Tapılan ümumi test sayı : 29

Ahəng qanununun Azərbaycan dilinin quruluşunda yeri:
A) Morfonoloji hadisədir.
B) Söz yaradıcılığı hadisəsidir.
C) Sintaktik hadisədir.
D) Morfoloji hadisədir.
E) Sırf fonetik hadisədir.
Nizaminin "Xosrov və Şirin" poemasında hansı obrazın təsvirinə daha çox yer verilmişdir?
A) Fərhadın
B) Xosrovun
C) Hörmüzün
D) Məhinbanunun
E) Şirinin
S.Ə.Şirvaninin hansı janrda yazdığı şerləri daha məşhurdur.
A) müxəmməs
B) məsnəvi
C) qəsidə
D) rübai
E) qəzəl
Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Nümunə haqqındakı fikirlərdən hansı səhvdir?
A) Əsas fikir son iki misrada verilib.
B) Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
C) Hər misrası yeddi hecadan ibarətdir.
D) Bayatıdır.
E) Qafiyələri cinas sözlər üzərində qurulub.
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu
Ki, hazıram yıxılıb xakı-payinə hər gün,
Öpüm ayağını icz ilə, kimdir o?
Nədir o?...
A) "Qürub çağı bir yetim"
B) "Bahar"
C) "Ana"
D) "Üstünə"
E) "Məhkum Şərqə"
Azərbaycan ədəbiyyatında povest janrının ilk nümunəsi:
A) "İbrahim bəyin səyahətnaməsi"
B) "Rəşid bəy və Səadət xanım"
C) "Kitabi-Əsgəriyyə"
D) "Şikayətnamə"
E) "Aldanmış kəvakib"
Oğlanlar sözünün fonetik təhlilində səhvə yol verilib:
A) üç hecalıdır (oğ-lan-lar) və vurğu III hecaya düşür.
B) 8 səsdən ([o], [ğ], [l], [a], [n], [n], [a], [r]) və 8 hərfdən (o,ğe, el, a, en, el, a, er) ibarətdir.
C) [ğ] səsinin kar qarşılığı [q] səsidir, [l], [n], [r] samitlərinin isə kar qarşılığı yoxdur.
D) [ğ], [l], [n], [r] səsləri cingiltili samitlərdir.
E) [o]-qalın, dodaqlanan, açıq; [a]-qalın, dodaqlanmayan, açıq saitdir.
N.Nərimanovun "Nadir şah" əsərində Nadirin göstərdiyi rəşadət nə üçün Şah Təhmas sarayında layiqincə qiymətləndirilmişdi?
A) Şah Təhmas Nadirdən ehtiyat etdiyinə görə onun qəhrəmanlığını kiçiltməyə çalışırdı.
B) Nadir elə bilirdi ki, onun böyük qələbələrindən şah onsuz da xəbər tutur, buna görə məktub göndərməyi vacib hesab etmirdi.
C) Heydər xan paxıllıq ucbatından döyüşdən göndərdiyi qələbə soraqlı məktublarını şaha çatdırmırdı.
D) Sarayda daxili çəkişmələr olduğundan şahın Nadirin qələbələrini qiymətləndirməyə vaxtı yox idi.
E) Şah Təhmas sarayı Nadirin qələbələrindən xəbərsiz idi.
"Koroğlu" dastanında xalq içərisindən çıxmış, öz fərasəti, çətin vəziyyətlərdən çıxmaq bacarığı ilə seçilən, həm mənfi, həm də bəzi müsbət cəhətləri ilə verilən obraz:
A) Eyvaz
B) Həmzə
C) Dəmirçioğlu
D) Aşıq Cünun
E) Bəlli Əhməd
"Kitabi-Dədə Qorqud" dastanlarından götürülən
"Qarla yağış yağanda ər kimi duran"
nümunəsində hansı məcaz növü işlənmişdir?
A) təzad
B) metafora
C) metonimiya
D) bədii sual
E) təşbeh
O, adamlardan rüşvət qoparmağa bir "mədəniyyət" statusu vermişdir. Bu barədə onun xüsusi fəlsəfəsi var. Həmin fəlsəfəyə görə, hədiyyə rüşvət deyil, humanizmdir." Bu cəhətlər İ.Əfəndiyevin "Qəribə oğlan" komediyasında hansı surətə aid edilə bilər?
A) Məlahətə
B) Ümidə
C) Barsuka
D) Dadaşa
E) Əhmədcana
"Dastani-Əhnəd Hərami" əsəri ilə bağlı fikirlər hansıdır?
1. Həyatın mənfilikləri, insan təbiətində olan pis sifətlər tənqid olunur.
2. Ana dilimizdə yazılan ilk məsnəvidir.
3. Əhməd Hərami ilə Güləndamın məhəbbət macərasından bəhs olunur.
4. Əsərdə göstərilir ki, Güləfrux Güləndamı ölümdən qurtarır və Şiraz şəhərinə gətirir.
5. Həcəz bəhrində yazılmış anadilli epik şer nümunəsidir.
A) 1, 2
B) 3, 5
C) 1, 3
D) 2, 5
E) 3, 4
Mürəkkəb söz hansıdır?
A) Qız qalası
B) Bakı Dövlət Universiteti
C) Həsənzadə
D) ağacdələn
E) 28 may
Sözlərdən biri sifət deyil:
A) qırıq
B) uçuq
C) batıq
D) bilik
E) çürük
Toplu isimləri göstərin:
    1         2            3           4        5      6      7         8        9
çiçək, camaat, yoldaşlıq, naxır, təpə, göl, millət, torpaq, kol
A) 1, 3, 7, 9
B) 2, 5, 6, 8
C) 2, 3, 4, 5
D) 2, 4, 7
E) 1, 5, 7
Cərgələrdən birində yalnız dilçilik elminə aid terminlər verilmişdir:
A) üslub, morfologiya, idarə, söz
B) sifət, orfoepiya, qoşma, uzlaşma
C) təyin, fel, nida, funksiya
D) xəbər, forma, ədat, nitq mədəniyyəti
E) leksika, morfem, sintaktsis, fonetika
"Böyük otaq" və "böyük vəzifə" birləşmələrindəki "böyük" sözü leksik səciyyəsinə görə nədir?
A) təkmənalı söz
B) omonim
C) antonim
D) sinonim
E) çoxmənalı söz
Hansı cərgədəki qoşasamitli sözlərin yazılışı ilə tələffüzüfərqlənmir?
A) toqqa, doqquz, hətta
B) əlli, mütəkkə, saqqal
C) rəssam, güllə, qüvvə
D) addım, hoppanmaq, səkkiz
E) ittiham, tappıltı, əlbəttə
"Həyata ən mahir nəqqaşdır qadın,
Qara daşlara da o zinət verir.
Anadır, bacıdır, yoldaşdır qadın,
Hər ömrə nur verir, hərarət verir"
nümunəsində neçə ismi xəbər işlənmişdir?
A) 5
B) 4
C) 2
D) 3
E) 1
"Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!" sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) müraciət
B) təbrik
C) görüşmə
D) ayrılma
E) alqış
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top