Tapılan ümumi test sayı : 27

Hansı cərgə yalnız terminlərdən ibarətdir?
A) karikatura, portret, akvarel, not
B) saat, lüğət, zərf, sənət
C) lampa, becid, yelpənək, əriştə
D) məhrəba, mişar, süita, neft
E) dəniz, ixtisas, həyat, namərd
Bir cür yazılan şəkilçini göstərin:
A) -daş
B) ımız
C) -lar
D) -ıl
E) -ın
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi aşağıdakılardan hansı ilə ifadə oluna bilmir.
A) isim
B) əvəzlik
C) feli sifət
D) feli bağlama
E) say
"Lövhə tərtəmiz silinmişdi" cümləsində altından xətt çəkilmiş sözün morfoloji təhlilində səhv haradadır?
A) düzəltmə feldir, təsdiqdədir
B) nəqli keçmiş zamanın hekayəsindədir
C) məchul növdədir
D) -di şəxs şəkilçisidir
E) təsirsiz feldir
Say hansı nitq hissəsini izah edir?
A) əvəzliyi
B) ismi
C) sifəti
D) zərfliyi
E) feli
"-ası2" şəkilçisi aşağıdakılardan hansıların yaranmasında iştirak edir?
A) Felin vacib şəkli və feli sifət
B) Felin lazım şəkli və feli sifət
C) Feli sifət və feli bağlama
D) Felin lazım və şərt şəkilləri
E) Felin lazım şəkli və feli bağlama
"Yay isti keçdiyindən anam təkid edirdi ki, biz də yaylağa gedək" tabeli mürəkkəb cümləsinin növünü müəyyən edin:
A) tamamlıq budaq cümləli
B) zaman budaq cümləli
C) məqsəd budaq cümləli
D) təyin budaq cümləli
E) səbəb budaq cümləli
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top