Tapılan ümumi test sayı : 29

Ahəng qanununun Azərbaycan dilinin quruluşunda yeri:
A) Morfonoloji hadisədir.
B) Sintaktik hadisədir.
C) Sırf fonetik hadisədir.
D) Söz yaradıcılığı hadisəsidir.
E) Morfoloji hadisədir.
Nizaminin "Xosrov və Şirin" poemasında hansı obrazın təsvirinə daha çox yer verilmişdir?
A) Xosrovun
B) Fərhadın
C) Hörmüzün
D) Məhinbanunun
E) Şirinin
S.Ə.Şirvaninin hansı janrda yazdığı şerləri daha məşhurdur.
A) qəzəl
B) müxəmməs
C) məsnəvi
D) rübai
E) qəsidə
Qızılgül olmayaydı,
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.
Nümunə haqqındakı fikirlərdən hansı səhvdir?
A) Bayatıdır.
B) Əsas fikir son iki misrada verilib.
C) Qafiyələri cinas sözlər üzərində qurulub.
D) Hər misrası yeddi hecadan ibarətdir.
E) Şifahi xalq ədəbiyyatının lirik növünə daxildir:
Bu misralar C.Cabbarlının hansı şerindən götürülmüşdür?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu
Ki, hazıram yıxılıb xakı-payinə hər gün,
Öpüm ayağını icz ilə, kimdir o?
Nədir o?...
A) "Bahar"
B) "Ana"
C) "Məhkum Şərqə"
D) "Qürub çağı bir yetim"
E) "Üstünə"
Azərbaycan ədəbiyyatında povest janrının ilk nümunəsi:
A) "Aldanmış kəvakib"
B) "Rəşid bəy və Səadət xanım"
C) "Kitabi-Əsgəriyyə"
D) "İbrahim bəyin səyahətnaməsi"
E) "Şikayətnamə"
Oğlanlar sözünün fonetik təhlilində səhvə yol verilib:
A) [ğ], [l], [n], [r] səsləri cingiltili samitlərdir.
B) 8 səsdən ([o], [ğ], [l], [a], [n], [n], [a], [r]) və 8 hərfdən (o,ğe, el, a, en, el, a, er) ibarətdir.
C) üç hecalıdır (oğ-lan-lar) və vurğu III hecaya düşür.
D) [ğ] səsinin kar qarşılığı [q] səsidir, [l], [n], [r] samitlərinin isə kar qarşılığı yoxdur.
E) [o]-qalın, dodaqlanan, açıq; [a]-qalın, dodaqlanmayan, açıq saitdir.
N.Nərimanovun "Nadir şah" əsərində Nadirin göstərdiyi rəşadət nə üçün Şah Təhmas sarayında layiqincə qiymətləndirilmişdi?
A) Heydər xan paxıllıq ucbatından döyüşdən göndərdiyi qələbə soraqlı məktublarını şaha çatdırmırdı.
B) Şah Təhmas sarayı Nadirin qələbələrindən xəbərsiz idi.
C) Nadir elə bilirdi ki, onun böyük qələbələrindən şah onsuz da xəbər tutur, buna görə məktub göndərməyi vacib hesab etmirdi.
D) Sarayda daxili çəkişmələr olduğundan şahın Nadirin qələbələrini qiymətləndirməyə vaxtı yox idi.
E) Şah Təhmas Nadirdən ehtiyat etdiyinə görə onun qəhrəmanlığını kiçiltməyə çalışırdı.
"Koroğlu" dastanında xalq içərisindən çıxmış, öz fərasəti, çətin vəziyyətlərdən çıxmaq bacarığı ilə seçilən, həm mənfi, həm də bəzi müsbət cəhətləri ilə verilən obraz:
A) Aşıq Cünun
B) Bəlli Əhməd
C) Həmzə
D) Eyvaz
E) Dəmirçioğlu
"Kitabi-Dədə Qorqud" dastanlarından götürülən
"Qarla yağış yağanda ər kimi duran"
nümunəsində hansı məcaz növü işlənmişdir?
A) təzad
B) metonimiya
C) metafora
D) bədii sual
E) təşbeh
O, adamlardan rüşvət qoparmağa bir "mədəniyyət" statusu vermişdir. Bu barədə onun xüsusi fəlsəfəsi var. Həmin fəlsəfəyə görə, hədiyyə rüşvət deyil, humanizmdir." Bu cəhətlər İ.Əfəndiyevin "Qəribə oğlan" komediyasında hansı surətə aid edilə bilər?
A) Ümidə
B) Məlahətə
C) Əhmədcana
D) Dadaşa
E) Barsuka
"Dastani-Əhnəd Hərami" əsəri ilə bağlı fikirlər hansıdır?
1. Həyatın mənfilikləri, insan təbiətində olan pis sifətlər tənqid olunur.
2. Ana dilimizdə yazılan ilk məsnəvidir.
3. Əhməd Hərami ilə Güləndamın məhəbbət macərasından bəhs olunur.
4. Əsərdə göstərilir ki, Güləfrux Güləndamı ölümdən qurtarır və Şiraz şəhərinə gətirir.
5. Həcəz bəhrində yazılmış anadilli epik şer nümunəsidir.
A) 1, 2
B) 1, 3
C) 3, 5
D) 2, 5
E) 3, 4
Mürəkkəb söz hansıdır?
A) ağacdələn
B) 28 may
C) Qız qalası
D) Həsənzadə
E) Bakı Dövlət Universiteti
Sözlərdən biri sifət deyil:
A) uçuq
B) çürük
C) bilik
D) batıq
E) qırıq
Toplu isimləri göstərin:
    1         2            3           4        5      6      7         8        9
çiçək, camaat, yoldaşlıq, naxır, təpə, göl, millət, torpaq, kol
A) 1, 5, 7
B) 1, 3, 7, 9
C) 2, 5, 6, 8
D) 2, 3, 4, 5
E) 2, 4, 7
Cərgələrdən birində yalnız dilçilik elminə aid terminlər verilmişdir:
A) leksika, morfem, sintaktsis, fonetika
B) təyin, fel, nida, funksiya
C) üslub, morfologiya, idarə, söz
D) sifət, orfoepiya, qoşma, uzlaşma
E) xəbər, forma, ədat, nitq mədəniyyəti
"Böyük otaq" və "böyük vəzifə" birləşmələrindəki "böyük" sözü leksik səciyyəsinə görə nədir?
A) təkmənalı söz
B) sinonim
C) çoxmənalı söz
D) antonim
E) omonim
Hansı cərgədəki qoşasamitli sözlərin yazılışı ilə tələffüzüfərqlənmir?
A) əlli, mütəkkə, saqqal
B) rəssam, güllə, qüvvə
C) toqqa, doqquz, hətta
D) ittiham, tappıltı, əlbəttə
E) addım, hoppanmaq, səkkiz
"Həyata ən mahir nəqqaşdır qadın,
Qara daşlara da o zinət verir.
Anadır, bacıdır, yoldaşdır qadın,
Hər ömrə nur verir, hərarət verir"
nümunəsində neçə ismi xəbər işlənmişdir?
A) 1
B) 3
C) 2
D) 4
E) 5
"Salam, xanım! Xoş gördük! Gün aydın! Axşamınız xeyir!" sözləri nitq etiketlərinin hansı növünə aiddir?
A) təbrik
B) ayrılma
C) alqış
D) görüşmə
E) müraciət
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top