Tapılan ümumi test sayı : 26

Sözlərdən birində səslərin sayı hərflərin sayından azdır:
A) addım
B) minnət
C) sərbəstlik
D) suverenlik
E) müstəqillik
Hansı sözlərdə -dan2 leksik şəkilçidir?
1. qəsdən
2. ucadan
3. çoxdan
4. hərdən
5. əzəldən
6. yorulmadan
7. hamıdan
A) 3, 4, 5, 6
B) 4, 6, 7
C) 1, 2, 6, 7
D) 1, 2, 5
E) 2, 3, 4
"Heca vəzninin işlənmə tarixi daha qədimdir. Azərbaycan dilinin fonetik təhlilinə uyğun yaranan heca vəzni ədəbiyyatşünaslıqda milli şer ölçüsü hesab edilir."
Yuxarıdakı mətn hansı üsluba aiddir?
A) bədii
B) məişət
C) publisistik
D) rəsmi-işgüzar
E) elmi
M.Ə.Sabir aşağıdakı şerlərindən birində İran Milli Məclisinin acınacaqlı taleyini türk zəhmətkeşlərinə xatırladırdı:
A) "Ürəfa marşı"
B) "Ruhum"
C) "Səbr eylə"
D) "Aldanmaram"
E) "Yatmayın, allahı sevərsiz!"
Verilmiş nümunədə hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
Yalqızlıq içində sıxılır ürək,
Atını dördnala çapdırır külək.
A) metafora
B) epitet
C) təzad
D) təşbeh
E) metonimiya
R.Rzanın "...İtkisi əhəmiyyətsizdir" şerinin lirik qəhrəmanını narahat edən nə idi?
A) atom sınağının fəlakətləri və buna laqeyd münasibət
B) repressiya qurbanlarının acı taleyi
C) qanlı müharibələr və ölüm düşərgələri
D) milli mədəniyyət abidələrinin baxımsız vəziyyətə düşməsi
E) canlı təbiətə qəsd
XIX əsrin əvvəllərində yaranan Azərbaycan poeziyası haqqında hansı fikir səhvdir?
A) Bu dövrdə poeziyada yeni bir ədəbi cərəyan - satira meydana gəlir.
B) Əsərin əvvəllərində poeziya ədəbiyyatda başlıca yer tuturdu.
C) Bu dövrün poeziyasında epik və epik-lirik janrlara təsadüf olunmur.
D) Şairlərin çoxunun yaradıcılığında sufizm dünyagörüşü geniş yer tutmurdu.
E) Poeziyanın aparıcı xətti lirika idi.
XIII əsrə qədərki saray ədəbiyyatı ilə bağlı fikirlərdən biri səhvdir:
A) XII əsrin ədəbi qüvvələri daha çox Şirvanşahlar sarayında toplaşmışdı.
B) Qəsidə yazmaq ənənəsi daha çox yayılmışdı.
C) Yalnız hökümdarların tərifi ilə məhdudlaşırdı.
D) Saraylarla bağlı olduğu üçün bülə adlanır.
E) Bu ədəbiyyat, əsasən, fars dilində yaranırdı.
Hansı sənətkarlar Ş.İ.Xətayinin həyatından bəhs edən roman yazmışlar?
1. M.İbrahimov             2. Ə.Cəfərzadə
3. Ə.Nicat                     4. İ.Hüseynov
5. F.Kərimzadə
A) 1, 2, 3
B) 3, 4, 5
C) 2, 3, 5
D) 2, 3, 4
E) 1, 4, 5
Boynunu mən yağlaram,
Yaman gözü dağlaram.
Tez çək, maral öküzüm,
Geri qalsan ağlaram.
Şerin janrını və misradaxili bölgüsünü müəyyənləşdirin.
A) Sayaçı sözüdür, 3-4 bölgüsündədir.
B) Bayatıdır, 3-4 bölgüsündədir.
C) Sayaçı sözüdür, 4-3 bölgüsündədir.
D) Holavardır, 3-4 bölgüsündədir.
E) Holavardır, 4-3 bölgüsündədir.
Faciə yazmış sənətkarlar hansılardır?
1. N.Vəzirov
2. M.F.Axundzadə
3. N.Nərimanov
4. İ.Əfəndiyev
5. H.Cavid
A) 3, 4, 5
B) 1, 4, 5
C) 2, 3, 5
D) 2, 3, 4
E) 1, 3, 5
Y.V.Çəmənzəminlinin mühacirətdən qayıtdıqdan sonra çap olunmuş ilk kitabı:
A) "Azərbaycan ədəbiyyatına bir nəzər"
B) "Qızlar bulağı"
C) "Keçmiş səhifələr"
D) "Qan içində"
E) "Studentlər"
O, bu əvəzliklərinin hansından sonra durğu işarələri düzgün qoyulmamışdır?
1. Bu, ömür kitabımdır.
2. O, yerlərin meşələri çox səfalıdır.
3. Hələ o, günləri xeyli xatırlayacaqsan.
4. Demə, o, dostumdur, bu, düşmənimdir.
5. Bu, müəllim V kursda mühazirə oxuyacaqdır.
A) 1, 2, 3
B) 2, 3, 5
C) 1, 3
D) 3, 4, 5
E) 2, 3, 4
Xəbər budaq cümləli tabeli mürəkkəb cümləni göstərin:
A) Rica edirəm, içəri buyurasınız.
B) Yaxşı yadımdadır ki, biz ilk dəfə qatarda tanış olmuşduq.
C) O yerdə ki, təmizlik var, orada xəstəlik olmaz.
D) İgid odur ki, dərdli gündə özünü itirməsin.
E) Motor birdən elə guruldadı ki, qulaqlarımız tutuldu.
"Elan" sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Ümumişlək sözdür.
B) Çoxmənalı sözdür.
C) Sinonimi "bildiriş" sözüdür.
D) Antonimi yoxdur.
E) Alınma sözdür.
Dialoji nitq hansı üslubda daha çox işlənir?
A) məişət üslubunda
B) elmi və publisistik üslubda
C) bədii və elmi
D) rəsmi-işgüzar üslubda
E) publisistik üslubda
Tərkibində yalnız qapalı saitlər işlənmiş, ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini göstərin:
1. ilan               2. vücud             3. işıq
4. şüur             5. vacib               6. ildırım
A) 4, 5
B) 1, 6
C) 1, 2
D) 2, 5
E) 3, 6
"Canını oda yaxmaq" frazeoloji birləşməsinin sinonimi:
A) dəridən-qabıqdan çıxmaq
B) mınəm-mənəm demək
C) burnunun ucu göynəmək
D) gözünün odunu almaq
E) canına yağ kimi yayılmaq
Feli sifətin hansı əlaməti feli bağlamaya aid edilə bilməz?
A) xəbərlik şəkilçisini qəbul etməsi və ismi xəbər olması
B) təsirli və təsirsiz ola bilməsi
C) felin müxtəlif məna növlərində ola bilməsi
D) təsdiq və inkarda ola bilməsi
E) ətrafına söz toplaya bilməsi
"Belələrinə çox təsadüf edilir" cümləsindəki felin morfoloji təhlilində səhv harada buraxılmışdır?
A) Tərkibi feldir.
B) İndiki zamandadır.
C) Məchul növdədir.
D) III şəxsin təkindədir.
E) Xəbər şəklindədir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top