Tapılan ümumi test sayı : 28

"Təbrizin ətrafı dağdı, meşədi,
İçində oturan bəydi, paşadı,
Səkkiz min məhəllə, beş min guşədi,
Çarşusu, bazarı, yolu Təbrizin."
Şer hansı dastandandır?
A) "Aşıq Qərib"
B) "Şah İsmayıl"
C) "Abbas və Gülgəz"
D) "Əsli və Kərəm"
E) "Tahir və Zöhrə"
Bunlardan biri 1850-1870-ci illərin ədəbi-mədəni hadisələrindən sayıla bilməz:
A) ədəbi məclislərin çoxalması
B) milli mətbuatın yaranması
C) yeni tipli bədii nəsrin əsasının qoyulması
D) faciə janrının yaranması
E) dramaturgiyanın yaranması
Bu tarixi şəxsiyyətlərdən biri "Qan içində" romanında iştirak etmir:
A) İkinci İrakli
B) Nəsrəddin şah
C) İbrahimxəlil xan
D) Ağa Məhəmməd şah Qacar
E) Molla Pənah Vaqif
Mətndə hansı bədii ifadə vasitəsi işlənmişdir?
Sözümü anla mənim, sözümü dinlə, atam Qazan!
Sağına baxdın, qah-qah güldün,
Soluna baxdın, çox sevindin.
Qarşıya baxdın, məni görüb ağladın.
A) mübaliğə
B) litota
C) bədii təzad
D) metafora
E) metonimiya
Bu şairin şerlərinin əsas mövzusu qəhrəmanlıq və igidliyin tərənnümü, nikbinlik və sevinc hisslərinin ifadəsidir:
A) Q.Bürhanəddin
B) İ.Nəsimi
C) S.Ə.Şirvani
D) M.V.Vidadi
E) S.Ə.Nəbati
Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasına daxil olan mənzum hekayələrdən hansına "Doğru sözə zaval yoxdur, doğru sözü danmaq, gizlətmək olmaz" qənaətinə gəlinir?
A) "Sultan Səncər və qarı"
B) "Süleyman və əkinçi"
C) "Nuşirəvan və bayquşların söhbəti"
D) "Kərpickəsən qocanın dastanı"
E) "Zalım padşahla Zahidin dastanı"
"Aldanmış kəvakib" povestində vəzir Mirzə Möhsünü , müstövfi Mirzə Yəhyanı, sərdar Zaman   xanı...    danışdırmaqda  M.F.Axundzadənin əsas məqsədi nə idi?
A) Dövlət məmurlarının Şah Abbasa hədsiz sədaqətini göstərmək.
B) Özünüifşa yolu ilə Şah Abbasın dövlət aparatının gülünclüyünü göstərmək.
C) Saray adamlarının ölkənin gələcəyi ilə bağlı narahatlığını təsvir etmək.
D) Ölkənin müdafiəsinin səriştəsiz, hərbi işdən xəbərsiz adamlara tapşırıldığını göstərmək.
E) Dövlət başçılarının ölkənin abadlığına fikir vermədiklərini göstərmək.
"Qız anadan görməyincə öyüd almaz",
"Oğul atadan görməyincə süfrə yaymaz" - 
atalar sözləri hansı şifahi xalq ədəbiyyatı nümunəsində işlədilmişdir?
A) "Məlikməmməd" nağılı
B) "Aşıq Qərib" dastanı
C) "Kitabi-Dədə Qorqud" dastanı
D) "Koroğlu" dastanı
E) "Abbas və Gülgəz" dastanı
Şah İsmayıl Xətai və Məhəmməd Füzuli yaradıcıığı üçün ortaq cəhət:
A) hər ikisinin fars dilində də divan yaratması
B) həm əruz vəznində, həm də heca vəznində şerlərin yazılması
C) həm nəzmlə, həm də nəsrlə bədii əsərlərin yazılması
D) həm lirik, həm də epik əsərlərin yazılması
E) həm elmi, həm də bədii əsərlərin yazılması
M.Ə.Sabir satiralarında ən çox hansı ifşa üsulundan istifadə edilmişdir?
A) sözün tərsini demək
B) incə yumorlu gülüş
C) birbaşa müəllif tənqidi
D) satirik monoloq (tipi öz dili ilə danışdırmaq)
E) dialoq və ya məktublaşma yolu ilə ifşa
Hansı cümlədə "kitab" sözü təsirlik haldadır?
A) Dostum kitab həvəskarıdır.
B) Çox kitab oxumaq insanın məlumatını artırır.
C) Kitab bilik mənbəyidir.
D) Kitabı evdə qalıb.
E) Bu, maraqlı kitabdır.
Cümlələrdən birində feli sifət tərkibi işlənmişdir:
A) Baxmalı sənədlər çoxdur.
B) Hamı sakitcə dayanıb hörmətli qonağı gözləyirdi.
C) Gördüyümüz iş hamını sevindirdi.
D) Oxunacaq kitabları ayrıca bir rəfə yığdı.
E) Öz səadətini başqasının bədbəxtliyi üzərində quranı hamı lənətləyər.
Sözlərdən yalnız biri Azərbaycan dilinin iltisaqiliyi prinsipinə uyğundur:
A) dünyəvi
B) sevincli
C) bivəfa
D) baməzə
E) xəlqi
Feli xəbərli cümləni göstərin:
A) Müşfiq xalqımızın böyük şairidir.
B) Anam dostumu öz balası kimi sevirdi.
C) Hər tərəf tərtəmiz idi.
D) Gələn uşaqların anasıdır.
E) Görünən yaraşıqlı ev bizimdir.
Cümlələrin ikisində ara sözlər işlədilmişdir:
1. Oğlum, el harada, sən də orada.
2. O, bir el vurğunu, el aşiqiydi.
3. Atalar deyiblər: "Haradan incələr, oradan üzülər".
4. Necə deyərlər, niyyətin hara, mənzilin ora.
5. Bəlkə, öz işindən peşmandır, o da.
A) 3, 4
B) 4, 5
C) 2, 3
D) 1, 5
E) 1, 2
"Mən evədək piyada getdim" cümləsində qoşma hansı mənanı bildirir?
A) səbəb-məqsəd
B) istiqamət
C) fərqləndirmə
D) zaman
E) məsafə
"Vəsait" sözünün fonetik təhlili ilə bağlı düzgün fikiləri seçin:
1. yazılışı ilə deyilişi fərqlənir
2. vurğusu ikinci hecaya düşür
3. ahəng qanunu gözlənilib
4. sözdə iki kar samit: [s], [t] və iki cingiltili samit [v], [y] işlənib
5. saitlərin ikisi açıq, biri qapalıdır
A) 1, 4, 5
B) 1, 3, 5
C) 3, 4
D) 1, 2
E) 2, 5
"Qapını döyürlər" əvəinə "qapını vururlar" ifadəsi işlətsək, ədəbi dilin hansı norması  pozulmuş olar?
A) leksik
B) qrammatik
C) leksik və fonetik
D) qrammatik və fonetik
E) fonetik
Mətndəki əvəzlik hansı nitq hissəsinin yerində işlənmişdir?
Kimsə təkbaşına dünyanı udmaz,
Yalqız bir insanın şahlığı tutmaz.
A) say
B) isim
C) fel
D) sifət
E) zərf
Bu əlamətlər hansı üslubda özünü göstərir?
1. xalq danışıq dilinə aid sözlərdən daha çox istifadə
2. diaoloji nitq formasının daha çox işlədilməsi
3. bağlayıcı məzmununun daha çox intonasiya ilə çatdırılması
4. yarımçıq cümlələrin işlədilməsi
5. feli tərkiblərlə müqayisədə tabeli mürəkkəb cümlələrin daha çox işlədilməsi
A) bədii
B) məişət
C) publisistik
D) rəsmi-işgüzar
E) elmi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top