Tapılan ümumi test sayı : 27

Epitet hansı nümunələrdədir?
I. Xəzərim! Firuzə gözlü Xəzərim!
II. Tuti dilli, sərv boylu Salatın.
III. Tərləyir Qafqazın qarlı dağları.
IV. Dodağın qönçədir, dişlərin inci.
V. Almadı yanağın, büllur buxağın.
A) III, IV
B) I, III
C) IV, V
D) I, II
E) II, IV
Mənbələrdə Nizami Gəncəvinin qardaşı kimi ehtimal olunan şair kimdir?
A) Xətib Təbrizi
B) Əbül-üla Gəncəvi
C) Qivami Mütərrizi
D) Mücirəddin Beyləqani
E) İzəddin Fələki Şirvani
N.Nərimanovun "Nadir şah" faciəsi haqqındakı fikirlərdən biri yanlışdır:
A) Yüksək ideyasına görə çar hökumətini qorxutmuş və 1905-ci ilə qədər onun tamaşaya qoyulmsına icazə verilməmişdi.
B) Azərbaycan dramaturgiyasında ilk tarixi faciədir.
C) Əsərdə Nadir şahın faciəsi mütləq monarxiya idarə sistemində şahın faciəsi kimi göstərilir.
D) Əsərdə Nadirin yalnız şahlıq dövrü fəaliyyəti təsvir olunur.
E) Əsərin qəhrəmanı Nadir şah dövlətin inkişafı üçün bir sıra islahatlar həyata keçirmək istəyir.
C.Cabbarlının hansı əsərlərinin mövzusu Türkiyə həyatından götürülmüşdür?
A) "Ulduz", "Ədirnə fəthi"
B) "Vəfalı Səriyyə", "Aslan və Fərhad"
C) "Solğun çiçəklər", "Nəsrəddin şah"
D) "1905-ci ildə", "Dönüş"
E) "Aydın", "Od gəlini"
Bu janrlardan biri heca janrında yazılmır:
A) holavar
B) tuyuq
C) gəraylı
D) qoşma
E) layla
XIX əsrin I yarısında bunlardan hansılar olmuşdur?
1. "Aldanmış kəvakib" povesti yazılmışdır.
2. M.F.Axundzadə anadan olmuşdur.
3. "Əkinçi" qəzeti nəşrə buraxılmışdır.
4. Poeziyamızda tənqidi satirik cərəyanın əsası qoyulmuşdur.
5. Azərbaycan milli teatrının  bünövrəsi qoyulmuşdur.
6. "Divani-hikmət" ədəbi məclisi Tiflisdə fəaliyyətə başlamışdır.
A) 2, 4, 5
B) 1, 3, 5
C) 1, 2, 3
D) 2, 4, 6
E) 1, 4, 6
N.Vəzirov "Pəhləvani-zəmanə" əsəri ilə ədəbiyyatımıza hansı yeniliyi gətirmişdir?
A) Tipik Azərbaycan maarifçi obrazının yaradılması
B) Dramaturgiyamızda burjua mühitinin təsvir və tənqidi
C) Ədəbiyyatımıza zəhmətkeş kəndli obrazının gətiriməsi
D) Azərbaycan bəylərinin varlanmaq ehtirasının tənqidi
E) bakı neftinin dünya bazarlarına çıxarılmasının təsviri
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) düşmənə heç vaxt aman verilməməsi
B) əməyə bağlılıq
C) yüksək səmimiyyət, səxavət
D) vətən, yurd sevgisi
E) rəhmdillik
"İşıqlı" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənmir
2. iki kar, bir cingiltili samit işlənib
3. vurğusu ikinci hecaya düşür
4. ahəng qanunu pozulmuşdur
5. sözdə yalnız qapalı saitlər işlənib
6. sözdəki [ş] kar, [q] və [l] cingiltili samitlərdir
A) 2, 4, 6
B) 2, 4, 5
C) 1, 2, 6
D) 1, 3, 5
E) 1, 3, 4
Bu sözlərdən biri xüsusi isim kimi də işlədilə bilər:
A) qoçaq
B) yataq
C) bıçaq
D) çiçək
E) yarpaq
Hansı bənddəki sözlər flektiv dil tipinə aiddir?
A) hökm, hakim, məhkəmə
B) qaç, qaçaq, qaçqın
C) dil, dilçi, dilli
D) böyük, böyüdücü, böyüklük
E) yaz, yazı, yazıçı
Hansı cümlədə tərzi-hərəkət zərfliyi var?
A) O, əsəblərini sakitləşdirmək üçün gəzindi.
B) Əvvəlcə bu şəkilləri evimizdə divardan asırdım.
C) Pis günlər bir gecənin yuxusu kimi unuduldu.
D) Qərargahda üç gənc əsgər xidmət edirdi.
E) Muğan düzündəki kiçik bir kəndə çatdıq.
"Söykənmək" felinin aşağıdakı formalarından hansının yazılışı düzgün tələffüzdən fərqlənir?
A) söyləyəcəyəm
B) söyləmişdim
C) söylərəm
D) söyləmişəm
E) söylədim
Yalnız açıq saitlərdən ibarət sözlər cərgəsini göstərin:
A) boran, dərə, hünər
B) polad, ağac, dadlı
C) ildırım, Füzuli, dirrik
D) çiçək, dəmir, külək
E) kölgə, ovlaq, meşə
Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Qapıdan çıxanda qoca kədərli bir səslə Dədə-babalarımızın öz qanunları vardı dedi (Durğu işarələri buraxılmışdır).
A) M: "V!"
B) M: "V", - m
C) M: "V!" - m
D) "V", - m
E) "V, -, -v"
Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti:
A) nitqin dəqiqliyi
B) nitqin düzgünlüyü
C) nitqin ifadəliliyi
D) nitqin elmiliyi
E) nitqn sərbəstliyi
Hansı cümlədə ədat işlədilib?
A) Onlar məsələdən xəbərdar deyillərki?..
B) Təzə nə xəbər var, Mirzə?
C) Məsləhətdir ki, onu görəsən.
D) Uzaqdan qırmızı kirəmitli evlər görünür.
E) Həyətdəki səliqə-sahman diqqəti cəlb edirdi.
Tabesiz mürəkkəb cümlələr hansılardır?
1. Atam vaxtında gəlib çatdı, ancaq lazım olan şeyləri gətirmədi.
2. Uşaq lap az gecikmişdi, ancaq qapıçı onu içəri buraxmadı.
3. Nəriman vaxtında gəlmişdi, ancaq sənətləri unutmuşdu.
4. Bu sözləri nə sən demisən, nə mən eşitmişəm.
5. Nə demişdinizsə, hamısını onlara çatdırdıq.
6. Uşaq büdrəyib yıxıdı, ancaq tez də ayağa qalxdı.
A) 1, 5
B) 2, 5
C) 1, 3
D) 2, 4
E) 4, 6
Mühüm huquqi məzmuna malik olub, eyni zamanda tarixi əhəmiyyət daşıyır:
A) elmi əsərlərin dili
B) publisistik əsərlərin dili
C) rəsmi sənədlərin dili
D) işgüzar sənədlərin dili
E) bədii əsərlərin dili
Verilmiş misraların hansında "istək" sözünün sinonimi işlənmişdir?
1) Bu məktubun hər sətrində
2) Ürək çırpınır.
3) Böyük arzu, böyük əməl
4) Dilək çırpınır.
A) 2, 3, 4
B) hamısında
C) 2, 3
D) 1, 2
E) 3, 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top