Tapılan ümumi test sayı : 28

"Üzük aldım, qaşı yox,
Təpə gördüm, daşı yox.
O nədi ki, ağlayır,
Gözlərinin yaşı yox?"    nümunəsi şifahi xalq ədəbiyyatının hansı janrına aiddir?
A) holavar
B) tapmaca
C) ağı
D) bayatı
E) layla
"Əsir Azərbaycanım", "Boğulmayan bir səs", "Neçin şair doğuldum?" şerlərinin müəllifi:
A) M.Şəhriyar
B) H.Cavid
C) M.Müşfiq
D) A.İldırım
E) Ə.Cavad
Bu şairlərdən biri satirik şerlər yazmamışdır:
A) M.Ə,Möcüz
B) Q.Zakir
C) S.Ə.Nəbati
D) M.B.Nadim
E) S.Ə.Şirvani
Bədii təsvir vasitəsini göstərin:
"Saçın kimi qıvrılan dalğalara dalaydım,
 Dalıb ilham alaydım."
A) metafora
B) təşbeh
C) sinekdoxa
D) metonimiya
E) epitet
XIX əsrin  80-ci illərində Bakıda fəaliyyət göstərən ədəbi məclis:
A) "Məclisi-fəramuşan"
B) "Məclisi-üns"
C) "Məcməüş-şüəra"
D) "Əncuməni-şüəra"
E) "Fövcül-füsəha"
Aşağıdakı misralarda Nizami hansı hökmdardan bəhs edir?
Dedi: "Carçı çağır! Eşitsin aləm,
Hər kim zülm eləsə, görəcək sitəm.
Əgər bir at gedib girə tarlaya,
Biri bağdan meyvə, gül oğurlaya
Ən ağır cəzama olacaq düçar!"
Şah and içdi, dedi, sınmaz bu ilqar.
A) Hörmüz
B) Şirin
C) İsgəndər
D) Xosrov
E) Məhinbanu
Aşağıdakı janrlardan biri epik növə daxildir:
A) lətifə
B) qəsidə
C) komediya
D) faciə
E) ağı
Zeynəb ("Danabaş kəndinin əhvalatları") nə üçün Xudayar bəyin istəyinə boyun əydi?
A) Xudayar bəyin onun üçün qurduğu tor keçilməz idi: naçalnikin, qlavanın, qazının, şəriət hökümlərinin xofu onu mənən sındırırdı.
B) Xudayar bəyin rəzilliyini və hər cür alçaqlığa gedəcəyini yaxşı bilirdi.
C) Əri Kərbəlayı Heydərdən qalan "borcu" ödəməyə imkanı yox idi.
D) Böhtana məruz qalacağından təmiz adının ləkələnəcəyindən qorxurdu.
E) Oğlu Vəliqulunun xoşbəxtliyi yolunda əngəl oçmaq istəmirdi.
Mehman surəti ilə ("Mehman") bağlı verilənlərdən biri yanlışdır:
A) Rayonda Murtuzov, Kamilov, Qaloşlu adam kimi düşmənlərlə üz-üzə gəlir.
B) Gənc hüquqşünasdır, özünü həyatda sınamaq istəyir.
C) Həyat yoldaşı seçməkdə səhv etmişdir və ailəsini "alınmaz qala"ya çevirə bilmir.
D) Öz arzusu ilə ən ucqar bir rayona gəlir və burada prokuror kimi fəaliyyətə başlayır.
E) Əsərin sonunda Qaloşlu adamın və qayınanası Şəhla xanımın qurduğu tordan çıxmaq üçün iradəsi çatmır.
Göstərilən cəhətlərdən yalnız birini Ş.İ.Xətai yaradıcılığına aid etmək olar:
A) Ana dilində yaranan ictimai-fəlsəfi şerin ilk qüdrətli nümayəndəsidir.
B) İlk dəfə Azərbaycan ədəbiyyatında tuyuğ janrında şerlər yazmışdır.
C) Klassik Azərbaycan ədəbiyyatında alleqorik əsərlər müəllifi kimi də şöhrət tapmışdır.
D) Heca və əruz vəznlərində əsərlər yazmış, yazılı ədəbiyyata şifahi xalq ədəbiyyatının lirik janrlarını gətirmişdir.
E) Üç dildə şer divanı yaratmışdır.
Mənsubiyyət şəkilçili isimlər hansı cərgədədir?
A) insan taleyi, xalq mənafeyi
B) tarixi bilmək, misi əritmək
C) evi tikmək, döşəməni silmək
D) sürməyi şal, xurmayı saç
E) əxlaqi dəyərlər, hüquqi dövlət
Hansı cümlədəki ədat qüvvətləndirmə mənasını bildirir?
A) Bu işi Tural bacarar.
B) Elə bu günlərdə kəndə gedirəm.
C) Artıq gözlədiyimiz gün gəlib çatdı.
D) Təki müharibə tez başa çatsın.
E) Məgər bunu bilmirsən?
Sözlərdən hansında ancaq dodaqlanmayan saitlər işlənmişdir?
A) murad
B) Məhbubə
C) süzgəc
D) dözüm
E) tabelilik
Mürəkkəb mübtədalı cümləni göstərin:
A) Gümüş qaşıq aldım.
B) Günlərin bir günü güclü yağış yağmışdı.
C) Uşaq evi üçün ayaqqabı alındı.
D) Əsrlərin yadigarını göz bəbəyi kimi qorumaq sizə tapşırılır.
E) Məktəbin binasını təmir etdilər.
Ərəb və fars dillərindən alınmış sözlərə artırılaraq isimdən sifət düzəldən və ahəng qanununa tabe olmayan şəkilçini göstərin:
A) -cıl
B) -qan
C) -i (-vi)
D) -lıq
E) -qın
Üzürsüz sözünün fonetik təhlilindəki səhv hansı cərgədədir?
A) [z] və [r] cingiltili, [s]-kar samitdir.
B) [ü]-incə, qapalı, dodaqlanan saitdir.
C) [üzürsüz] şəklində tələffüz olunur.
D) Sözün hecaları: ü-zür-süz
E) Vurğu sonuncu hecanın üzərinə düşür.
Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu halda ədəbi dilin hansı norması pozulur?
A) fonetik və leksik
B) qrammatik
C) leksik
D) fonetik
E) leksik və qrammatik
Hansı saylardan əvvəl "ən", "lap", "daha" sözlərini işlətmək olar?
A) beş-altı, iki-üç
B) xeyli, bir sıra
C) az, çox
D) bir qədər, bir çox
E) yüzlərlə, minlərcə
"Üz" sözü hansı cümlədə məcazi mənada işlənmişdir?
A) Elə işlər görüb ki, adam içinə çıxmağa üzü yoxdur.
B) Dənizçinin üzü gündən qaralmışdı.
C) Üzündən bilinirdi ki, bərk sevinir.
D) Kişi danışdıqca üzü qızarırdı.
E) Uşağın üzü, gözü toz içində idi.
Cərgələrdən birində ədəbi dil normalarının pozulması faktı sayılan, lakin tipin dilində yol cerilə bilən nitq təzahürləri göstərilmişdir:
A) terminlər, peşə-sənət sözləri
B) dialektizimlər, vulqar və loru sözlər, varvarizmlər
C) bədii təsvir və ifadə vasitələri
D) alınma sözlər
E) ümumişlək sözlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top