Tapılan ümumi test sayı : 28

"...Millətin dilini bilməmiş onun dərdinə dava etmək çətindir".
N.Nərimanovun bu sözləri ilə C.Məmmədquluzadənin   əsərlərindən birinin əsas ideyasını ifadə etmək mümkündür:
A) "Poçt qutusu"
B) "Danabaş kəndinin əhvalatları"
C) "Usta Zeynal"
D) "Ölülər"
E) "Dəli yığıncağı"
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Şah Abbas, Yusif Sərrac
B) Sərdar Zaman xan, Mirzə Sədrəddin
C) Mirzə Möhsün, Mirzə Yəhya
D) Axund Səməd, Mövlana Cəmaləddin
E) Şah Abbas, Axund Səməd
"Göydən yer üzünə nurlar tökülür,
Zəmilər, tarlalar üzümə gülür". (S.Vurğun)
Nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) epitet
B) metafora
C) təşbeh
D) təzad
E) metonimiya
Biri mənzum dramdır:
A) "Müsibəti-Fəxrəddin"
B) "Oqtay Eloğlu"
C) "Nadir şah"
D) "Vaqif"
E) "Hacı Qara"
C.Cabbarlının hansı əsərində Oqtay Eloğlunun idealı davam etdirilir?
A) "Dönüş"
B) "Almaz"
C) "Yaşar"
D) "Od gəlini"
E) "Sevil"
Bu əsərlərdən biri M.Füzulinin "Leyli və Məcnun" poemasının təsiri ilə yazılmışdır:
A) Abbasqulu ağa Bakıxanov. "Mişkatül-ənvar"
B) "Dastani - Əhməd Hərami"
C) Məsihi. "Vərqa və Gülşa"
D) Əssar Təbrizi, "Mehr və Müştəri"
E) Həqiri Təbrizi. "Leyli və Məcnun"
Məhsəti Gəncəvinin rübailərinin əsas məzmunu:
A) məhəbbət, gözəllik və sadə peşə sahiblərinin tərənnümü
B) ayrılıqdan doğan kədər və bədbinlik
C) tarixi hadisələrin epik təsiri
D) mədhiyyətçilik
E) zəmanə hökmdarlarının tənqidi
Biri Q.Zakirin ictimai məzmunlu lirik şerlərinə daxil deyil:
A) "Dost yolu bağlandı, ümid kəsildi"
B) "Gözüm yolda qaldı, könül intizar"
C) "Durnalar"
D) "Badi-səba, söylə mənim yarıma"
E) "Eylər"
Şifahi xalq ədəbiyyatına aid edilən əlamətlərdən biri səhvdir:
A) Yalnız lirik və epik janrları olur.
B) Şifahi şəkildə yaranır və inkişaf edir.
C) Çoxvariantlı ədəbiyyatdır.
D) Ümumxalq təfəkkürünün məhsuludur.
E) Özünəməxsus janr və dil-ifadə xüsusiyyətləri vardır.
Şah İsmayıl Xətai haqqındakı fikirlərdən biri yanlışdır:
A) "Dəhnamə" əsərinin müəllifidir.
B) Nəsr əsərləri də vardır.
C) Həm əruz, həm də heca vznində şerlər yazıb.
D) Ana dilində yazdığı divanı dövrümüzə qədər gəlib çatmışdır.
E) Lirik və epik əsərləri vardır.
Mürəkkəb ad hansıdır?
A) sarıköynək
B) qızılağac
C) qazayağı
D) Qız qalası
E) çobanyastığı
Altından xətt çəkilmiş sözlərdən biri ədat deyil:
A) Qoy var olsun elin varı!
B) Uşaqlara yaxşı bax, korluq çəkməsinlər.
C) Onda ki övladı-vətən xam idi,
    Ax, necə kef çəkməli əyyam idi.
D) Bax sənə deyirəm ha!
E) Necə yəni gəlməyib?
Sadə söz hansıdır?
A) qoçaq
B) yataq
C) sınaq
D) daraq
E) sancaq
Təyinin ifadə vasitələrindən biri səhv göstərilmişdir:
A) sifət
B) feli sifət tərkibi
C) isim
D) feli bağlama tərkibi
E) işarə əvəzliyi
"Son vaxtlar sərhəddə sakitçilikdir" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) orfoqrafik
C) qrammatik və leksik
D) orfoepik
E) leksik
I növ təyini söz birləşməsindən ibarət cərgəni göstərin:
A) oxuyan uşaq, aatın əqrəbi
B) elmi əsər, tarixi gün
C) qızar bulağı, sözü eşidən
D) yaxşı iş, kənd yolu
E) telefon zəngi, daş hasar
"Vətən oğlu, sözlərimi dinlə" cümləsində xitab nə ilə ifadə olunmuşdur?
A) III növ təyini söz birləşməsi ilə
B) isimlə
C) sifətlə
D) II növ təyini söz birləşməsi ilə
E) I növ təyini söz birləşməsi ilə
Cavabların birində rəsmi üsubun əsas əlamətləri verilmişdir:
A) ümummiləşdirmə, mürəkkəb cümlə və modal sözlərdən istifadə
B) aydın və qısa şərh, fikrin daha çox standart formalarda ifadəsi
C) ictimai və siyasi məsələlərin asan və anlaşıqlı izahı, kütləvilik
D) sinonmliyə və çoxmənalılığa geniş yer verilməsi
E) kütləvi xarakter daşıması, sitatlardan geniş istifadə
Biri frozoloji birləşmə deyil:
A) bəxti yatmaq
B) gözü düşmək
C) üz döndərmək
D) oda salmaq
E) xəstə yatmaq
"Bivəfa" sözünün leksik təhlilindəki səhvi göstərin:
A) Əsl Azərbaycan sözüdür.
B) "Sadiq" sözünün antonimidir.
C) Təkmənalıdır.
D) Ümumişlək sözdür.
E) Omonim kimi işlənə bilmir.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top