Tapılan ümumi test sayı : 28

"Üzük aldım, qaşı yox,
Təpə gördüm, daşı yox.
O nədi ki, ağlayır,
Gözlərinin yaşı yox?"    nümunəsi şifahi xalq ədəbiyyatının hansı janrına aiddir?
A) bayatı
B) holavar
C) tapmaca
D) layla
E) ağı
"Əsir Azərbaycanım", "Boğulmayan bir səs", "Neçin şair doğuldum?" şerlərinin müəllifi:
A) M.Müşfiq
B) A.İldırım
C) Ə.Cavad
D) H.Cavid
E) M.Şəhriyar
Bu şairlərdən biri satirik şerlər yazmamışdır:
A) Q.Zakir
B) S.Ə.Nəbati
C) S.Ə.Şirvani
D) M.Ə,Möcüz
E) M.B.Nadim
Bədii təsvir vasitəsini göstərin:
"Saçın kimi qıvrılan dalğalara dalaydım,
 Dalıb ilham alaydım."
A) sinekdoxa
B) metonimiya
C) təşbeh
D) metafora
E) epitet
XIX əsrin  80-ci illərində Bakıda fəaliyyət göstərən ədəbi məclis:
A) "Fövcül-füsəha"
B) "Məcməüş-şüəra"
C) "Məclisi-üns"
D) "Məclisi-fəramuşan"
E) "Əncuməni-şüəra"
Aşağıdakı misralarda Nizami hansı hökmdardan bəhs edir?
Dedi: "Carçı çağır! Eşitsin aləm,
Hər kim zülm eləsə, görəcək sitəm.
Əgər bir at gedib girə tarlaya,
Biri bağdan meyvə, gül oğurlaya
Ən ağır cəzama olacaq düçar!"
Şah and içdi, dedi, sınmaz bu ilqar.
A) İsgəndər
B) Məhinbanu
C) Şirin
D) Xosrov
E) Hörmüz
Aşağıdakı janrlardan biri epik növə daxildir:
A) lətifə
B) faciə
C) qəsidə
D) komediya
E) ağı
Zeynəb ("Danabaş kəndinin əhvalatları") nə üçün Xudayar bəyin istəyinə boyun əydi?
A) Əri Kərbəlayı Heydərdən qalan "borcu" ödəməyə imkanı yox idi.
B) Böhtana məruz qalacağından təmiz adının ləkələnəcəyindən qorxurdu.
C) Oğlu Vəliqulunun xoşbəxtliyi yolunda əngəl oçmaq istəmirdi.
D) Xudayar bəyin rəzilliyini və hər cür alçaqlığa gedəcəyini yaxşı bilirdi.
E) Xudayar bəyin onun üçün qurduğu tor keçilməz idi: naçalnikin, qlavanın, qazının, şəriət hökümlərinin xofu onu mənən sındırırdı.
Mehman surəti ilə ("Mehman") bağlı verilənlərdən biri yanlışdır:
A) Rayonda Murtuzov, Kamilov, Qaloşlu adam kimi düşmənlərlə üz-üzə gəlir.
B) Öz arzusu ilə ən ucqar bir rayona gəlir və burada prokuror kimi fəaliyyətə başlayır.
C) Həyat yoldaşı seçməkdə səhv etmişdir və ailəsini "alınmaz qala"ya çevirə bilmir.
D) Gənc hüquqşünasdır, özünü həyatda sınamaq istəyir.
E) Əsərin sonunda Qaloşlu adamın və qayınanası Şəhla xanımın qurduğu tordan çıxmaq üçün iradəsi çatmır.
Göstərilən cəhətlərdən yalnız birini Ş.İ.Xətai yaradıcılığına aid etmək olar:
A) İlk dəfə Azərbaycan ədəbiyyatında tuyuğ janrında şerlər yazmışdır.
B) Ana dilində yaranan ictimai-fəlsəfi şerin ilk qüdrətli nümayəndəsidir.
C) Klassik Azərbaycan ədəbiyyatında alleqorik əsərlər müəllifi kimi də şöhrət tapmışdır.
D) Heca və əruz vəznlərində əsərlər yazmış, yazılı ədəbiyyata şifahi xalq ədəbiyyatının lirik janrlarını gətirmişdir.
E) Üç dildə şer divanı yaratmışdır.
Mənsubiyyət şəkilçili isimlər hansı cərgədədir?
A) sürməyi şal, xurmayı saç
B) tarixi bilmək, misi əritmək
C) evi tikmək, döşəməni silmək
D) insan taleyi, xalq mənafeyi
E) əxlaqi dəyərlər, hüquqi dövlət
Hansı cümlədəki ədat qüvvətləndirmə mənasını bildirir?
A) Məgər bunu bilmirsən?
B) Elə bu günlərdə kəndə gedirəm.
C) Artıq gözlədiyimiz gün gəlib çatdı.
D) Bu işi Tural bacarar.
E) Təki müharibə tez başa çatsın.
Sözlərdən hansında ancaq dodaqlanmayan saitlər işlənmişdir?
A) dözüm
B) murad
C) süzgəc
D) tabelilik
E) Məhbubə
Mürəkkəb mübtədalı cümləni göstərin:
A) Gümüş qaşıq aldım.
B) Əsrlərin yadigarını göz bəbəyi kimi qorumaq sizə tapşırılır.
C) Uşaq evi üçün ayaqqabı alındı.
D) Məktəbin binasını təmir etdilər.
E) Günlərin bir günü güclü yağış yağmışdı.
Ərəb və fars dillərindən alınmış sözlərə artırılaraq isimdən sifət düzəldən və ahəng qanununa tabe olmayan şəkilçini göstərin:
A) -lıq
B) -cıl
C) -qın
D) -qan
E) -i (-vi)
Üzürsüz sözünün fonetik təhlilindəki səhv hansı cərgədədir?
A) Vurğu sonuncu hecanın üzərinə düşür.
B) Sözün hecaları: ü-zür-süz
C) [z] və [r] cingiltili, [s]-kar samitdir.
D) [ü]-incə, qapalı, dodaqlanan saitdir.
E) [üzürsüz] şəklində tələffüz olunur.
Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu halda ədəbi dilin hansı norması pozulur?
A) fonetik
B) leksik
C) leksik və qrammatik
D) qrammatik
E) fonetik və leksik
Hansı saylardan əvvəl "ən", "lap", "daha" sözlərini işlətmək olar?
A) beş-altı, iki-üç
B) yüzlərlə, minlərcə
C) xeyli, bir sıra
D) bir qədər, bir çox
E) az, çox
"Üz" sözü hansı cümlədə məcazi mənada işlənmişdir?
A) Uşağın üzü, gözü toz içində idi.
B) Üzündən bilinirdi ki, bərk sevinir.
C) Elə işlər görüb ki, adam içinə çıxmağa üzü yoxdur.
D) Dənizçinin üzü gündən qaralmışdı.
E) Kişi danışdıqca üzü qızarırdı.
Cərgələrdən birində ədəbi dil normalarının pozulması faktı sayılan, lakin tipin dilində yol cerilə bilən nitq təzahürləri göstərilmişdir:
A) alınma sözlər
B) bədii təsvir və ifadə vasitələri
C) ümumişlək sözlər
D) dialektizimlər, vulqar və loru sözlər, varvarizmlər
E) terminlər, peşə-sənət sözləri
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top