Tapılan ümumi test sayı : 20

Epik əsər yazmış sənəkarları göstərin:
I. Qazi Bürhanəddin
II. Arif Ərdəbili
III. İmadəddin Nəsimi
IV. Şah İsmayıl Xətai
A) III,  IV
B) II, III
C) I, III
D) I, II
E) II, IV
M.P.Vaqif və Q.Zakir yaradıcılığı üçün ortaq cəhətlər:
1. Həm lirik, həm də epik əsərlərin yazılması.
2. İctimai motivli satirik şerlərin yazılması.
3. Həm əruz, həm də heca vəznində satirik şerlərin yazılması.
4. Məhəbbətin və real gözəlliyin tərənnümü.
5. Həm nəzmlə, həm də nəsrlə  əsərlərin yazılması.
A) 4, 5
B) 3, 4
C) 1, 2, 4
D) 2, 4, 5
E) 1, 3
"Kitabi-Dədə Qorqud" dastanından götürülmüş aşağıdakı parçada hansı obrazdan bəhs olunur?
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi ... oğuz qövmünün müşkülünü həll edərdi. Hər nə iş olsa ... danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi."
A) Dirsə xan
B) Qazan xan
C) Bayandır xan
D) Beyrək
E) Dədə Qorqud
"Füyuzat" jurnalının redaktoru:
A) Əli bəy Hüseynzadə
B) Həsən bəy Zərdabi
C) Məhəmməd Hadi
D) Ömər Faiq Nemanzadə
E) Əhməd bəy Ağaoğlu
Məsnəvi formasında yazılmış bu əsərin mərkəzində Tülkü surəti dayanır:
A) S.Ə.Şirvani. "Aslan və iki öküz"
B) A.Bakıxanov. "Mişkatül-ənvar"
C) M.B.Xalxali. "Sələbiyyə"
D) M.Füzuli. "Söhbətül-əsmar"
E) B.Şirvani. "Töhfətül-əhbab"
"Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana ceyran?" -   misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
A) epitet
B) mübaliğə
C) təşbeh
D) metafora
E) metonimiya
"Səmirə bəziləri kimi qorxaq deyil" cümləsində əvəzliyin hansı növü işlənmişdir?
A) təyini
B) qeyri-müəyyən
C) şəxs
D) işarə
E) qayıdış
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) bədii
B) rəsmi-işgüzar
C) məişət
D) elmi
E) publisistik
"Yandırılacaq" sözünün çorfoloji təhlilində  buraxılmış səhvi göstərin:
A) -ıl   məchul növ şəkilçisidir.
B) -dır  icbar növün şəkilçisidir.
C) -acaq  qəti gəəcək zaman şəkilçisidir.
D) Yan   feli sözün köküdür.
E) Düzəltmə feldir, nə edəcəkdir? sualına cavab verir.
Göstərilən xüsusiyyətlərdən biri feli bağlamaya aid edilə bilməz:
A) Ətrafına söz toplaya bilir.
B) Məchul, qayıdış, icbar və sair növlərdə işlənir.
C) Təsirli və təsirsiz olur.
D) Təsdiq və inkarda olur.
E) Zamana görə dəyişir?
"Bu da bir həqiqətdir ki, Azərbaycanın minillik tarixi üzrə ilk araşdırmalar əsas etibarilə əsrimizin ortalarından aparılmağa başlanmışdır" tabeli mürəkkəb cümlədə hansı sintaktik vəzifəni daşıyır?
A) xəbər
B) tamamlıq
C) təyin
D) mübtəda
E) zaman zərfliyi
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!"nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) görüşmə
B) ayrılma
C) müraciət
D) alqış
E) təbrik
Mürəkkəb sözü göstərin:
A) boşqab
B) ağ daş
C) dərs oxumaq
D) Gəncə şəhəri
E) günə baxan
"O" əəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı vəziyyətdə doğru deyil?
A) O, 19-cu dəstənin fəxridir.
B) O, sirri yenə də gizli saxladı.
C) O, səyahətdən yorulmayıb.
D) O, oxumalı idi.
E) O, məğrur bir vəziyyət aldı.
"Bizcə bu işdə çətinlik olmayacaq" cümləsindəki ara sözün bildirdiyi məna:
A) təəssüf
B) yəqinlik
C) nitqin hissələri arsında əlaqə
D) güman və şübhə
E) məlumatın mənbəyi
"Doğru" sözünün qoşma vəzifəsində işləndiyi cümləni göstərin:
A) Doğruya zaval yoxdur, çəksələr min divana.
B) Doğru söz acı olar, nəticəsi şirin.
C) Uşaq anasına doğru can atırdı.
D) Könül, doğru yoldan gəl olma kənar.
E) Doğru büdrəyər, amma yıxılmaz.
Tabe tərəfi düzəltmə sifət olan I növ təyini söz birləşməsini göstərin:
A) ipək köynək
B) həmin tapşırıq
C) çoxlu məsələ
D) Təcrübəli bağban
E) şirindil uşaq
Hansı sözdə ahəng qanunu pozulmuşdur?
A) hərəkətsizlik
B) gətirdilər
C) məktəblilər
D) idarə
E) ovçuluq
Hansı fikir səhvdir?
A) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
B) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
C) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
D) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
E) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
"Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı" nümunəsindəki ara sözün bildirdiyi məna:
A) məlumatın mənbəyi
B) təəssüf
C) nitqin hissələri arasında əlaqə
D) yəqinlik
E) güman və şübhə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top