Tapılan ümumi test sayı : 28

"Aldanmış kəvakib" əsərindəki surətlərdən biri İslam dininin müqəddəs qanunlarını təhrik edir. Misilsiz yaltaqlıq nümunəsi göstərərək Səfəvilər sülaləsinin peyğəmbər nəslindən olduğunu deyir:
A) Axund Səməd
B) Mövlana Cəmaləddin
C) Mirzə Möhsün
D) Sərdar Zaman xan
E) Mirzə Yəhya
M.Füzulinin yaradıcılığı haqqında səhv fikir hansıdır?
A) Həm nəzmlə, həm də nəsrlə yazılmış əsərləri vardır.
B) Ərəb dilindəki şerləri cəmi 12 qəsidədən ibarətdir.
C) Bir çox qəsidə, qitə və rübailərin də müəllifidir.
D) Ana dilindəki divanında həm klassik, həm də xalq şeri üslubunda yazdığı şerləri toplanmışdır.
E) Yaradıcılığında qəzəl janrı əsas yer tutur.
M.Şəhriyarın:
"Bizim ki süfrəmizdə yavan çörək də yoxdur,
Toxa nə var, yoxsula isti xörək də yoxdur"
misraları şairlərimizdən kimin şeri ilə ideya və məzmun baxımından səsləşir?
A) S.Vurğunun
B) S.Ə.Şirvaninin
C) Q.Zakirin
D) M.P.Vaqifin
E) S.Rüstəmin
"Palajeniya nəqli ta olub möhkəm,
Gərək bəy azalda zülmün dəmadəm.
Dəxi də artırır bu əhli-sistəm,
Yanında çalınan zurnayə bir bax!" - bəndində Q.Zakir nəyə işarə etmişdi?
A)  Bəylik imtiyazlarının ləğvi haqqında qanun bəylər üçün oyun-oyuncaqdır.
B) Bəylər şər əhlidir, kəndlini incitməkdən həzz alırlar.
C) Bu qanun bəylərin əl-qolunu bağlamışdır, onlar öz imtiyazlarının ləğvindən narazı olduqlarını bildirirlər.
D) Bəylər kef içindədir, kəndlilər isə zülm altında inləyirlər.
E) Kəndlinin ah-fəryadı bəy üçün toy-bayramdır.
Xaqaninin "Töhvətül-İraqeyn" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Poemada Xaqani Şirvanşahlar sarayında gördüyü zülmlərə qarşı etirazını da bildirir.
B) Əsər Azərbaycan ədəbiyyatı tarixində məsnəvi formasında yazılmış ilk poemadır.
C) Poema yarı xatirə, yarı səfərnamə səciyyəvi daşıyır.
D) Poemada avtobioqrafik məqamlar da vardır.
E) Əsərdə şair Mədain xərabələrini dövrünün şahlarına ibrət kimi göstərir.
"Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) XI boyda İç Oğuzla Dış Oğuzun birliyi pozulur.
B) Boylarda əhvalatların hamısı Dədə Qorqudun dili ilə verilir.
C) Dastanın girişində Dədə Qorqudun dili ilə atalar sözləri verilir.
D) Dastanda oğuzlar İç və Dış Oğuz olmaqla iki yerə ayrılır.
E) Dastandakı boylar orta yüzilliklərin ilkin çağlarının həyatı ilə səsləşir.
Aşağıdakı bənddə bir təşbeh, bir mübaliğə işlənmişdir. Bunlar hansı misralardadır?
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül, nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!
A) mübaliğə I, təşbeh III misrada
B) təşbeh II, mübaliğə III misrada
C) mübaliğə III, təşbeh IV misrada
D) təşbeh I, mübaliğə III misrada
E) mübaliğə II, təşbeh III misrada
M.Müşfiqin "Yenə o bağ olaydı..." şeri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Məhəbbət mövzusundadır.
B) İctimai hisslər də öz əksini tapmışdır.
C) Lirik qəhrəmanın öz sevgilisi ilə deyişməsi şəklində qurulmuşdur.
D) Abşeron bağlarının yay mövsümü təsvir olunur.
E) Lirik şerdir.
Erkən saray ədəbiyyatında qəsidənin hansı növü yaranmışdır?
A) minacat, nət, mədhiyyə, fəxriyyə
B) tərkibbənd, rübai, mədhiyyə, nət
C) həcv, mərsiyə, rübai, qəzəl
D) fəxriyyə, həcv, qəzəl, müstəzad
E) nət, müstəzad, tərkibbənd, həcv
Göstərilənlərdən biri romantik əsərlər sırasına daxil deyildir:
A) C.Cabbarlı. "Oqtay Eloğlu"
B) H.Cavid. "İblis"
C) M.Hadi. "Əlvahi-intibah"
D) A.Şaiq. "İdeal və insanlıq"
E) C.Məmmədquluzadə. "Ölülər"
Nitqin dəqiqliyi dedikdə nə başa düşülür?
A) nitqin ədəbi tələffüz baxımdan dəqiqliyi
B) yazılı nitqin orfoqrafiya və durğu işarələrinin işlədilməsi baxımından səliqə-sahmanlı olması
C) ən məqsədəuyğun, üslub baxımından ən uğurlu dil vasitələrini tapıb işlətmək
D) dilin fonetik, leksik, qrammatik qayda-qanunlarına tam əməl etmək
E) fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitələrini tapmaq
Təsirlilik və təsirsizlik hansı nitq hissəsinin xüsusiyyətidir?
A) ismin
B) əvəzliyin
C) zərfin
D) sifətin
E) felin
Hansı cərgədəki sözlər antonim deyil?
A) ağır-yüngül
B) alçaq-hündür
C) qısa-gödək
D) bərk-yumşaq
E) qalın-incə
Ürəyiaçıq mürəkkəb sifətinin tərkib hissələrini göstərin:
A) mənsubiyyət şəkilçili isim və sadə sifət
B) təsirlik hal şəkilçili isim və sadə sifət
C) mənsubiyyət şəkilçili isim və düzəltmə sifət
D) mənsubiyyət şəkilçili isim və düzəltmə zərf
E) təsirlik hal şəkilçili isim və düzəltmə sifət
"Molla Nəsrəddinin" borcu keçəl qardaşlarını xəbərdar etməkdir ki, düşmənlərini tanısınlar"  cümləsi tabeli mürəkəb cümlənin hansı növünə aiddir?
A) məqsəd budaq cümləli
B) mübtəda budaq cümləli
C) tamamlıq budaq cümləli
D) xəbər budaq cümləli
E) təyin budaq cümləli
Fikirlərdən biri bədii üslub üçün xarakterik sayıla bilməz:
A) O, eyni zamanda, milli ictimai təfəkkür forması olub, mətbuatda funksionallaşır.
B) Obrazlı, emosional nitq formasıdır.
C) O, şer dili, nəsr dili, dramaturgiya dili kimi formalaşır.
D) Bədii üslubun obrazlılığı dilin müxtəlif sahələrində (fonetikada və qrammatikada) özünü göstərir.
E) Bədii üslub, adətən, ümumxalq dilinə əsaslanır.
Hansı cərgədəki sözlərdə ahəng qanunu pozulmuşdur?
A) dəftər, qələm, ağac
B) sabit, katib, müzakirə
C) lazım, qara, mixək
D) qotaz, qapı, papaq
E) mühit, günəş, doğruluq
Sözlərin düzgün yazılış qaydaları hansı terminlə ifadə olunur?
A) leksika
B) əlifba
C) orfoqrafiya
D) fonetika
E) orfoepiya
Görmüşsənsə sözünün morfoloji təhlilində harada səhvə yol verilmişdir?
A) -sə-felin şərt şəklinin şəkilçisi
B) təsirli feldir, təsdiqdədir
C) gör-sözün kökü; fel
D) -sən-şəxs şəkilçisi
E) -müş-felin nəqli keçmiş zaman şəkilçisi
Dil ailəsi hansı dillərə deyilir?
A) eyni coğrafi məkanda yerləşən qonşu xalqların dillərinə
B) eyni yazı mədəniyyətinə malik olan dillərə
C) eyni ölkədə yaşayan müxtəlif xalqların dillərinə
D) eyni kökdən törəyən qohum dillərə
E) eyni tarixi inkişaf yolu keçmiş dillərə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top