Tapılan ümumi test sayı : 28

"Vətənin azadlığı uğrunda həlak olanlar heç vaxt unudulmayacaq" cümləsində feli sifət tərkibi hansı cümlə üzvüdür?
A) xəbər
B) mübtəda
C) tamamlıq
D) təyin
E) zərflik
Fikrin mənbəyini, kimə aid olduğunu bildirən ara söz hansı cümlədə işlənmişdir?
A) Deyəsən, gəmi gecikir.
B) Məncə, hər iş yoluna düşür.
C) Xülasə, nə deyim, görməsən, bilməzsən.
D) Deməli, siz həkim olmaq istəyirsiniz.
E) Qəribədir, bu həftə üçüncü dəfədir ki, Kərim mədənə gedir.
Düzəltmə sözlərdən ibarət sıranı göstərin:
A) çəmənlik, dağlarda, sahildə
B) sahildəki, çalışqan, dəmirçi
C) qardaşlıq, barışmaq, gözəl
D) dostluq, qaranlıq, gündüz
E) düzənlik, kəndlər, məktəbli
Ön şəkilçi artırıla bilən alınma sözlərin cərgəsini göstərin:
A) kitab, insaf, kişi
B) dinc, hasar, baxış
C) rahat, razı, çarə
D) nasir, şahid, tamam
E) xaric, qiymət, vahid
Zaman əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A) Kişi axır vaxtlar baş verən hadisəni xatırladı, nəhayət, maralın öldürülməsini yadına saldı.
B) Ata televizora baxır, ana şam yeməyi hazırlayır, uşaqlar dərslərini oxuyur.
C) Qapı açıldı və qonaqlar içəri girdilər.
D) Uşaq yuxuya getdi və medalyonu bərk-bərk sıxan əlləri açıla qaldı.
E) Havalar getdikcə soyuyur, köçəri quşlar isti ölkələrə uçub gedir.
Mürəkkəb sözlərin səhv yazıldığı cərgəni göstərin:
A) istiot, əlüzyuyan, dedi-qodu
B) gözücu, dikbaş, bər-bəzək
C) qeyri müəyyən, kino teatr, yıryığış
D) qab-qacaq, sözübütöv, suyuşirin
E) günəbaxan, kağız-kuğuz, üzüyola
"Burada elə ağaclar var ki, əsrlərin şahididir" cümləsi tabeli mürəkkəb cümlənin hansı növündədir?
A) tərzi-hərəkət budaq cümləsi
B) tamamlıq budaq cümləsi
C) təyin budaq cümləsi
D) mübtəda budaq cümləsi
E) xəbər budaq cümləsi
Hansı cümlə üzvünün əlavəsi vardır?
"Bu qüssəli düşüncələrdən ayrılmaq üçün irəliyə - üfüqlə dənizin qovuşduğu səmtə baxdım."
A) mübtəda
B) təyin
C) xəbər
D) tamamlıq
E) zərflik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top