Tapılan ümumi test sayı : 52

Fikirlərdən biriM.P.Vaqif yaradıcılığı üçün səciyyəvi deyildir:
A) Poeziyasının xəlqiliyi, təbiiliyi və realizmi
B) Yalnız klassik şer janrlarında yazıb yaratması
C) Poeziyanın dil, üslub və forma baxımından ədəbiyyatımızda yeni mərhələ olması
D) Yaradıcılığı ilə xalq şerinin zənginliyini yazılı ədəbiyyatda nümayiş etdirməsi
E) Yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir ədəbi məktəbin bünövrəsinin qoyulması
"Budur gəldi bahar fəsli,
Dağların lala vaxtıdır.
Açılıbdır qızıl güllər,
Bülbülün bala vaxtıdır."
Nümunənin janrını və müəllifini müəyyənləşdirin.
A) Gəraylı, Sarı Aşıq
B) Qoşma, Aşıq Abbas Tufarqanlı
C) Qoşma, Xəstə Qasım
D) Gəraylı, Aşıq Abbas Tufarqanlı
E) Tıcnis, Xəstə Qasım
Q.Zakir və S.Ə.Nəbati yaradıcılığı üçün ortaq əlamət:
A) Həm lirik, həm də epik əsərlərin yazılması
B) Dövrün ictimai eyiblərini tənqid edən satirik şerlərin yazılması
C) Təbiət mövzusunda şerlərə geniş yer verilməsi
D) Həm klassik poeziya üslubunda, həm də aşıq şeri tərzində şerlərin yazılması
E) İlahi məhəbbət ideyalarının geniş təbliği
Aşağıdakı səhnə əsərindən biri C.Məmmədquluzadənin deyil.
A) "Çay dəstgahı"
B) "Dəli yığıncağı"
C) "Ölülər"
D) "Dağılan tifaq"
E) "Kamança"
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Roman Səmirənin gündəliyi şəklində yazılmışdır.
B) Əsərdə respublikanın o dövrdəki rəhbəri Mollayevin cinayətkar əməlləri tənqid olunur.
C) Roman repressiya mövzusuna həsr olunmuşdur.
D) İnstitut direktoru Səmədov namuslu, vicdanlı ziyalı surətidir.
E) Baş qəhrəman Səmirə Aydındır.
Bunlardan biri nəzmin əlamətlərindən sayıla bilməz:
A) Normal söz sırasına mütləq əməl olunması
B) Ahəng (ritm)
C) Misralarda sözlərin özünəməxsus nizamla düzülməsi
D) Daha çox emosionallıq
E) Vəzn, qafiyə, janr baxımından müəyyən tələblərə əməl olunması
"Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli,qalalı dağlar."
Bəndin misradaxili bölgüsünü və onda işlənmiş bədii təsvir vasitəsini göstərin.
A) 6-5, metafora
B) 5-6, təşbeh
C) 4-4-3, metafora
D) 5-6, epitet
E) 6-5, təşbeh
Beytin müəllifi kimdir?
O qara xalı mənə versələr, qanın içərəm,
Nə üçün mənzil edib arizi-cananımda?
A) M.Füzuli
B) Q.Zakir
C) İ.Nəsimi
D) S.Ə.Şirvani
E) S.Ə.Nəbati
Altından xətt çəkilmiş sözlər hansı məna qrupuna daxildir?
Gəncənin bu dağları,
Gül açmış budaqları.
Ölsəm,sinəmdən getməz,
Yarımın bu dağları.
A) sinonimdir
B) təkmənalı sözdür
C) omonimdir
D) dialekt sözüdür
E) antonimdir
Yazı haqqında səhv fikir hansıdır?
A) Sillabik yazı hərfi yazının ilk mərhələsi idi.
B) Yazının ən mükəmməl, ən çevik forması hərfi yazıdır.
C) Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.
D) Əşyavi yazıdan sonra ideoqrafik yazı meydana çıxmışdır.
E) İnsanların ilk yazılı əlaqəsi əşyalar vasitəsilə olmuşdur.
"Üstünlük" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin.
1. Sözdə 8 hərf, 8 səs vardır.
2. Deyilişi ilə yazılışı fərqlənmir.
3. [ü] - oncə, dodaqlanan, qapalı saitdir.
4. Sözdəki [s] kar, [t], [x`] kar; [n], [l] cingiltili samitlərdir.
5. Sözdə incə saitərin ahəngi vardır.
6. Vurğusu ikinci hecaya düşür.
A) 2, 5, 6
B) 2, 3, 6
C) 1, 3, 5
D) 3, 4, 5
E) 1, 4, 5
Hansı bənddə qara hərflərlə verilmiş isimlər yiyəlik haldadır?
I. Nağılların çox maraqlı idi baba.
II. Şəklin arxasında yazı var idi.
III. Rəngin niyə ağardı?
IV. Nağılın bu yeri qızcığazı qorxutdu.
V. Şəklin divarda asılmışdı.
A) I, II
B) II, IV
C) I, V
D) III, IV
E) II, V
Felin təsrifənməyən formalarına aid edilmiş əlamətlərdən biri yalnız  feli sifətə aiddir:
A) Ətrafına söz toplaya bilmək.
B) Təsirli və təsirsiz olmaq
C) Təsdiq və inkarda olmaq
D) Növ bildirmək
E) Cümlədə təyin olmaq
Nümunələrdən birində cümlə üzvləri arasında tabesizlik əlaqəsi var:
A) Təzə evimiz kəndin ətəyində yerləşir.
B) Gözəl bahar yurdumuza qonaq gəlir.
C) Evi, eşiyi, həyəti tamam təmizlədi.
D) Zəng vuruldu, müəlim gəldi.
E) Biz onu tapanda artıq gec idi.
Eyniköklü sözlərin sırasını göstərin.
A) yeknəsəq, yekəxana, yekrəng
B) yaşıl, yaşıd, yaşmaq
C) bağban, bağlamaq, bağça
D) güləş, güldan, gülüş
E) dağlı, Dağıstan, dağlıq
"Silahlı əsgərlər kəndin sakit sakinlərinə amansız divan tutdular" cümləsində ədəbi diin hansı norması pozulmuşdur?
A) qrammatik
B) leksik
C) orfoqrafik
D) fonetik
E) orfoepik
Cümlələrdən yalnız birində vergül qoyulmasını düzgün hesab etmək olar:
A) Bu torpaqda, nar da yaxşı bitir.
B) Halbuki, Vaqif bu işi hamıdan yaxşı bacarırdı.
C) Təranə, ancaq sənə inanıram.
D) Mənim o, məktubdan xəbərim yoxdur.
E) Mən ki, sənin barəndə pis söz deməmişəm.
"Mən əminəm ki, yarışı udacağıq" cümləsinin morfoloji təhlilindəki səhv haradadır?
A) yarışı-sadə isimdir, təsirlik haldadır.
B) mən-şəxs əvəzliyidir.
C) əminəm-feldir, iniki zamandadır.
D) ki-tabelilik bağlayıcısıdır.
E) udacağıq-feldir, qəti-gələcək zamandadır.
Səbəb zərfi hansı cümlədədir?
A) Bu güllərin günəşdən qorxusu yoxdur.
B) Uşaqdan ötrü yamanca darıxıram.
C) İstidən hamı bərk tərləmişdi.
D) Soyuq olduğu üçün uşaqlar evə getdilər.
E) Dünəndən güclü külək əsir.
"Mən səni necə inandırımki yanlış yol tutmuşsan?" tabeli mürəkkəb cümləsinin növünü müəyyənləşdirin.
A) tamamlı budaq cümləli
B) xəbər budaq cümləli
C) təyin budaq cümləli
D) tərzi-hərəkət budaq cümləli
E) şərt budaq cümləli
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top