Tapılan ümumi test sayı : 52

Fikirlərdən biriM.P.Vaqif yaradıcılığı üçün səciyyəvi deyildir:
A) Poeziyasının xəlqiliyi, təbiiliyi və realizmi
B) Poeziyanın dil, üslub və forma baxımından ədəbiyyatımızda yeni mərhələ olması
C) Yalnız klassik şer janrlarında yazıb yaratması
D) Yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir ədəbi məktəbin bünövrəsinin qoyulması
E) Yaradıcılığı ilə xalq şerinin zənginliyini yazılı ədəbiyyatda nümayiş etdirməsi
"Budur gəldi bahar fəsli,
Dağların lala vaxtıdır.
Açılıbdır qızıl güllər,
Bülbülün bala vaxtıdır."
Nümunənin janrını və müəllifini müəyyənləşdirin.
A) Gəraylı, Aşıq Abbas Tufarqanlı
B) Tıcnis, Xəstə Qasım
C) Qoşma, Xəstə Qasım
D) Qoşma, Aşıq Abbas Tufarqanlı
E) Gəraylı, Sarı Aşıq
Q.Zakir və S.Ə.Nəbati yaradıcılığı üçün ortaq əlamət:
A) Təbiət mövzusunda şerlərə geniş yer verilməsi
B) İlahi məhəbbət ideyalarının geniş təbliği
C) Həm klassik poeziya üslubunda, həm də aşıq şeri tərzində şerlərin yazılması
D) Dövrün ictimai eyiblərini tənqid edən satirik şerlərin yazılması
E) Həm lirik, həm də epik əsərlərin yazılması
Aşağıdakı səhnə əsərindən biri C.Məmmədquluzadənin deyil.
A) "Kamança"
B) "Dəli yığıncağı"
C) "Çay dəstgahı"
D) "Ölülər"
E) "Dağılan tifaq"
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanı ilə bağlı fikirlərdən biri səhvdir:
A) Roman Səmirənin gündəliyi şəklində yazılmışdır.
B) Baş qəhrəman Səmirə Aydındır.
C) Roman repressiya mövzusuna həsr olunmuşdur.
D) İnstitut direktoru Səmədov namuslu, vicdanlı ziyalı surətidir.
E) Əsərdə respublikanın o dövrdəki rəhbəri Mollayevin cinayətkar əməlləri tənqid olunur.
Bunlardan biri nəzmin əlamətlərindən sayıla bilməz:
A) Daha çox emosionallıq
B) Misralarda sözlərin özünəməxsus nizamla düzülməsi
C) Normal söz sırasına mütləq əməl olunması
D) Vəzn, qafiyə, janr baxımından müəyyən tələblərə əməl olunması
E) Ahəng (ritm)
"Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli,qalalı dağlar."
Bəndin misradaxili bölgüsünü və onda işlənmiş bədii təsvir vasitəsini göstərin.
A) 5-6, epitet
B) 6-5, metafora
C) 5-6, təşbeh
D) 4-4-3, metafora
E) 6-5, təşbeh
Beytin müəllifi kimdir?
O qara xalı mənə versələr, qanın içərəm,
Nə üçün mənzil edib arizi-cananımda?
A) S.Ə.Şirvani
B) S.Ə.Nəbati
C) M.Füzuli
D) Q.Zakir
E) İ.Nəsimi
Altından xətt çəkilmiş sözlər hansı məna qrupuna daxildir?
Gəncənin bu dağları,
Gül açmış budaqları.
Ölsəm,sinəmdən getməz,
Yarımın bu dağları.
A) dialekt sözüdür
B) sinonimdir
C) antonimdir
D) təkmənalı sözdür
E) omonimdir
Yazı haqqında səhv fikir hansıdır?
A) Yazının ən mükəmməl, ən çevik forması hərfi yazıdır.
B) İnsanların ilk yazılı əlaqəsi əşyalar vasitəsilə olmuşdur.
C) Sillabik yazı hərfi yazının ilk mərhələsi idi.
D) Əşyavi yazıdan sonra ideoqrafik yazı meydana çıxmışdır.
E) Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.
"Üstünlük" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin.
1. Sözdə 8 hərf, 8 səs vardır.
2. Deyilişi ilə yazılışı fərqlənmir.
3. [ü] - oncə, dodaqlanan, qapalı saitdir.
4. Sözdəki [s] kar, [t], [x`] kar; [n], [l] cingiltili samitlərdir.
5. Sözdə incə saitərin ahəngi vardır.
6. Vurğusu ikinci hecaya düşür.
A) 1, 4, 5
B) 3, 4, 5
C) 2, 3, 6
D) 1, 3, 5
E) 2, 5, 6
Hansı bənddə qara hərflərlə verilmiş isimlər yiyəlik haldadır?
I. Nağılların çox maraqlı idi baba.
II. Şəklin arxasında yazı var idi.
III. Rəngin niyə ağardı?
IV. Nağılın bu yeri qızcığazı qorxutdu.
V. Şəklin divarda asılmışdı.
A) III, IV
B) I, II
C) I, V
D) II, V
E) II, IV
Felin təsrifənməyən formalarına aid edilmiş əlamətlərdən biri yalnız  feli sifətə aiddir:
A) Təsdiq və inkarda olmaq
B) Cümlədə təyin olmaq
C) Təsirli və təsirsiz olmaq
D) Növ bildirmək
E) Ətrafına söz toplaya bilmək.
Nümunələrdən birində cümlə üzvləri arasında tabesizlik əlaqəsi var:
A) Gözəl bahar yurdumuza qonaq gəlir.
B) Zəng vuruldu, müəlim gəldi.
C) Biz onu tapanda artıq gec idi.
D) Təzə evimiz kəndin ətəyində yerləşir.
E) Evi, eşiyi, həyəti tamam təmizlədi.
Eyniköklü sözlərin sırasını göstərin.
A) güləş, güldan, gülüş
B) dağlı, Dağıstan, dağlıq
C) yeknəsəq, yekəxana, yekrəng
D) yaşıl, yaşıd, yaşmaq
E) bağban, bağlamaq, bağça
"Silahlı əsgərlər kəndin sakit sakinlərinə amansız divan tutdular" cümləsində ədəbi diin hansı norması pozulmuşdur?
A) orfoqrafik
B) fonetik
C) leksik
D) orfoepik
E) qrammatik
Cümlələrdən yalnız birində vergül qoyulmasını düzgün hesab etmək olar:
A) Mən ki, sənin barəndə pis söz deməmişəm.
B) Bu torpaqda, nar da yaxşı bitir.
C) Mənim o, məktubdan xəbərim yoxdur.
D) Halbuki, Vaqif bu işi hamıdan yaxşı bacarırdı.
E) Təranə, ancaq sənə inanıram.
"Mən əminəm ki, yarışı udacağıq" cümləsinin morfoloji təhlilindəki səhv haradadır?
A) ki-tabelilik bağlayıcısıdır.
B) udacağıq-feldir, qəti-gələcək zamandadır.
C) yarışı-sadə isimdir, təsirlik haldadır.
D) mən-şəxs əvəzliyidir.
E) əminəm-feldir, iniki zamandadır.
Səbəb zərfi hansı cümlədədir?
A) Uşaqdan ötrü yamanca darıxıram.
B) İstidən hamı bərk tərləmişdi.
C) Bu güllərin günəşdən qorxusu yoxdur.
D) Dünəndən güclü külək əsir.
E) Soyuq olduğu üçün uşaqlar evə getdilər.
"Mən səni necə inandırımki yanlış yol tutmuşsan?" tabeli mürəkkəb cümləsinin növünü müəyyənləşdirin.
A) tamamlı budaq cümləli
B) şərt budaq cümləli
C) təyin budaq cümləli
D) xəbər budaq cümləli
E) tərzi-hərəkət budaq cümləli
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top