Tapılan ümumi test sayı : 29

Ahəng qanununun Azərbaycan dilinin quruluşunda yeri:
A) Morfonoloji hadisədir.
B) Sintaktik hadisədir.
C) Morfoloji hadisədir.
D) Sırf fonetik hadisədir.
E) Söz yaradıcılığı hadisəsidir.
Nizaminin "Xosrov və Şirin" poemasında hansı obrazın təsvirinə daha çox yer verilmişdir?
A) Hörmüzün
B) Fərhadın
C) Məhinbanunun
D) Xosrovun
E) Şirinin
S.Ə.Şirvaninin hansı janrda yazdığı şerləri daha məşhurdur.
A) qəsidə
B) müxəmməs
C) rübai
D) məsnəvi
E) qəzəl
Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Nümunə haqqındakı fikirlərdən hansı səhvdir?
A) Hər misrası yeddi hecadan ibarətdir.
B) Qafiyələri cinas sözlər üzərində qurulub.
C) Bayatıdır.
D) Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
E) Əsas fikir son iki misrada verilib.
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu
Ki, hazıram yıxılıb xakı-payinə hər gün,
Öpüm ayağını icz ilə, kimdir o?
Nədir o?...
A) "Ana"
B) "Üstünə"
C) "Məhkum Şərqə"
D) "Qürub çağı bir yetim"
E) "Bahar"
Azərbaycan ədəbiyyatında povest janrının ilk nümunəsi:
A) "Aldanmış kəvakib"
B) "İbrahim bəyin səyahətnaməsi"
C) "Rəşid bəy və Səadət xanım"
D) "Şikayətnamə"
E) "Kitabi-Əsgəriyyə"
Oğlanlar sözünün fonetik təhlilində səhvə yol verilib:
A) üç hecalıdır (oğ-lan-lar) və vurğu III hecaya düşür.
B) [ğ] səsinin kar qarşılığı [q] səsidir, [l], [n], [r] samitlərinin isə kar qarşılığı yoxdur.
C) [ğ], [l], [n], [r] səsləri cingiltili samitlərdir.
D) [o]-qalın, dodaqlanan, açıq; [a]-qalın, dodaqlanmayan, açıq saitdir.
E) 8 səsdən ([o], [ğ], [l], [a], [n], [n], [a], [r]) və 8 hərfdən (o,ğe, el, a, en, el, a, er) ibarətdir.
N.Nərimanovun "Nadir şah" əsərində Nadirin göstərdiyi rəşadət nə üçün Şah Təhmas sarayında layiqincə qiymətləndirilmişdi?
A) Şah Təhmas Nadirdən ehtiyat etdiyinə görə onun qəhrəmanlığını kiçiltməyə çalışırdı.
B) Heydər xan paxıllıq ucbatından döyüşdən göndərdiyi qələbə soraqlı məktublarını şaha çatdırmırdı.
C) Şah Təhmas sarayı Nadirin qələbələrindən xəbərsiz idi.
D) Sarayda daxili çəkişmələr olduğundan şahın Nadirin qələbələrini qiymətləndirməyə vaxtı yox idi.
E) Nadir elə bilirdi ki, onun böyük qələbələrindən şah onsuz da xəbər tutur, buna görə məktub göndərməyi vacib hesab etmirdi.
"Koroğlu" dastanında xalq içərisindən çıxmış, öz fərasəti, çətin vəziyyətlərdən çıxmaq bacarığı ilə seçilən, həm mənfi, həm də bəzi müsbət cəhətləri ilə verilən obraz:
A) Həmzə
B) Eyvaz
C) Aşıq Cünun
D) Bəlli Əhməd
E) Dəmirçioğlu
"Kitabi-Dədə Qorqud" dastanlarından götürülən
"Qarla yağış yağanda ər kimi duran"
nümunəsində hansı məcaz növü işlənmişdir?
A) metafora
B) bədii sual
C) təşbeh
D) metonimiya
E) təzad
O, adamlardan rüşvət qoparmağa bir "mədəniyyət" statusu vermişdir. Bu barədə onun xüsusi fəlsəfəsi var. Həmin fəlsəfəyə görə, hədiyyə rüşvət deyil, humanizmdir." Bu cəhətlər İ.Əfəndiyevin "Qəribə oğlan" komediyasında hansı surətə aid edilə bilər?
A) Barsuka
B) Dadaşa
C) Məlahətə
D) Ümidə
E) Əhmədcana
"Dastani-Əhnəd Hərami" əsəri ilə bağlı fikirlər hansıdır?
1. Həyatın mənfilikləri, insan təbiətində olan pis sifətlər tənqid olunur.
2. Ana dilimizdə yazılan ilk məsnəvidir.
3. Əhməd Hərami ilə Güləndamın məhəbbət macərasından bəhs olunur.
4. Əsərdə göstərilir ki, Güləfrux Güləndamı ölümdən qurtarır və Şiraz şəhərinə gətirir.
5. Həcəz bəhrində yazılmış anadilli epik şer nümunəsidir.
A) 2, 5
B) 3, 5
C) 1, 2
D) 1, 3
E) 3, 4
Mürəkkəb söz hansıdır?
A) Qız qalası
B) ağacdələn
C) Həsənzadə
D) Bakı Dövlət Universiteti
E) 28 may
Sözlərdən biri sifət deyil:
A) bilik
B) qırıq
C) batıq
D) uçuq
E) çürük
Toplu isimləri göstərin:
    1         2            3           4        5      6      7         8        9
çiçək, camaat, yoldaşlıq, naxır, təpə, göl, millət, torpaq, kol
A) 1, 3, 7, 9
B) 2, 4, 7
C) 1, 5, 7
D) 2, 5, 6, 8
E) 2, 3, 4, 5
Cərgələrdən birində yalnız dilçilik elminə aid terminlər verilmişdir:
A) xəbər, forma, ədat, nitq mədəniyyəti
B) təyin, fel, nida, funksiya
C) sifət, orfoepiya, qoşma, uzlaşma
D) üslub, morfologiya, idarə, söz
E) leksika, morfem, sintaktsis, fonetika
"Böyük otaq" və "böyük vəzifə" birləşmələrindəki "böyük" sözü leksik səciyyəsinə görə nədir?
A) sinonim
B) təkmənalı söz
C) antonim
D) omonim
E) çoxmənalı söz
Hansı cərgədəki qoşasamitli sözlərin yazılışı ilə tələffüzüfərqlənmir?
A) əlli, mütəkkə, saqqal
B) toqqa, doqquz, hətta
C) ittiham, tappıltı, əlbəttə
D) rəssam, güllə, qüvvə
E) addım, hoppanmaq, səkkiz
"Həyata ən mahir nəqqaşdır qadın,
Qara daşlara da o zinət verir.
Anadır, bacıdır, yoldaşdır qadın,
Hər ömrə nur verir, hərarət verir"
nümunəsində neçə ismi xəbər işlənmişdir?
A) 3
B) 1
C) 5
D) 2
E) 4
"Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!" sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) ayrılma
B) görüşmə
C) təbrik
D) alqış
E) müraciət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top