Tapılan ümumi test sayı : 28

"Aldanmış kəvakib" əsərindəki surətlərdən biri İslam dininin müqəddəs qanunlarını təhrik edir. Misilsiz yaltaqlıq nümunəsi göstərərək Səfəvilər sülaləsinin peyğəmbər nəslindən olduğunu deyir:
A) Sərdar Zaman xan
B) Mirzə Möhsün
C) Mirzə Yəhya
D) Axund Səməd
E) Mövlana Cəmaləddin
M.Füzulinin yaradıcılığı haqqında səhv fikir hansıdır?
A) Ərəb dilindəki şerləri cəmi 12 qəsidədən ibarətdir.
B) Yaradıcılığında qəzəl janrı əsas yer tutur.
C) Bir çox qəsidə, qitə və rübailərin də müəllifidir.
D) Ana dilindəki divanında həm klassik, həm də xalq şeri üslubunda yazdığı şerləri toplanmışdır.
E) Həm nəzmlə, həm də nəsrlə yazılmış əsərləri vardır.
M.Şəhriyarın:
"Bizim ki süfrəmizdə yavan çörək də yoxdur,
Toxa nə var, yoxsula isti xörək də yoxdur"
misraları şairlərimizdən kimin şeri ilə ideya və məzmun baxımından səsləşir?
A) S.Vurğunun
B) S.Rüstəmin
C) M.P.Vaqifin
D) S.Ə.Şirvaninin
E) Q.Zakirin
"Palajeniya nəqli ta olub möhkəm,
Gərək bəy azalda zülmün dəmadəm.
Dəxi də artırır bu əhli-sistəm,
Yanında çalınan zurnayə bir bax!" - bəndində Q.Zakir nəyə işarə etmişdi?
A)  Bəylik imtiyazlarının ləğvi haqqında qanun bəylər üçün oyun-oyuncaqdır.
B) Bu qanun bəylərin əl-qolunu bağlamışdır, onlar öz imtiyazlarının ləğvindən narazı olduqlarını bildirirlər.
C) Bəylər şər əhlidir, kəndlini incitməkdən həzz alırlar.
D) Bəylər kef içindədir, kəndlilər isə zülm altında inləyirlər.
E) Kəndlinin ah-fəryadı bəy üçün toy-bayramdır.
Xaqaninin "Töhvətül-İraqeyn" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Poema yarı xatirə, yarı səfərnamə səciyyəvi daşıyır.
B) Poemada avtobioqrafik məqamlar da vardır.
C) Poemada Xaqani Şirvanşahlar sarayında gördüyü zülmlərə qarşı etirazını da bildirir.
D) Əsərdə şair Mədain xərabələrini dövrünün şahlarına ibrət kimi göstərir.
E) Əsər Azərbaycan ədəbiyyatı tarixində məsnəvi formasında yazılmış ilk poemadır.
"Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Dastandakı boylar orta yüzilliklərin ilkin çağlarının həyatı ilə səsləşir.
B) XI boyda İç Oğuzla Dış Oğuzun birliyi pozulur.
C) Boylarda əhvalatların hamısı Dədə Qorqudun dili ilə verilir.
D) Dastanın girişində Dədə Qorqudun dili ilə atalar sözləri verilir.
E) Dastanda oğuzlar İç və Dış Oğuz olmaqla iki yerə ayrılır.
Aşağıdakı bənddə bir təşbeh, bir mübaliğə işlənmişdir. Bunlar hansı misralardadır?
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül, nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!
A) mübaliğə II, təşbeh III misrada
B) təşbeh I, mübaliğə III misrada
C) mübaliğə I, təşbeh III misrada
D) mübaliğə III, təşbeh IV misrada
E) təşbeh II, mübaliğə III misrada
M.Müşfiqin "Yenə o bağ olaydı..." şeri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Məhəbbət mövzusundadır.
B) Lirik şerdir.
C) Lirik qəhrəmanın öz sevgilisi ilə deyişməsi şəklində qurulmuşdur.
D) İctimai hisslər də öz əksini tapmışdır.
E) Abşeron bağlarının yay mövsümü təsvir olunur.
Erkən saray ədəbiyyatında qəsidənin hansı növü yaranmışdır?
A) həcv, mərsiyə, rübai, qəzəl
B) fəxriyyə, həcv, qəzəl, müstəzad
C) nət, müstəzad, tərkibbənd, həcv
D) minacat, nət, mədhiyyə, fəxriyyə
E) tərkibbənd, rübai, mədhiyyə, nət
Göstərilənlərdən biri romantik əsərlər sırasına daxil deyildir:
A) A.Şaiq. "İdeal və insanlıq"
B) M.Hadi. "Əlvahi-intibah"
C) C.Cabbarlı. "Oqtay Eloğlu"
D) C.Məmmədquluzadə. "Ölülər"
E) H.Cavid. "İblis"
Nitqin dəqiqliyi dedikdə nə başa düşülür?
A) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitələrini tapmaq
B) yazılı nitqin orfoqrafiya və durğu işarələrinin işlədilməsi baxımından səliqə-sahmanlı olması
C) dilin fonetik, leksik, qrammatik qayda-qanunlarına tam əməl etmək
D) nitqin ədəbi tələffüz baxımdan dəqiqliyi
E) ən məqsədəuyğun, üslub baxımından ən uğurlu dil vasitələrini tapıb işlətmək
Təsirlilik və təsirsizlik hansı nitq hissəsinin xüsusiyyətidir?
A) ismin
B) sifətin
C) əvəzliyin
D) felin
E) zərfin
Hansı cərgədəki sözlər antonim deyil?
A) bərk-yumşaq
B) qalın-incə
C) qısa-gödək
D) ağır-yüngül
E) alçaq-hündür
Ürəyiaçıq mürəkkəb sifətinin tərkib hissələrini göstərin:
A) mənsubiyyət şəkilçili isim və düzəltmə zərf
B) mənsubiyyət şəkilçili isim və düzəltmə sifət
C) mənsubiyyət şəkilçili isim və sadə sifət
D) təsirlik hal şəkilçili isim və sadə sifət
E) təsirlik hal şəkilçili isim və düzəltmə sifət
"Molla Nəsrəddinin" borcu keçəl qardaşlarını xəbərdar etməkdir ki, düşmənlərini tanısınlar"  cümləsi tabeli mürəkəb cümlənin hansı növünə aiddir?
A) tamamlıq budaq cümləli
B) xəbər budaq cümləli
C) təyin budaq cümləli
D) mübtəda budaq cümləli
E) məqsəd budaq cümləli
Fikirlərdən biri bədii üslub üçün xarakterik sayıla bilməz:
A) Bədii üslub, adətən, ümumxalq dilinə əsaslanır.
B) O, şer dili, nəsr dili, dramaturgiya dili kimi formalaşır.
C) Bədii üslubun obrazlılığı dilin müxtəlif sahələrində (fonetikada və qrammatikada) özünü göstərir.
D) O, eyni zamanda, milli ictimai təfəkkür forması olub, mətbuatda funksionallaşır.
E) Obrazlı, emosional nitq formasıdır.
Hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur?
A) lazım, qara, mixək
B) mühit, günəş, doğruluq
C) dəftər, qələm, ağac
D) qotaz, qapı, papaq
E) sabit, katib, müzakirə
Sözlərin düzgün yazılış qaydaları hansı terminlə ifadə olunur?
A) leksika
B) əlifba
C) fonetika
D) orfoqrafiya
E) orfoepiya
Görmüşsənsə sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
A) -sən-şəxs şəkilçisi
B) gör-sözün kökü; fel
C) təsirli feldir, təsdiqdədir
D) -müş-felin nəqli keçmiş zaman şəkilçisi
E) -sə-felin şərt şəklinin şəkilçisi
Dil ailəsi hansı dillərə deyilir?
A) eyni yazı mədəniyyətinə malik olan dillərə
B) eyni tarixi inkişaf yolu keçmiş dillərə
C) eyni ölkədə yaşayan müxtəlif xalqların dillərinə
D) eyni kökdən törəyən qohum dillərə
E) eyni coğrafi məkanda yerləşən qonşu xalqların dillərinə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top