Tapılan ümumi test sayı : 27

Epitet hansı nümunələrdədir?
I. Xəzərim! Firuzə gözlü Xəzərim!
II. Tuti dilli, sərv boylu Salatın.
III. Tərləyir Qafqazın qarlı dağları.
IV. Dodağın qönçədir, dişlərin inci.
V. Almadı yanağın, büllur buxağın.
A) IV, V
B) II, IV
C) I, III
D) I, II
E) III, IV
Mənbələrdə Nizami Gəncəvinin qardaşı kimi ehtimal olunan şair kimdir?
A) Əbül-üla Gəncəvi
B) Mücirəddin Beyləqani
C) Qivami Mütərrizi
D) İzəddin Fələki Şirvani
E) Xətib Təbrizi
N.Nərimanovun "Nadir şah" faciəsi haqqındakı fikirlərdən biri yanlışdır:
A) Əsərdə Nadir şahın faciəsi mütləq monarxiya idarə sistemində şahın faciəsi kimi göstərilir.
B) Yüksək ideyasına görə çar hökumətini qorxutmuş və 1905-ci ilə qədər onun tamaşaya qoyulmsına icazə verilməmişdi.
C) Azərbaycan dramaturgiyasında ilk tarixi faciədir.
D) Əsərin qəhrəmanı Nadir şah dövlətin inkişafı üçün bir sıra islahatlar həyata keçirmək istəyir.
E) Əsərdə Nadirin yalnız şahlıq dövrü fəaliyyəti təsvir olunur.
C.Cabbarlının hansı əsərlərinin mövzusu Türkiyə həyatından götürülmüşdür?
A) "1905-ci ildə", "Dönüş"
B) "Ulduz", "Ədirnə fəthi"
C) "Aydın", "Od gəlini"
D) "Solğun çiçəklər", "Nəsrəddin şah"
E) "Vəfalı Səriyyə", "Aslan və Fərhad"
Bu janrlardan biri heca janrında yazılmır:
A) gəraylı
B) tuyuq
C) qoşma
D) holavar
E) layla
XIX əsrin I yarısında bunlardan hansılar olmuşdur?
1. "Aldanmış kəvakib" povesti yazılmışdır.
2. M.F.Axundzadə anadan olmuşdur.
3. "Əkinçi" qəzeti nəşrə buraxılmışdır.
4. Poeziyamızda tənqidi satirik cərəyanın əsası qoyulmuşdur.
5. Azərbaycan milli teatrının  bünövrəsi qoyulmuşdur.
6. "Divani-hikmət" ədəbi məclisi Tiflisdə fəaliyyətə başlamışdır.
A) 1, 2, 3
B) 2, 4, 6
C) 2, 4, 5
D) 1, 3, 5
E) 1, 4, 6
N.Vəzirov "Pəhləvani-zəmanə" əsəri ilə ədəbiyyatımıza hansı yeniliyi gətirmişdir?
A) Azərbaycan bəylərinin varlanmaq ehtirasının tənqidi
B) Dramaturgiyamızda burjua mühitinin təsvir və tənqidi
C) Tipik Azərbaycan maarifçi obrazının yaradılması
D) Ədəbiyyatımıza zəhmətkeş kəndli obrazının gətiriməsi
E) bakı neftinin dünya bazarlarına çıxarılmasının təsviri
"Kitabi-Dədə Qorqud" dastanında oğuz igidlərini birləşdirən əsas cəhət:
A) rəhmdillik
B) əməyə bağlılıq
C) yüksək səmimiyyət, səxavət
D) düşmənə heç vaxt aman verilməməsi
E) vətən, yurd sevgisi
"İşıqlı" sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənmir
2. iki kar, bir cingiltili samit işlənib
3. vurğusu ikinci hecaya düşür
4. ahəng qanunu pozulmuşdur
5. sözdə yalnız qapalı saitlər işlənib
6. sözdəki [ş] kar, [q] və [l] cingiltili samitlərdir
A) 2, 4, 5
B) 2, 4, 6
C) 1, 3, 4
D) 1, 2, 6
E) 1, 3, 5
Bu sözlərdən biri xüsusi isim kimi də işlədilə bilər:
A) yarpaq
B) bıçaq
C) çiçək
D) qoçaq
E) yataq
Hansı bənddəki sözlər flektiv dil tipinə aiddir?
A) hökm, hakim, məhkəmə
B) yaz, yazı, yazıçı
C) qaç, qaçaq, qaçqın
D) dil, dilçi, dilli
E) böyük, böyüdücü, böyüklük
Hansı cümlədə tərzi-hərəkət zərfliyi var?
A) O, əsəblərini sakitləşdirmək üçün gəzindi.
B) Əvvəlcə bu şəkilləri evimizdə divardan asırdım.
C) Pis günlər bir gecənin yuxusu kimi unuduldu.
D) Muğan düzündəki kiçik bir kəndə çatdıq.
E) Qərargahda üç gənc əsgər xidmət edirdi.
"Söykənmək" felinin aşağıdakı formalarından hansının yazılışı düzgün tələffüzdən fərqlənir?
A) söylərəm
B) söylədim
C) söyləyəcəyəm
D) söyləmişəm
E) söyləmişdim
Yalnız açıq saitlərdən ibarət sözlər cərgəsini göstərin:
A) kölgə, ovlaq, meşə
B) çiçək, dəmir, külək
C) boran, dərə, hünər
D) polad, ağac, dadlı
E) ildırım, Füzuli, dirrik
Tərkibində vasitəsiz nitq olan aşağıdakı cümlə hansı sxemə uyğun gəlir?
Qapıdan çıxanda qoca kədərli bir səslə Dədə-babalarımızın öz qanunları vardı dedi (Durğu işarələri buraxılmışdır).
A) M: "V!"
B) M: "V", - m
C) "V, -, -v"
D) M: "V!" - m
E) "V", - m
Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti:
A) nitqin düzgünlüyü
B) nitqin dəqiqliyi
C) nitqin elmiliyi
D) nitqin ifadəliliyi
E) nitqn sərbəstliyi
Hansı cümlədə ədat işlədilib?
A) Onlar məsələdən xəbərdar deyillərki?..
B) Məsləhətdir ki, onu görəsən.
C) Uzaqdan qırmızı kirəmitli evlər görünür.
D) Həyətdəki səliqə-sahman diqqəti cəlb edirdi.
E) Təzə nə xəbər var, Mirzə?
Tabesiz mürəkkəb cümlələr hansılardır?
1. Atam vaxtında gəlib çatdı, ancaq lazım olan şeyləri gətirmədi.
2. Uşaq lap az gecikmişdi, ancaq qapıçı onu içəri buraxmadı.
3. Nəriman vaxtında gəlmişdi, ancaq sənətləri unutmuşdu.
4. Bu sözləri nə sən demisən, nə mən eşitmişəm.
5. Nə demişdinizsə, hamısını onlara çatdırdıq.
6. Uşaq büdrəyib yıxıdı, ancaq tez də ayağa qalxdı.
A) 4, 6
B) 1, 5
C) 2, 4
D) 1, 3
E) 2, 5
Mühüm huquqi məzmuna malik olub, eyni zamanda tarixi əhəmiyyət daşıyır:
A) işgüzar sənədlərin dili
B) elmi əsərlərin dili
C) rəsmi sənədlərin dili
D) bədii əsərlərin dili
E) publisistik əsərlərin dili
Verilmiş misraların hansında "istək" sözünün sinonimi işlənmişdir?
1) Bu məktubun hər sətrində
2) Ürək çırpınır.
3) Böyük arzu, böyük əməl
4) Dilək çırpınır.
A) 2, 3, 4
B) 3, 4
C) 1, 2
D) 2, 3
E) hamısında
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top