Tapılan ümumi test sayı : 28

"Aldanmış kəvakib" əsərindəki surətlərdən biri İslam dininin müqəddəs qanunlarını təhrik edir. Misilsiz yaltaqlıq nümunəsi göstərərək Səfəvilər sülaləsinin peyğəmbər nəslindən olduğunu deyir:
A) Mirzə Yəhya
B) Sərdar Zaman xan
C) Mirzə Möhsün
D) Mövlana Cəmaləddin
E) Axund Səməd
M.Füzulinin yaradıcılığı haqqında səhv fikir hansıdır?
A) Yaradıcılığında qəzəl janrı əsas yer tutur.
B) Ərəb dilindəki şerləri cəmi 12 qəsidədən ibarətdir.
C) Həm nəzmlə, həm də nəsrlə yazılmış əsərləri vardır.
D) Ana dilindəki divanında həm klassik, həm də xalq şeri üslubunda yazdığı şerləri toplanmışdır.
E) Bir çox qəsidə, qitə və rübailərin də müəllifidir.
M.Şəhriyarın:
"Bizim ki süfrəmizdə yavan çörək də yoxdur,
Toxa nə var, yoxsula isti xörək də yoxdur"
misraları şairlərimizdən kimin şeri ilə ideya və məzmun baxımından səsləşir?
A) Q.Zakirin
B) S.Ə.Şirvaninin
C) M.P.Vaqifin
D) S.Vurğunun
E) S.Rüstəmin
"Palajeniya nəqli ta olub möhkəm,
Gərək bəy azalda zülmün dəmadəm.
Dəxi də artırır bu əhli-sistəm,
Yanında çalınan zurnayə bir bax!" - bəndində Q.Zakir nəyə işarə etmişdi?
A) Bu qanun bəylərin əl-qolunu bağlamışdır, onlar öz imtiyazlarının ləğvindən narazı olduqlarını bildirirlər.
B)  Bəylik imtiyazlarının ləğvi haqqında qanun bəylər üçün oyun-oyuncaqdır.
C) Kəndlinin ah-fəryadı bəy üçün toy-bayramdır.
D) Bəylər şər əhlidir, kəndlini incitməkdən həzz alırlar.
E) Bəylər kef içindədir, kəndlilər isə zülm altında inləyirlər.
Xaqaninin "Töhvətül-İraqeyn" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə şair Mədain xərabələrini dövrünün şahlarına ibrət kimi göstərir.
B) Əsər Azərbaycan ədəbiyyatı tarixində məsnəvi formasında yazılmış ilk poemadır.
C) Poemada Xaqani Şirvanşahlar sarayında gördüyü zülmlərə qarşı etirazını da bildirir.
D) Poemada avtobioqrafik məqamlar da vardır.
E) Poema yarı xatirə, yarı səfərnamə səciyyəvi daşıyır.
"Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) XI boyda İç Oğuzla Dış Oğuzun birliyi pozulur.
B) Boylarda əhvalatların hamısı Dədə Qorqudun dili ilə verilir.
C) Dastandakı boylar orta yüzilliklərin ilkin çağlarının həyatı ilə səsləşir.
D) Dastanda oğuzlar İç və Dış Oğuz olmaqla iki yerə ayrılır.
E) Dastanın girişində Dədə Qorqudun dili ilə atalar sözləri verilir.
Aşağıdakı bənddə bir təşbeh, bir mübaliğə işlənmişdir. Bunlar hansı misralardadır?
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül, nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!
A) təşbeh I, mübaliğə III misrada
B) mübaliğə I, təşbeh III misrada
C) mübaliğə III, təşbeh IV misrada
D) təşbeh II, mübaliğə III misrada
E) mübaliğə II, təşbeh III misrada
M.Müşfiqin "Yenə o bağ olaydı..." şeri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Lirik şerdir.
B) Lirik qəhrəmanın öz sevgilisi ilə deyişməsi şəklində qurulmuşdur.
C) Məhəbbət mövzusundadır.
D) İctimai hisslər də öz əksini tapmışdır.
E) Abşeron bağlarının yay mövsümü təsvir olunur.
Erkən saray ədəbiyyatında qəsidənin hansı növü yaranmışdır?
A) fəxriyyə, həcv, qəzəl, müstəzad
B) minacat, nət, mədhiyyə, fəxriyyə
C) həcv, mərsiyə, rübai, qəzəl
D) tərkibbənd, rübai, mədhiyyə, nət
E) nət, müstəzad, tərkibbənd, həcv
Göstərilənlərdən biri romantik əsərlər sırasına daxil deyildir:
A) A.Şaiq. "İdeal və insanlıq"
B) C.Məmmədquluzadə. "Ölülər"
C) H.Cavid. "İblis"
D) C.Cabbarlı. "Oqtay Eloğlu"
E) M.Hadi. "Əlvahi-intibah"
Nitqin dəqiqliyi dedikdə nə başa düşülür?
A) ən məqsədəuyğun, üslub baxımından ən uğurlu dil vasitələrini tapıb işlətmək
B) dilin fonetik, leksik, qrammatik qayda-qanunlarına tam əməl etmək
C) yazılı nitqin orfoqrafiya və durğu işarələrinin işlədilməsi baxımından səliqə-sahmanlı olması
D) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitələrini tapmaq
E) nitqin ədəbi tələffüz baxımdan dəqiqliyi
Təsirlilik və təsirsizlik hansı nitq hissəsinin xüsusiyyətidir?
A) felin
B) ismin
C) zərfin
D) əvəzliyin
E) sifətin
Hansı cərgədəki sözlər antonim deyil?
A) qalın-incə
B) alçaq-hündür
C) qısa-gödək
D) bərk-yumşaq
E) ağır-yüngül
Ürəyiaçıq mürəkkəb sifətinin tərkib hissələrini göstərin:
A) mənsubiyyət şəkilçili isim və sadə sifət
B) mənsubiyyət şəkilçili isim və düzəltmə sifət
C) təsirlik hal şəkilçili isim və düzəltmə sifət
D) mənsubiyyət şəkilçili isim və düzəltmə zərf
E) təsirlik hal şəkilçili isim və sadə sifət
"Molla Nəsrəddinin" borcu keçəl qardaşlarını xəbərdar etməkdir ki, düşmənlərini tanısınlar"  cümləsi tabeli mürəkəb cümlənin hansı növünə aiddir?
A) məqsəd budaq cümləli
B) xəbər budaq cümləli
C) təyin budaq cümləli
D) mübtəda budaq cümləli
E) tamamlıq budaq cümləli
Fikirlərdən biri bədii üslub üçün xarakterik sayıla bilməz:
A) Obrazlı, emosional nitq formasıdır.
B) O, eyni zamanda, milli ictimai təfəkkür forması olub, mətbuatda funksionallaşır.
C) O, şer dili, nəsr dili, dramaturgiya dili kimi formalaşır.
D) Bədii üslub, adətən, ümumxalq dilinə əsaslanır.
E) Bədii üslubun obrazlılığı dilin müxtəlif sahələrində (fonetikada və qrammatikada) özünü göstərir.
Hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur?
A) mühit, günəş, doğruluq
B) lazım, qara, mixək
C) dəftər, qələm, ağac
D) sabit, katib, müzakirə
E) qotaz, qapı, papaq
Sözlərin düzgün yazılış qaydaları hansı terminlə ifadə olunur?
A) fonetika
B) leksika
C) orfoqrafiya
D) orfoepiya
E) əlifba
Görmüşsənsə sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
A) gör-sözün kökü; fel
B) -sən-şəxs şəkilçisi
C) -sə-felin şərt şəklinin şəkilçisi
D) təsirli feldir, təsdiqdədir
E) -müş-felin nəqli keçmiş zaman şəkilçisi
Dil ailəsi hansı dillərə deyilir?
A) eyni coğrafi məkanda yerləşən qonşu xalqların dillərinə
B) eyni yazı mədəniyyətinə malik olan dillərə
C) eyni ölkədə yaşayan müxtəlif xalqların dillərinə
D) eyni tarixi inkişaf yolu keçmiş dillərə
E) eyni kökdən törəyən qohum dillərə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top