Tapılan ümumi test sayı : 28

Altından xətt çəkilmiş nümunələrdən hansılar bütöv cümlə deyil?
1. -Adın nədir?
-Məhəmməddir.
2. -Məktəbə təzə gəlmisən?
-Bəli, dünən gəlmişəm.
3. -Sən necə oxuyursan?
-Mən pis oxuyuram.
4. -Harada yaşayırsınız?
-H.Cavid prospektində.
5. -Burada da yaxşı oxuyacaqsan?
-Əlbəttə, burada da yaxşı oxuyacağam.
 
A) 2, 5
B) 3, 5
C) 1, 4, 5
D) 2, 3, 4
E) 1, 2, 4
Üzümçülük rayonu birləşməsində üzümçülük sözünün morfoloji təhlilində buraxılmış səhvi göstərin:
A) isimdir, nə? sualına cavab verir
B) adlıq haldadır, təkdir
C) düzəltmə isimdir
D) ümumi mücərrəd isimdir
E) başlanğıc forması: üzümçülük
Verilmiş sözlərdən səhv yazılanları göstərin:
1. sədd             2. bulut           3. siyasi          4. kərpiç
5. məşhur         6. corab          7. əskər          8. hədsiz
A) 1, 3, 5
B) 3, 4, 5, 8
C) 2, 3, 4, 7
D) 1, 2, 3, 6
E) 2, 4, 5, 7
Aşağıdakılardan biri Azərbaycan dilinin iltisaqi quruluşu baxımından yanlışdır:
A) Söz yalnız bir qrammatik şəkilçi qəbul edə bilər.
B) Bir neçə leksik şəkilçi bir-birinin dalınca gələ bilər.
C) Şəkilçilər sözün sonuna artırılır.
D) Sözün kökü dəyişmir və müəyyən leksik məna bildirir.
E) Sözləri bir biri ilə əlaqələndirən əsas vasitə şəkilçidir.
II və III növ təyini söz birləşmələrinin tərəfləri  arasındakı əlaqə növünü göstərin:
A) yanaşma
B) uzlaşma və yanaşma
C) idarə
D) uzlaşma və idarə
E) uzlaşma
"Başına ağıl qoymaq" ifadəsini aşağıdakılardan hansına aid etmək olar?
A) II növ təyini söz birləşməsinə
B) frazeoloji birləşməyə
C) III növ təyini söz birləşməsinə
D) feli bağlama tərkibinə
E) I növ təyini söz birləşməsinə
Məchul növdə olan feli göstərin:
A) əməl edildi
B) fikir verildi
C) baxıldı
D) inanıldı
E) tikildi
"Elmin meydanı genişdir, lakin qəbələnin mənzili isə uzaqdır" cümləsinin tərkib hissələri arasında hansı məna əlaqəsi var?
A) aydınlaşdırma
B) ardıcıllıq
C) səbəb-nəticə
D) qarşılaşdırma
E) zaman
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top