Tapılan ümumi test sayı : 52

Neçə sözdə səslərin sayı hərflərin sayından çoxdur:
Müqavilə, faiz, müvəqqəti, bölgə, əvvəl, müdafiə, səadət
A) 2
B) 3
C) 5
D) 1
E) 4
Bunlardan biri obrazlılığın fonetik göstəriciləri sırasında verilə bilməz:
A) intonasiya
B) assonans
C) inversiya
D) alliterasiya
E) təkər
Köhnəlmiş sözlərin cərgəsini göstərin:
A) arxalıq, kənd, sahə
B) çarıq, damu, ayıtamaq
C) xurcun, şəkər, inqilab
D) qatıq, kağız, dəftər
E) nəlbəki, çaynik, kitab
Çoxaltma dərəcəli sifətlərin sırasını göstərin.
A) ağappaq, tərtəmiz, yaxşıca
B) dümağ, yamyaşıl, ağımtıl
C) gömgöy, qapqara, açıq-sarı
D) sapsarı, yaşıl, bozumtul
E) uzunsov, ağımtraq, qırmızımtıl
Hansı cümlələrdə zərflik xüsusiləşmişdir?
1. Sədr xəstə olduğu halda, yenə idarədəki işlərindən qalmırdı.
2. Kişi sevincək halda sözə başladı.
3. Bu gün havanın xoş olduğuna baxmayaraq, o, gəzintiyə çıxmaqdan ehtiyat edirdi.
4. Həyətdəki qonşular, hətta Səlimnaz arvadla Püstəxanım da Xanların buraya gəlişindən xəbərsiz idilər.
5. Uşaqlar bütün kitabları, o cümlədən jurnal və qəzetləri səliqə ilə rəflərə yığdılar.
A) 4, 5
B) 3, 4
C) 1, 3
D) 2, 4, 5
E) 1, 2, 4
Biri ümumi şəxsli cümlə deyil:
A) Hamı gərək el adətlərinə hörmətlə yanaşsın.
B) Dostu dar gündə tanıyarlar.
C) Sənət seçəndə də gərək tələsməyəsən.
D) İnsanları öyrənmək üçün onları gərək həyatın sınağından keçirəsən.
E) Həyata əyləncə gözü ilə baxmazlar.
C.Cabbarlının hansı əsərlərinin mövzusu Türkiyə həyatından götürülmüşdür?
A) "Aydın", "Od gəlini"
B) "Vəfalı Səriyyə", "Aslan və Fərhad"
C) "1905-ci ilə", "Dönüş"
D) "Solğun çiçəklər", "Nsrəddin şah"
E) "Ulduz", "Ədirnə fəthi"
N.Vəzirovun "Pəhləvani-zəmanə" əsəri ilə ədəiyyatımıza hansı yeniliyi gətirmişdir?
A) Bakı neftinin dünya bazarına çıxarılmasının təsviri
B) Ədəbiyyatımıza zəhmətkeş kəndli obrazlarının gətirilməsi
C) Tipik Azərbaycan maarifçi obrazının yaradılması
D) Dramaturgiyamızda burjua mühitinin təsvir və tənqidi
E) Azərbaycan bəylərinin varlanmaq ehtirasının tənqidi
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) yüksək səmimiyyət, səxavət
B) vətən, yurd sevgisi
C) düşmənə heç vaxt aman verilməməsi
D) əməyə bağlılıq
E) rəhmdillik
Bu janrlardan biri heca vəznində yazılmır:
A) layla
B) tuyuq
C) qoşma
D) gəraylı
E) holavar
N.Nərimanovun "Nadir şah" faciəsi haqqındakkı fikirlərdən biri yanlışdır:
A) Əsərin qəhrəmanı Nadir şah dövlətin inkişafı üçün bir sıra islahatlar həyata keçirmək istəyir.
B) Yüksək ideyasına görə çar hökumətini qorxutmuş və 1905-ci ilə qədər onun tamaşaya qoyulmasına icazə verilməmişdi.
C) Azərbaycan dramaturgiyasında ilk tarixi faciədir.
D) Əsərdə Nadir şahın faciəsi mütləq monarxiya idarə sistemində şahın faciəsi kimi göstərilir.
E) Əsərdə Nadirin yalnız şahlıq dövrü fəaliyyəti təsvir olunur.
"Salam verdim, "rüşvət deyildir", - deyə almdılar" ifadəsi Füzulinin hansı əsərindəndir?
A) "Rindü Zahid"
B) "Söhbətül-əsmar"
C) "Ənisül-qəlb"
D) "Səhhət və Mərəz"
E) "Şikayətnamə"
XIX əsrin I yarısında bunlardan hansılar olmuşdur?
1. "Aldanış kəvakib" povesti yazımışdır.
2. M.F.Axundzadə anadan olmuşdur.
3. "Əkinçi" qəzeti nəşrə başlamışdır.
4. Poeziyamızda tənqidi-satirik cərəyanın əsası qoyulmuşdur.
5. Azərbaycan milli teatrının bünövrəsi qoyulmuşdur.
6. "Divani-hikmət" ədəbi məclisi Tiflisdə fəaliyyətə başlamışdır.
A) 1, 4, 6
B) 1, 2, 3
C) 1, 3, 5
D) 2, 4, 5
E) 2, 4, 6
Qoymaram yadları girsin qoynuna,
İzn ver qolumu salım boynuna.
Sənin bayramına sənin toyuna,
Dili bir, canı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Şerin müəllifi kimdir?
A) R.Rza
B) S.Rüstəm
C) M.Müşfiq
D) M.Rahim
E) S.Vurğun
Mənbələrdə Nizami Gəncəvinin qardaşı kimi ehtimal olunan şair kimdir?
A) Mücirəddin Beyləqani
B) Xətib Təbrizi
C) İzəddin Fələki Şirvani
D) Əbül-üla Gəncəvi
E) Qivami Mütərrizi
Hansı cərgədəki sölər flektiv dil tipinə aiddir?
A) yaz, yazı, yazıçı
B) hökm, hakim, məhkəmə
C) dil, dilçi, dilli
D) böyük, böyüdücü, böyüklük
E) qaç, qaçaq, qaçqın
"-ası2" şəkilçisi aşağıdakılardan hansıların yaranmasında iştirak edir?
A) Felin vacib şəkli və feli sifət
B) Felin lazım şəkli və feli bağlama
C) Feli sifət və feli bağama
D) Felin lazım və şərt şəkilləri
E) Felin lazım şəkli və feli sifət
"İşıqlı" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənmir
2. iki kar, bir cingiltili samit işlənib
3. vurğusu ikinci hecaya düşür
4. ahəng qanunu pozulmuşdur
5. sözdə yalnız qaoalı saitlər işlənib
6. sözdəki [ş] kar, [q] və [l] cingiltili samitlərdir
A) 2, 4
B) 2, 5
C) 1, 3
D) 1, 5
E) 4, 6
Say hansı nitq hissəsini izah edir?
A) zərfi
B) əvəzliyi
C) feli
D) sifəti
E) ismi
Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Qapıdan çıxanda qoca kədərli bir səslə Dədə - babalarımızın öz qanunları vardı dedi (Durğu işarələri buraxılmışdır).
A) "V, - m, -v"
B) M: "V!"
C) M: "V!" - m
D) "V", - m
E) M: "V", - m
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top