftər, astar, yastıq
C) stadion, doktor, xətt
D) otuz, metal, həyat
E) mütəkkə, bitki, nöqtə
Şifahi ədəbi dil, əsasən, hansı normalara tabe olur?
A) orfoepik
B) sintaktik
C) leksik-semantik
D) morfoloji
E) orfoqrafik
Hansı qoşmalar sinonim deyil?
A) kimi, doğru
B) əvvəl, qabaq
C) tərəf, sarı
D) kimi, qədər
E) kimi, tək
Hansı şəkilçi vasitəsilə indiki zaman mənalı feli sifətlər düzəldilir?
A) -mış4
B) -ası2
C) -malı2
D) -an2
E) -acaq2
Aşağıdakı variantların hansında antonim sözlər yoxdur?
A) Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya.
B) Axşam-sabah, çeşmə, cənin başına,
Bilirsənmi, necə canlar dolanır?!
C) Varlıqda dost olma, yoxluqda-kənar,
İyidəm deyəndə bu adət olmaz.
D) Gecə-gündüz qaldım zülmət içində,
Mənim tək zülmətdə qalan varmı heç?
E) Su deyibdir mənə əvvəldə anam, ab ki yox,
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
Aşağıdakı cümlələrin birində altından xətt çəkilmiş söz adlıq haldadır:
A) Qələmin qiyməti çox baha idi.
B) Qələmin yaxşı yazır.
C) Qələm sahibi hər sözü ölçüb-biçməlidir.
D) Onun qələminin rəngi bənövşəyidir.
E) Mən mağazadan qələm aldım.
Qeyri-müəyyən əvəzliklər hansı sırada verilmişdir?
A) o, bu, elə
B) öz, hərə, bütün
C) biri, hamı, hərə
D) mən, sən, o
E) biz, siz, onlar
"Həftə" sözünün fonetik təhlilində səhv haradadır?
A) [ə] incə, dodaqlanmayan, açıq saitdir.
B) Vurğu birinci hecaya düşür.
C) [h] və [f] samitləri kar, [d] cingiltili samitdir
D) 5 səs və 5 hərfdən ibarətdir.
E) [h] samitinin cingiltili qarşılığı yoxdur, [f] səsinin cingiltili qarşılığı isə [v] samitidir.
Aşağıdakı modal sözlərdən biri söz-cümlə kimi işlənə bilmir:
A) əlbəttə
B) yəqin ki
C) bəlkə də
D) deməli
E) şübhəsiz
Bədii əsərlərdəki müxtəlif regionlar üçün səciyyəvi məhəlli sözlər nə adlanır?
A) ümumişlək sözlər
B) dialektizmlər
C) yeni sözlər
D) alınma sözlər
E) köhnəlmiş sözlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top