Tapılan ümumi test sayı : 20

Epik əsər yazmış sənəkarları göstərin:
I. Qazi Bürhanəddin
II. Arif Ərdəbili
III. İmadəddin Nəsimi
IV. Şah İsmayıl Xətai
A) I, III
B) III,  IV
C) II, III
D) I, II
E) II, IV
M.P.Vaqif və Q.Zakir yaradıcılığı üçün ortaq cəhətlər:
1. Həm lirik, həm də epik əsərlərin yazılması.
2. İctimai motivli satirik şerlərin yazılması.
3. Həm əruz, həm də heca vəznində satirik şerlərin yazılması.
4. Məhəbbətin və real gözəlliyin tərənnümü.
5. Həm nəzmlə, həm də nəsrlə  əsərlərin yazılması.
A) 4, 5
B) 1, 3
C) 1, 2, 4
D) 2, 4, 5
E) 3, 4
"Kitabi-Dədə Qorqud" dastanından götürülmüş aşağıdakı parçada hansı obrazdan bəhs olunur?
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi ... oğuz qövmünün müşkülünü həll edərdi. Hər nə iş olsa ... danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi."
A) Qazan xan
B) Bayandır xan
C) Dirsə xan
D) Beyrək
E) Dədə Qorqud
"Füyuzat" jurnalının redaktoru:
A) Əli bəy Hüseynzadə
B) Həsən bəy Zərdabi
C) Ömər Faiq Nemanzadə
D) Məhəmməd Hadi
E) Əhməd bəy Ağaoğlu
Məsnəvi formasında yazılmış bu əsərin mərkəzində Tülkü surəti dayanır:
A) A.Bakıxanov. "Mişkatül-ənvar"
B) M.B.Xalxali. "Sələbiyyə"
C) M.Füzuli. "Söhbətül-əsmar"
D) B.Şirvani. "Töhfətül-əhbab"
E) S.Ə.Şirvani. "Aslan və iki öküz"
"Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana ceyran?" -   misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
A) epitet
B) metafora
C) mübaliğə
D) təşbeh
E) metonimiya
"Səmirə bəziləri kimi qorxaq deyil" cümləsində əvəzliyin hansı növü işlənmişdir?
A) şəxs
B) işarə
C) qayıdış
D) təyini
E) qeyri-müəyyən
Sözün poetik funksiyası ən çox hansı üslubda özünü göstərir?
A) publisistik
B) elmi
C) məişət
D) rəsmi-işgüzar
E) bədii
"Yandırılacaq" sözünün çorfoloji təhlilində  buraxılmış səhvi göstərin:
A) -dır  icbar növün şəkilçisidir.
B) -acaq  qəti gəəcək zaman şəkilçisidir.
C) -ıl   məchul növ şəkilçisidir.
D) Yan   feli sözün köküdür.
E) Düzəltmə feldir, nə edəcəkdir? sualına cavab verir.
Göstərilən xüsusiyyətlərdən biri feli bağlamaya aid edilə bilməz:
A) Məchul, qayıdış, icbar və sair növlərdə işlənir.
B) Zamana görə dəyişir?
C) Təsdiq və inkarda olur.
D) Ətrafına söz toplaya bilir.
E) Təsirli və təsirsiz olur.
"Bu da bir həqiqətdir ki, Azərbaycanın minillik tarixi üzrə ilk araşdırmalar əsas etibarilə əsrimizin ortalarından aparılmağa başlanmışdır" tabeli mürəkkəb cümlədə hansı sintaktik vəzifəni daşıyır?
A) xəbər
B) zaman zərfliyi
C) tamamlıq
D) mübtəda
E) təyin
"Ömrün uzun olsun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!"nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) təbrik
B) ayrılma
C) görüşmə
D) alqış
E) müraciət
Mürəkkəb sözü göstərin:
A) dərs oxumaq
B) günə baxan
C) ağ daş
D) Gəncə şəhəri
E) boşqab
"O" əəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı vəziyyətdə doğru deyil?
A) O, sirri yenə də gizli saxladı.
B) O, oxumalı idi.
C) O, 19-cu dəstənin fəxridir.
D) O, səyahətdən yorulmayıb.
E) O, məğrur bir vəziyyət aldı.
"Bizcə bu işdə çətinlik olmayacaq" cümləsindəki ara sözün bildirdiyi məna:
A) təəssüf
B) məlumatın mənbəyi
C) nitqin hissələri arsında əlaqə
D) güman və şübhə
E) yəqinlik
"Doğru" sözünün qoşma vəzifəsində işləndiyi cümləni göstərin:
A) Könül, doğru yoldan gəl olma kənar.
B) Doğru söz acı olar, nəticəsi şirin.
C) Uşaq anasına doğru can atırdı.
D) Doğruya zaval yoxdur, çəksələr min divana.
E) Doğru büdrəyər, amma yıxılmaz.
Tabe tərəfi düzəltmə sifət olan I növ təyini söz birləşməsini göstərin:
A) Təcrübəli bağban
B) ipək köynək
C) həmin tapşırıq
D) şirindil uşaq
E) çoxlu məsələ
Hansı sözdə ahəng qanunu pozulmuşdur?
A) məktəblilər
B) hərəkətsizlik
C) gətirdilər
D) idarə
E) ovçuluq
Hansı fikir səhvdir?
A) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
B) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
C) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
D) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
E) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
"Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı" nümunəsindəki ara sözün bildirdiyi məna:
A) güman və şübhə
B) təəssüf
C) yəqinlik
D) məlumatın mənbəyi
E) nitqin hissələri arasında əlaqə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top