Tapılan ümumi test sayı : 27

Epitet hansı nümunələrdədir?
I. Xəzərim! Firuzə gözlü Xəzərim!
II. Tuti dilli, sərv boylu Salatın.
III. Tərləyir Qafqazın qarlı dağları.
IV. Dodağın qönçədir, dişlərin inci.
V. Almadı yanağın, büllur buxağın.
A) IV, V
B) I, III
C) II, IV
D) III, IV
E) I, II
Mənbələrdə Nizami Gəncəvinin qardaşı kimi ehtimal olunan şair kimdir?
A) Qivami Mütərrizi
B) Xətib Təbrizi
C) Mücirəddin Beyləqani
D) Əbül-üla Gəncəvi
E) İzəddin Fələki Şirvani
N.Nərimanovun "Nadir şah" faciəsi haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əsərdə Nadirin yalnız şahlıq dövrü fəaliyyəti təsvir olunur.
B) Əsərin qəhrəmanı Nadir şah dövlətin inkişafı üçün bir sıra islahatlar həyata keçirmək istəyir.
C) Əsərdə Nadir şahın faciəsi mütləq monarxiya idarə sistemində şahın faciəsi kimi göstərilir.
D) Yüksək ideyasına görə çar hökumətini qorxutmuş və 1905-ci ilə qədər onun tamaşaya qoyulmsına icazə verilməmişdi.
E) Azərbaycan dramaturgiyasında ilk tarixi faciədir.
C.Cabbarlının hansı əsərlərinin mövzusu Türkiyə həyatından götürülmüşdür?
A) "Solğun çiçəklər", "Nəsrəddin şah"
B) "1905-ci ildə", "Dönüş"
C) "Vəfalı Səriyyə", "Aslan və Fərhad"
D) "Aydın", "Od gəlini"
E) "Ulduz", "Ədirnə fəthi"
Bu janrlardan biri heca janrında yazılmır:
A) tuyuq
B) layla
C) qoşma
D) gəraylı
E) holavar
XIX əsrin I yarısında bunlardan hansılar olmuşdur?
1. "Aldanmış kəvakib" povesti yazılmışdır.
2. M.F.Axundzadə anadan olmuşdur.
3. "Əkinçi" qəzeti nəşrə buraxılmışdır.
4. Poeziyamızda tənqidi satirik cərəyanın əsası qoyulmuşdur.
5. Azərbaycan milli teatrının  bünövrəsi qoyulmuşdur.
6. "Divani-hikmət" ədəbi məclisi Tiflisdə fəaliyyətə başlamışdır.
A) 2, 4, 5
B) 2, 4, 6
C) 1, 3, 5
D) 1, 2, 3
E) 1, 4, 6
N.Vəzirov "Pəhləvani-zəmanə" əsəri ilə ədəbiyyatımıza hansı yeniliyi gətirmişdir?
A) Ədəbiyyatımıza zəhmətkeş kəndli obrazının gətiriməsi
B) Azərbaycan bəylərinin varlanmaq ehtirasının tənqidi
C) Tipik Azərbaycan maarifçi obrazının yaradılması
D) Dramaturgiyamızda burjua mühitinin təsvir və tənqidi
E) bakı neftinin dünya bazarlarına çıxarılmasının təsviri
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) əməyə bağlılıq
B) düşmənə heç vaxt aman verilməməsi
C) rəhmdillik
D) yüksək səmimiyyət, səxavət
E) vətən, yurd sevgisi
"İşıqlı" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənmir
2. iki kar, bir cingiltili samit işlənib
3. vurğusu ikinci hecaya düşür
4. ahəng qanunu pozulmuşdur
5. sözdə yalnız qapalı saitlər işlənib
6. sözdəki [ş] kar, [q] və [l] cingiltili samitlərdir
A) 1, 3, 5
B) 1, 2, 6
C) 1, 3, 4
D) 2, 4, 6
E) 2, 4, 5
Bu sözlərdən biri xüsusi isim kimi də işlədilə bilər:
A) yarpaq
B) bıçaq
C) çiçək
D) qoçaq
E) yataq
Hansı bənddəki sözlər flektiv dil tipinə aiddir?
A) dil, dilçi, dilli
B) qaç, qaçaq, qaçqın
C) yaz, yazı, yazıçı
D) hökm, hakim, məhkəmə
E) böyük, böyüdücü, böyüklük
Hansı cümlədə tərzi-hərəkət zərfliyi var?
A) O, əsəblərini sakitləşdirmək üçün gəzindi.
B) Muğan düzündəki kiçik bir kəndə çatdıq.
C) Əvvəlcə bu şəkilləri evimizdə divardan asırdım.
D) Pis günlər bir gecənin yuxusu kimi unuduldu.
E) Qərargahda üç gənc əsgər xidmət edirdi.
"Söykənmək" felinin aşağıdakı formalarından hansının yazılışı düzgün tələffüzdən fərqlənir?
A) söyləmişəm
B) söyləyəcəyəm
C) söyləmişdim
D) söylədim
E) söylərəm
Yalnız açıq saitlərdən ibarət sözlər cərgəsini göstərin:
A) polad, ağac, dadlı
B) boran, dərə, hünər
C) çiçək, dəmir, külək
D) ildırım, Füzuli, dirrik
E) kölgə, ovlaq, meşə
Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Qapıdan çıxanda qoca kədərli bir səslə Dədə-babalarımızın öz qanunları vardı dedi (Durğu işarələri buraxılmışdır).
A) M: "V!"
B) M: "V", - m
C) "V, -, -v"
D) M: "V!" - m
E) "V", - m
Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti:
A) nitqin dəqiqliyi
B) nitqin düzgünlüyü
C) nitqn sərbəstliyi
D) nitqin elmiliyi
E) nitqin ifadəliliyi
Hansı cümlədə ədat işlədilib?
A) Uzaqdan qırmızı kirəmitli evlər görünür.
B) Məsləhətdir ki, onu görəsən.
C) Həyətdəki səliqə-sahman diqqəti cəlb edirdi.
D) Onlar məsələdən xəbərdar deyillərki?..
E) Təzə nə xəbər var, Mirzə?
Tabesiz mürəkkəb cümlələr hansılardır?
1. Atam vaxtında gəlib çatdı, ancaq lazım olan şeyləri gətirmədi.
2. Uşaq lap az gecikmişdi, ancaq qapıçı onu içəri buraxmadı.
3. Nəriman vaxtında gəlmişdi, ancaq sənətləri unutmuşdu.
4. Bu sözləri nə sən demisən, nə mən eşitmişəm.
5. Nə demişdinizsə, hamısını onlara çatdırdıq.
6. Uşaq büdrəyib yıxıdı, ancaq tez də ayağa qalxdı.
A) 4, 6
B) 2, 4
C) 2, 5
D) 1, 5
E) 1, 3
Mühüm huquqi məzmuna malik olub, eyni zamanda tarixi əhəmiyyət daşıyır:
A) elmi əsərlərin dili
B) bədii əsərlərin dili
C) işgüzar sənədlərin dili
D) rəsmi sənədlərin dili
E) publisistik əsərlərin dili
Verilmiş misraların hansında "istək" sözünün sinonimi işlənmişdir?
1) Bu məktubun hər sətrində
2) Ürək çırpınır.
3) Böyük arzu, böyük əməl
4) Dilək çırpınır.
A) 1, 2
B) 2, 3
C) hamısında
D) 3, 4
E) 2, 3, 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top