Tapılan ümumi test sayı : 28

"Üzük aldım, qaşı yox,
Təpə gördüm, daşı yox.
O nədi ki, ağlayır,
Gözlərinin yaşı yox?"    nümunəsi şifahi xalq ədəbiyyatının hansı janrına aiddir?
A) layla
B) holavar
C) bayatı
D) tapmaca
E) ağı
"Əsir Azərbaycanım", "Boğulmayan bir səs", "Neçin şair doğuldum?" şerlərinin müəllifi:
A) A.İldırım
B) M.Şəhriyar
C) M.Müşfiq
D) Ə.Cavad
E) H.Cavid
Bu şairlərdən biri satirik şerlər yazmamışdır:
A) M.Ə,Möcüz
B) S.Ə.Nəbati
C) S.Ə.Şirvani
D) M.B.Nadim
E) Q.Zakir
Bədii təsvir vasitəsini göstərin:
"Saçın kimi qıvrılan dalğalara dalaydım,
 Dalıb ilham alaydım."
A) metonimiya
B) təşbeh
C) epitet
D) metafora
E) sinekdoxa
XIX əsrin  80-ci illərində Bakıda fəaliyyət göstərən ədəbi məclis:
A) "Məclisi-fəramuşan"
B) "Fövcül-füsəha"
C) "Məclisi-üns"
D) "Məcməüş-şüəra"
E) "Əncuməni-şüəra"
Aşağıdakı misralarda Nizami hansı hökmdardan bəhs edir?
Dedi: "Carçı çağır! Eşitsin aləm,
Hər kim zülm eləsə, görəcək sitəm.
Əgər bir at gedib girə tarlaya,
Biri bağdan meyvə, gül oğurlaya
Ən ağır cəzama olacaq düçar!"
Şah and içdi, dedi, sınmaz bu ilqar.
A) Məhinbanu
B) Hörmüz
C) Şirin
D) Xosrov
E) İsgəndər
Aşağıdakı janrlardan biri epik növə daxildir:
A) faciə
B) lətifə
C) qəsidə
D) ağı
E) komediya
Zeynəb ("Danabaş kəndinin əhvalatları") nə üçün Xudayar bəyin istəyinə boyun əydi?
A) Əri Kərbəlayı Heydərdən qalan "borcu" ödəməyə imkanı yox idi.
B) Xudayar bəyin onun üçün qurduğu tor keçilməz idi: naçalnikin, qlavanın, qazının, şəriət hökümlərinin xofu onu mənən sındırırdı.
C) Oğlu Vəliqulunun xoşbəxtliyi yolunda əngəl oçmaq istəmirdi.
D) Böhtana məruz qalacağından təmiz adının ləkələnəcəyindən qorxurdu.
E) Xudayar bəyin rəzilliyini və hər cür alçaqlığa gedəcəyini yaxşı bilirdi.
Mehman surəti ilə ("Mehman") bağlı verilənlərdən biri yanlışdır:
A) Gənc hüquqşünasdır, özünü həyatda sınamaq istəyir.
B) Əsərin sonunda Qaloşlu adamın və qayınanası Şəhla xanımın qurduğu tordan çıxmaq üçün iradəsi çatmır.
C) Öz arzusu ilə ən ucqar bir rayona gəlir və burada prokuror kimi fəaliyyətə başlayır.
D) Rayonda Murtuzov, Kamilov, Qaloşlu adam kimi düşmənlərlə üz-üzə gəlir.
E) Həyat yoldaşı seçməkdə səhv etmişdir və ailəsini "alınmaz qala"ya çevirə bilmir.
Göstərilən cəhətlərdən yalnız birini Ş.İ.Xətai yaradıcılığına aid etmək olar:
A) Ana dilində yaranan ictimai-fəlsəfi şerin ilk qüdrətli nümayəndəsidir.
B) Klassik Azərbaycan ədəbiyyatında alleqorik əsərlər müəllifi kimi də şöhrət tapmışdır.
C) Üç dildə şer divanı yaratmışdır.
D) Heca və əruz vəznlərində əsərlər yazmış, yazılı ədəbiyyata şifahi xalq ədəbiyyatının lirik janrlarını gətirmişdir.
E) İlk dəfə Azərbaycan ədəbiyyatında tuyuğ janrında şerlər yazmışdır.
Mənsubiyyət şəkilçili isimlər hansı cərgədədir?
A) sürməyi şal, xurmayı saç
B) əxlaqi dəyərlər, hüquqi dövlət
C) tarixi bilmək, misi əritmək
D) insan taleyi, xalq mənafeyi
E) evi tikmək, döşəməni silmək
Hansı cümlədəki ədat qüvvətləndirmə mənasını bildirir?
A) Elə bu günlərdə kəndə gedirəm.
B) Təki müharibə tez başa çatsın.
C) Artıq gözlədiyimiz gün gəlib çatdı.
D) Məgər bunu bilmirsən?
E) Bu işi Tural bacarar.
Sözlərdən hansında ancaq dodaqlanmayan saitlər işlənmişdir?
A) dözüm
B) tabelilik
C) Məhbubə
D) süzgəc
E) murad
Mürəkkəb mübtədalı cümləni göstərin:
A) Uşaq evi üçün ayaqqabı alındı.
B) Günlərin bir günü güclü yağış yağmışdı.
C) Əsrlərin yadigarını göz bəbəyi kimi qorumaq sizə tapşırılır.
D) Məktəbin binasını təmir etdilər.
E) Gümüş qaşıq aldım.
Ərəb və fars dillərindən alınmış sözlərə artırılaraq isimdən sifət düzəldən və ahəng qanununa tabe olmayan şəkilçini göstərin:
A) -lıq
B) -qan
C) -qın
D) -i (-vi)
E) -cıl
Üzürsüz sözünün fonetik təhlilindəki səhv hansı cərgədədir?
A) [ü]-incə, qapalı, dodaqlanan saitdir.
B) Vurğu sonuncu hecanın üzərinə düşür.
C) Sözün hecaları: ü-zür-süz
D) [z] və [r] cingiltili, [s]-kar samitdir.
E) [üzürsüz] şəklində tələffüz olunur.
Nitqdə müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə işlədilərsə, bu halda ədəbi dilin hansı norması pozulur?
A) fonetik
B) qrammatik
C) leksik
D) fonetik və leksik
E) leksik və qrammatik
Hansı saylardan əvvəl "ən", "lap", "daha" sözlərini işlətmək olar?
A) az, çox
B) beş-altı, iki-üç
C) bir qədər, bir çox
D) yüzlərlə, minlərcə
E) xeyli, bir sıra
"Üz" sözü hansı cümlədə məcazi mənada işlənmişdir?
A) Elə işlər görüb ki, adam içinə çıxmağa üzü yoxdur.
B) Uşağın üzü, gözü toz içində idi.
C) Dənizçinin üzü gündən qaralmışdı.
D) Kişi danışdıqca üzü qızarırdı.
E) Üzündən bilinirdi ki, bərk sevinir.
Cərgələrdən birində ədəbi dil normalarının pozulması faktı sayılan, lakin tipin dilində yol cerilə bilən nitq təzahürləri göstərilmişdir:
A) bədii təsvir və ifadə vasitələri
B) alınma sözlər
C) ümumişlək sözlər
D) terminlər, peşə-sənət sözləri
E) dialektizimlər, vulqar və loru sözlər, varvarizmlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top