Tapılan ümumi test sayı : 52
| 1) | Fikirlərdən biriM.P.Vaqif yaradıcılığı üçün səciyyəvi deyildir: | Xəta bildir |
| A) | Yaradıcılığı ilə xalq şerinin zənginliyini yazılı ədəbiyyatda nümayiş etdirməsi |
| B) | Yalnız klassik şer janrlarında yazıb yaratması |
| C) | Poeziyasının xəlqiliyi, təbiiliyi və realizmi |
| D) | Poeziyanın dil, üslub və forma baxımından ədəbiyyatımızda yeni mərhələ olması |
| E) | Yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir ədəbi məktəbin bünövrəsinin qoyulması |
| 2) |
"Budur gəldi bahar fəsli,
Dağların lala vaxtıdır.
Açılıbdır qızıl güllər, Bülbülün bala vaxtıdır."
Nümunənin janrını və müəllifini müəyyənləşdirin.
|
Xəta bildir |
| A) | Qoşma, Xəstə Qasım |
| B) | Gəraylı, Aşıq Abbas Tufarqanlı |
| C) | Gəraylı, Sarı Aşıq |
| D) | Qoşma, Aşıq Abbas Tufarqanlı |
| E) | Tıcnis, Xəstə Qasım |
| 3) | Q.Zakir və S.Ə.Nəbati yaradıcılığı üçün ortaq əlamət: | Xəta bildir |
| A) | Həm lirik, həm də epik əsərlərin yazılması |
| B) | Həm klassik poeziya üslubunda, həm də aşıq şeri tərzində şerlərin yazılması |
| C) | Dövrün ictimai eyiblərini tənqid edən satirik şerlərin yazılması |
| D) | İlahi məhəbbət ideyalarının geniş təbliği |
| E) | Təbiət mövzusunda şerlərə geniş yer verilməsi |
| 4) | Aşağıdakı səhnə əsərindən biri C.Məmmədquluzadənin deyil. | Xəta bildir |
| A) | "Dəli yığıncağı" |
| B) | "Dağılan tifaq" |
| C) | "Ölülər" |
| D) | "Kamança" |
| E) | "Çay dəstgahı" |
| 5) | M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanı ilə bağlı fikirlərdən biri səhvdir: | Xəta bildir |
| A) | Baş qəhrəman Səmirə Aydındır. |
| B) | Əsərdə respublikanın o dövrdəki rəhbəri Mollayevin cinayətkar əməlləri tənqid olunur. |
| C) | İnstitut direktoru Səmədov namuslu, vicdanlı ziyalı surətidir. |
| D) | Roman repressiya mövzusuna həsr olunmuşdur. |
| E) | Roman Səmirənin gündəliyi şəklində yazılmışdır. |
| 6) | Bunlardan biri nəzmin əlamətlərindən sayıla bilməz: | Xəta bildir |
| A) | Normal söz sırasına mütləq əməl olunması |
| B) | Ahəng (ritm) |
| C) | Vəzn, qafiyə, janr baxımından müəyyən tələblərə əməl olunması |
| D) | Daha çox emosionallıq |
| E) | Misralarda sözlərin özünəməxsus nizamla düzülməsi |
| 7) |
"Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli,qalalı dağlar."
Bəndin misradaxili bölgüsünü və onda işlənmiş bədii təsvir vasitəsini göstərin.
|
Xəta bildir |
| A) | 6-5, təşbeh |
| B) | 5-6, epitet |
| C) | 5-6, təşbeh |
| D) | 6-5, metafora |
| E) | 4-4-3, metafora |
| 8) |
Beytin müəllifi kimdir?
O qara xalı mənə versələr, qanın içərəm,
Nə üçün mənzil edib arizi-cananımda?
|
Xəta bildir |
| A) | Q.Zakir |
| B) | M.Füzuli |
| C) | İ.Nəsimi |
| D) | S.Ə.Nəbati |
| E) | S.Ə.Şirvani |
| 9) |
Altından xətt çəkilmiş sözlər hansı məna qrupuna daxildir?
Gəncənin bu dağları,
Gül açmış budaqları.
Ölsəm,sinəmdən getməz,
Yarımın bu dağları.
|
Xəta bildir |
| A) | təkmənalı sözdür |
| B) | dialekt sözüdür |
| C) | sinonimdir |
| D) | antonimdir |
| E) | omonimdir |
| 10) | Yazı haqqında səhv fikir hansıdır? | Xəta bildir |
| A) | Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir. |
| B) | Əşyavi yazıdan sonra ideoqrafik yazı meydana çıxmışdır. |
| C) | Yazının ən mükəmməl, ən çevik forması hərfi yazıdır. |
| D) | Sillabik yazı hərfi yazının ilk mərhələsi idi. |
| E) | İnsanların ilk yazılı əlaqəsi əşyalar vasitəsilə olmuşdur. |
| 11) |
"Üstünlük" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin. 1. Sözdə 8 hərf, 8 səs vardır. 2. Deyilişi ilə yazılışı fərqlənmir. 3. [ü] - oncə, dodaqlanan, qapalı saitdir. 4. Sözdəki [s] kar, [t], [x`] kar; [n], [l] cingiltili samitlərdir. 5. Sözdə incə saitərin ahəngi vardır. 6. Vurğusu ikinci hecaya düşür. |
Xəta bildir |
| A) | 2, 3, 6 |
| B) | 3, 4, 5 |
| C) | 1, 4, 5 |
| D) | 1, 3, 5 |
| E) | 2, 5, 6 |
| 12) |
Hansı bənddə qara hərflərlə verilmiş isimlər yiyəlik haldadır? I. Nağılların çox maraqlı idi baba. II. Şəklin arxasında yazı var idi. III. Rəngin niyə ağardı? IV. Nağılın bu yeri qızcığazı qorxutdu. V. Şəklin divarda asılmışdı. |
Xəta bildir |
| A) | III, IV |
| B) | I, V |
| C) | II, IV |
| D) | II, V |
| E) | I, II |
| 13) | Felin təsrifənməyən formalarına aid edilmiş əlamətlərdən biri yalnız feli sifətə aiddir: | Xəta bildir |
| A) | Cümlədə təyin olmaq |
| B) | Növ bildirmək |
| C) | Təsdiq və inkarda olmaq |
| D) | Təsirli və təsirsiz olmaq |
| E) | Ətrafına söz toplaya bilmək. |
| 14) | Nümunələrdən birində cümlə üzvləri arasında tabesizlik əlaqəsi var: | Xəta bildir |
| A) | Evi, eşiyi, həyəti tamam təmizlədi. |
| B) | Gözəl bahar yurdumuza qonaq gəlir. |
| C) | Təzə evimiz kəndin ətəyində yerləşir. |
| D) | Biz onu tapanda artıq gec idi. |
| E) | Zəng vuruldu, müəlim gəldi. |
| 15) | Eyniköklü sözlərin sırasını göstərin. | Xəta bildir |
| A) | yaşıl, yaşıd, yaşmaq |
| B) | yeknəsəq, yekəxana, yekrəng |
| C) | bağban, bağlamaq, bağça |
| D) | dağlı, Dağıstan, dağlıq |
| E) | güləş, güldan, gülüş |
| 16) | "Silahlı əsgərlər kəndin sakit sakinlərinə amansız divan tutdular" cümləsində ədəbi diin hansı norması pozulmuşdur? | Xəta bildir |
| A) | orfoqrafik |
| B) | qrammatik |
| C) | fonetik |
| D) | leksik |
| E) | orfoepik |
| 17) | Cümlələrdən yalnız birində vergül qoyulmasını düzgün hesab etmək olar: | Xəta bildir |
| A) | Təranə, ancaq sənə inanıram. |
| B) | Mənim o, məktubdan xəbərim yoxdur. |
| C) | Bu torpaqda, nar da yaxşı bitir. |
| D) | Halbuki, Vaqif bu işi hamıdan yaxşı bacarırdı. |
| E) | Mən ki, sənin barəndə pis söz deməmişəm. |
| 18) | "Mən əminəm ki, yarışı udacağıq" cümləsinin morfoloji təhlilindəki səhv haradadır? | Xəta bildir |
| A) | mən-şəxs əvəzliyidir. |
| B) | əminəm-feldir, iniki zamandadır. |
| C) | ki-tabelilik bağlayıcısıdır. |
| D) | udacağıq-feldir, qəti-gələcək zamandadır. |
| E) | yarışı-sadə isimdir, təsirlik haldadır. |
| 19) | Səbəb zərfi hansı cümlədədir? | Xəta bildir |
| A) | Soyuq olduğu üçün uşaqlar evə getdilər. |
| B) | Bu güllərin günəşdən qorxusu yoxdur. |
| C) | Dünəndən güclü külək əsir. |
| D) | İstidən hamı bərk tərləmişdi. |
| E) | Uşaqdan ötrü yamanca darıxıram. |
| 20) | "Mən səni necə inandırımki yanlış yol tutmuşsan?" tabeli mürəkkəb cümləsinin növünü müəyyənləşdirin. | Xəta bildir |
| A) | xəbər budaq cümləli |
| B) | tərzi-hərəkət budaq cümləli |
| C) | şərt budaq cümləli |
| D) | tamamlı budaq cümləli |
| E) | təyin budaq cümləli |
|
Yoxlamadan sonra nəticə burada göstəriləcək
|